Aldadılanlar “İnvestA” MMC-nin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir - ŞİKAYƏT
Tarix: 18-04-2017, 08:33 | Çap et
Tikinti sektorunda vətəndaşların aldadılması faktı artıq Azərbaycanda adi bir hala çevrilib. Azərbaycanda tikinti sektorunda vətəndaşalrın aldadılmasını və baş alıb gedən qanunsuzluqları bir neçə qrupa bölmək olar. Birincisi, tikinti şirkəti vətəndaşdan pulu alır, bir müddətdən sonra qaçır, ikincisi evi tikir, onun verdiyi pula uyğun mənzil sahəsi ilə təmin etmir, üçüncüsü bir evi bir neçə nəfəər satır, dördünsücü təmirli adı ilə pul alır, təmirsiz və yarımçıq mənzil təklif edir. Bu siyahını bir az da genişləndirmək olar. Vətəndaşların aldadılması ilə bağlı növbəti belə bir fakt “İnvest A” MMC-də baş verib. Belə ki, tikinti şirkəti vətəndaşdan nə ona əvvəlcədən aldığı pula uyğun mənzil, nə də sənəd verib. Bu barədə Gununsesi.info-ya “İnvestA” MMC-dən mənzil alan bir qrup vətəndaşın müracitədində deyilir. Redaksiyaya daxil olan müraciətlə bağlı olaraq adıçəkilən tikinti şirkətinin “qurban”ına çevrilən Məhərrəm Şahmuradovla əlaqə saxladıq. M.Şahmuradov Gununsesi.info-ya bildirib ki, 2013-cü ildə “İnvestA” MMC tərəfindən fərdi evlərin ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır qəsəbəsində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəlib. “Şirkətin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin “Bank Respublika” ASC tərəfindən həyata keçirildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi. Mənim kimi digər bir neçə nəfər də həmin kompleksdə ev almaq niyyəti ilə “İnvestA” MMC ilə razılığa gəlmişdilər. Həmin şəxslərə də eyni şərtlərlə, yəni, kreditin “Bank Respublika” ASC-dən alınması şərti qoyulmuşdu. “Bank Respublika” ASC –də kredit müqaviləsini imzaladıqdan sonra pul vəsaitlərini birbaşa “İnvestA” MMC-nin nümayəndəsi götürdü. Bundan sonra evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “İnvestA” MMC-nin adına alınıb”- deyə, M.Şahmuradov deyib. M.Şahmuradov deyib ki, “İnvestA” MMC rəhbəri Quliyev Namiq Saday oğludur, onun digər qardaşı Elçin isə bir müddət öncəyədək “Bank Respublika” ASC-nin vitse-prezidenti olub: “Şirkət Masazırda Duzlu gölün üstündə 250-dək villa tikib. Tikinti işləri mühəndis- texniki qaydalara uyğun aparılmayıb. Tikinti işləri düzgün aparılmadığından, tikilən evlər indidən uçmağa başlayıb. Evlərdə çat əmələ gəlib”. O, əlavə edib ki, evə köçdükdən sonra inşa edilmiş evlərin sahələri razılaşdırılmış sahələrdən az və digər bir sıra digər qüsurların olması ortaya çıxıb. “Evlər isə keyfiyyətsiz tikildiyindən divarlarında çatlar əmələ gəlib, kanalizasiya xətti küçəyə buraxılır. Burada digər məqam da ondan ibarətdir ki, şirkət tərəfindən fərdi evə dair heç bir hüquqverici sənəd də verilməyib. Hazırda “İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd edir. Yəni, kommunal xidmətlərin göstərilməsi üçün başqa bir şirkətlə müqavilə imzalayıb, xidmət göstərilməsi ilə bağlı münasibətlərin də həmin şirkətlə olduğunu və özünün heç bir məsuliyyət daşımadığını iddia edir”- deyə, o, bildirib.
Onun sözlərinə görə, “Bank Respublika” ASC isə kredit müqaviləsinə istinad edərək, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və “İnvestA” MMC-nin bu məsələyə heç bir aidiyyatının olmadığını bildirir: “Bankın hərəkətlərindən belə çıxır ki, guya, külli miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə, müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən verib. Bank “İnvestA” MMC-nin vəzifəli şəxsləri ilə əlbir olub , şirkət rəhbərliyini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Bütün bunlarla yanaşı, digər faktlar da onu deməyə əsas verir ki, “Bank Respublika” ASC-nin və “İnvestA” MMC əlbir olaraq, vətəndaşların etibarından sui-istifadə edərək, cinayat əməli törədiblər”. M. Şahmuradov bildirib ki, yaranmış problemlə bağlı ölkə başçısına, Respublika Baş Prokurorluğuna, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edilsə də, müraciətlər cavabsız qalıb. Məsələ ilə bağlı Abşeron rayon prokurorluğuna da müraciət edilib. Müraciəti “İnvestA” MMC-dən fərdi ev alan beş vətəndaş -Abbasov Zaur Ədalət oğlu, Əbilov Pərviz Ağamoğlan oğlu, İbadova Qumru Arzu qızı, Sədiqov Elmar Əhliman oğlu, Şahmuradov Suleyman Heydər oğlu imzalayıb. Bu şəxslər “İnvestA” MMC şirkəti tərəfindən aldadıqları üçün şirkətin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
|