3 may Türkçülük Günüdür - Bayramınız mübarək!
Tarix: 3-05-2017, 08:02 | Çap et
Bu gün - 3 may Türkçülük Günüdür. Dünya türklərinin qeyd etdikləri bu tarix Azərbaycanda da hər il xatırlanır, amma istər iqtidar, istərsə də müxalifət düşərgəsində bu gün yüksək səviyyədə qeyd olunmur. 3 mayın tarixi ilə bağlı hər ilin bu vaxtları geniş müzakirələr açılır. Bu il də eyni hal sosial şəbəkələrdə bir daha özünü büruzə verməkdədir. Bəzi mənbələrə görə, 3 may Türkçülük Gününün tarixi 1277-ci ildən başlayır.
Hazırda Azərbaycan və Türkiyədəki milliyyətçilər arasında daha çox populyar olan ortaq versiya var. Həmin versiyaya və vikipediya məlumatlarına görə, bu bayramın keçirilməsinin səbəbi Türkiyənin böyük şairi Hüseyn Nihal Adsızın üzərində qurulan məhkəmə prosesi ilə bağlıdır. İrqçilik iddiası ilə Sabahattin Ali tərəfindən məhkəmələrə çəkilən şairin üzərindəki proseslərdən birində - 3 may 1944-cü ildə böyük etiraz nümayişi olub. Sonradan “Ankara nümayişi” adını alan həmin yürüşü anmaq məqsədilə bu gün qeyd olunmağa başlayıb. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar ve Reha Oğuz Türkkan başda olmaqla, 10 məhkum tərəfindən Tophane hərbi həbsxanasında qeyd edilib.
1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılıb. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görüblər. Onlar vəkillərinin müraciətləri əsasında iki il sonra bəraət alıblar. 1954-cü ildən etibarən bu gün Nihal Atsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir.
3 may Türkçülük Gününün Azərbaycanda qeyd olunması daha çox sabiq prezident Əbülfəz Elçibəyin sayəsində özünə yer tapıb. 1992-ci ilin 3 mayında Bakıya səfərə gələn türk nümayəndə heyətinin tərkibində olan Alparslan Türkeş bir milyon insanın qarşısında Elçibəylə bərabər çıxış edərkən, toplantıya qatılanları “bozqurd” işarəti ilə salamlayıb...
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında bu günün önəmindən danışdı: “Əslində bayram olaraq, elə də qədim bir tarixi yoxdur. Türklərin bayram kimi qeyd etməli olduqları çox tarixi hadisələr var. Türklərin çox zəfərləri olub ki, bunların hər biri bayram kimi qeyd oluna bilər. Açığı deyim ki, Türkiyədə bu gün o qədər də geniş qeyd olunmur. Bu günü ən çox qeyd edən Azərbaycandır. Ölkəmizdə bir az təvazökarlıqdan kənar olsa da, xanımım Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azəri-Türk Qadınlar Birliyinin xətti ilə hər il bu günü önəmli yerlərdə yüksək səviyyədə qeyd edirik. Bu il ailəmizdə olan bəzi məsələlərə görə yaxşı hazırlaşa bilmədik. Bu günlə bağlı türk dünyasının hər yerindən sənət adamları çağırılır. İlin 365 gününü terror və başqa hadisələrlə dolu günlərlə keçiririk. İlin heç olmasa belə günlərini sevinclə qeyd etməli, başımızı dik tutmalıyıq, çünki biz tarixin qədimlərindən gələn böyük xalqlardan biriyik. Bu baxımdan, türkçülük bayramı yüksək səviyyədə keçirilməli, hətta rəsmləşdirilməlidir. Xalqın milli kəsimi bu bayramı qeyd edir. Millətçilik şüuru inkişaf etmiş şəxslər bunu əsasən qutlayırlar. Halbuki bu günü türk dünyasında hər kəs qeyd etməlidir. Fərqi yoxdur hansı tarixdən başlayıb, kimlərin adı ilə bağlıdır. Önəmli olan odur ki, belə bir bayramımız var. 3 may ilin ən gözəl günlərindən biridir. Baharın da ən gözəl vaxtlarına təsadüf edir. Böyük şəkildə edilməsə də, mətbuat və digər vasitələrlə bu günü daim xatırlatmaq lazımdır ki, bu gün türklərin bayramıdır”.
S.Rüstəmxanlı türklərin bir olması baxımından da 3 mayın əhəmiyyətindən söz açdı: “Bir millət donuq su kimi yaşasa, gec-tez iylənəcək. Hər bir millət axar su kimi yaşamalı, daim hərəkətdə olmalıdır. Bu türk bayramı türklərin yaşadığı hər yerdən bir rüzgar kimi əsib keçməlidir. Bizim Bakıya dəvət etdiyimiz türk sənətçilərin buradakı çıxışları böyük maraqla qarşılandı, bundan sonra həmin sənətçilər Türkiyəyə də dəvət olundular. Belə proseslər davamlı olmalıdır. Türk dünyasının ən gözəl sənətçiləri belə bayramlarda bir araya gəlməlidirlər. Biz türklükdən danışırıq, amma kimsə barmaqla göstərə bilərik ki, qırğızların ən gözəl sənətkarı, yaxud şairi kimdir? Halbuki bir-birimizə çox yaxın olmalıyıq. Biz bu bayramdan türk dünyasının mədəniyyətinin sirlərinin açılması üçün istifadə etməliyik”. Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu günə hörmət və ehtiram bəslədiyini vurğulayıb:
“Şübhəsiz ki, biz bu günə, onun önəminə hörmət bəsləməli, onu təqdir etməliyik. Bu, 1944-cü il hadisələri ilə bağlıdır. Nihal Atsızın ruhu şad olsun. Bu, onun başlatdığı hərəkatla bağlıdır.
Biz bu günü 24 iyun tarixində - türklüyü bizə tanıtdıran, bizim türk kimliyimizi çağdaş dönmdə siyasi gündəmə gətirən Ə.Elçibəyin doğum günü münasibətilə keçirirk. 17 ildir ki, bu qərar qəbul edilib və 17 ildir ki, 24 iyun tarixini qeyd edirik. Yaxşı olardı ki, 3 may günü də türklük günü kimi bütün türk cümhuriyyətlərində qeyd olunardı. Lakin təəssüflər olsun ki, bu belə deyil. Bu və digər bayramların birgə keçirilməsi təqdirəlayiq olar".
DİA.AZ olaraq millətimizi 3 MAY - Türkçülük Günü münasibətilə təbrik edirik!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
|