Kollektor şirkətləri qoçuluğa başladı - İTTİHAM VAR
Tarix: 22-06-2017, 09:53 | Çap et
Bankların qanunsuz əməlləri barədə dəfələrlə xəbərlər vermişdik. Bu dəfə isə onlar borcu ödətdirmək üçün inanılmaz yola əl atıblar. Belə ki, kredit borcunu ödəyə bilməyən şəxs girov götürülüb. Paytaxtın Nizami rayonunda yaşayan Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib. Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib. Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruz Sadiqidən kredit borcunu almasını istəyib. Bəhruz Sadiqinin sözlərinə görə, "Bakı Kollektor Agentliyi"nin əməkdaşları onu razılığa gəlmək üçün ofisə dəvət ediblər.
Bəhruz deyir ki, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar. Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin. Yalnız polis əraziyə gəldikdən sonra agentliyin əməkdaşları borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra Bəhruz Sadiqini buraxıblar.
Məlumdur ki, neftin qiyməti düşəndən və devalvasiya baş verəndən sonra problemli kreditlərin artması banklara və qeyri-bank kredit təşkilatlarına da təsirsiz ötüşməyib. Bu müəssisələr maliyyə çətinlikləri ilə üzləşdiyindən ixtisarlar aparılıb, filiallar bağlanıb, bəzi xərclər azaldılıb.
Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərində aylar ərzində banklarda problemli kreditlərin həcminin artdığı sübut edilir. Kreditlərin toplanmasında çətinliklərlə üzləşən bəzi banklar bunun üçün kollektor agentliklərə müraciət edir.
Lakin burada bir məqam var, müştəri haqqında məlumat bank sirridir və bank bu məlumatları heç bir halda üçüncü tərəfə ötürə bilməz. Buna baxmayaraq kollektor agentliklər bank müştərilərinin kredit tarixçələrinə, ümumiyyətlə, onlar haqqında bankda olan məlumatları əldə edə bilirlər. Həmçinin, insanları aldadaraq özlərini tam fərqli, müxtəlif formalarda təqdim edirlər.
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda kollektor şirkətlərinin fəaliyyəti ümumən qanunsuzdur: “Banklar tərəfindən kollektora borc alanın borcu haqqında məlumat verilməsi bank sirrinin pozulmasıdır. Azərbaycanda kollektor yalnız bir istiqamətdə fəaliyyət göstərə bilər - məhkəmə prosesində bankın maraqlarını müdafiə etmək üçün. Çünki bilirik ki, məhkəmə prosesi açıqdır, bu halda bank məlumatı kollektora verə bilər ki, onu məhkəmədə müdafiə etsin. Bank tərəfindən hər hansı bir şəxsə və yaxud kollektora borclu və onun borcu haqqında məlumatın verilməsi, təzyiqlər, telefon zəngi etməsi barədə tapşırıq verməsi bank sirrinin pozulmasıdır və buna görə bank məsuliyyət daşıyır.
Kollektor şirkətlərinin özbaşına vətəndaşları dəvət edib saxlaması, əşyalarını götürməsi halları təəssüf ki, ilk dəfə deyil baş verir. Bu cür hallar zamanla olub. Artıq kollektor şirkətlər özlərini dövlət içində dövlət kimi aparırlar. Bunlar dövlət üçün təhlükəlidir. Vətəndaş həmin kollektordan və bankdan müvafiq dövlət orqanlarına şikayət etməlidir, o cümlədən, ona vurulan zərərin ödənilməsi üçün məhkəmədə iddia qaldıra bilər. Onlar vətəndaşa mənəvi zərər vurub”.
Kreditin qaytarılması üçün edilən zənglər...
Hüquqşünas qeyd edib ki, vətəndaşın bank ofisindən başqa harasa çağırılması düzgün deyi: “Borclu borca görə başqa yerlərə dəvət olunarsa, getməməlidir. Çünki onlar heç kəsdir. Borclunu yalnız bankın ofisinə, məhkəməyə və icra məmurları harasa dəvət edə bilərlər. Hətta borclu vətəndaş tanımadığı nömrələrdən gələn zənglərə belə cavab verməməlidir. Bir sözlə, vətəndaş hüquqlarını bilməlidir. Təəssüf ki, vətəndaşlarımız çox zaman öz haqlarını bilmirlər, hətta borclu olanda qorxurlar. Kim zəng vurur, onunla danışır. Amma danışmasa, bir də zəng vurub onu təhdid edirsə, dərhal 102 xidmətinə müraciət etməlidir. O danmır ki, onun borcu yoxdur. Banka vaxtında ödəmə edə bilmədiyi üçün yaranan problemlər ancaq məhkəmədə həll olunmalıdır. Amma çox təəssüf ki, vətəndaşlar öz haqlarını müdafiə etmir”.
Kollektor agentliklərinin maraqları...
Əkrəm Həsənov deyib ki, kollektor agentlikləri banklarla müəyyən faiz qarşılığında çalışır: “Banklarla kollektor agentlikləri əvvəlcədən öz aralarında müqavilə bağlayır. Tutaq ki, vətəndaşın banka 5 min manat borcu var. Müqavilə əsasında bankın kreditini qaytarır və nəticədə kollektor şirkət 5 min manatın 2500 manatını götürür. Agentlik faizə işlədiyinə görə əllərindən gələni edir. Qanundankənar olsa da, yeri gələndə borcluya zor tətbiq edir, qorxudur. Azərbaycanda inkişaf etmiş ölkələrdəki kimi borcun qaytarılmasının bir yolu var, məhkəmə. Başqa kimsənin kimsəyə hədə-qorxu gəlməyə ixtiyarı yoxdur. Bank məhkəməyə müraciət etməlidir. Məhkəmə qərar çıxarır ki, vətəndaşın filan banka bu qədər borcu var və ödəməlidir. Bundan sonra həmin qərar icra məmurlarına göstərilməlidir. Əgər vətəndaşın imkanı varsa, borcu ödəyəcək, əks halda, baxmayaraq məhkəmə qərarı var, istənilən halda həmin borc silinməlidir. Qanunlarımız bunu deyir”.
Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|