Hyundai alıcıları belə ALDADIR - ŞİKAYƏT
Tarix: 12-07-2017, 09:23 | Çap et
Gədəbəy rayonu sakini "Hyundai Auto Azərbaycan"-dan avtomobil aldı, amma çox keçmədi ki, avtomobilinin mühərriki dağıldı.
Regionxeberleri.com bildirir ki, BiG.AZ redaksiyasına Gədəbəy şəhər sakini Nahid Allahverdiyevdən daxil olan şikayət məktubunda bildirilir ki, o, kreditlə "Hyundai Auto Azərbaycan"-dan Hyundai Santafe markalı, 99-EO-021 dövlət nömrə nişanlı avtomobil alıb. Aldığı avtomobilin mühərrikində 25 aprel 2017-ci il tarixində nasazlıq yaranıb. Usta mühərriki sökən zaman isə avtomobilin mühərrikində zavoddan qüsur olduğu aşkarlanıb. Avtomobilin zəmanətində 100 min kilometrlik möhlət verilsə də, avtomobil 75 min kilometrdə artıq dağılıb. Vətəndaş kreditini ödəyib bitirmiş olsa da, zəmanət sənədləri ilə sözügedən şirkətə yaxınlaşsa da, ona servisə müracət etmək lazım olduğunu, bu problemin servisdə həllini tapacağını bildiriblər. Servis isə mühərrikin yağının başqa bir ünvanda dəyişdirildiyini əsas gətirərək zəmanət qaydalarını pozub və avtomobilin mühərrikini təmir etməkdən boyun qaçırdıb. Bunu görən vətəndaş Nahid Allahverdiyev isə 4 min manat xərc çəkərək avtomobilinin mühərrikini təmir elətdirib.
Müraciətdə həmçinin o da bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsə də, eləcə də, digər aidiyyati qurumlara müraciət etsə də, onun müraciətinə baxılmayıb. Vətəndaş eyni zamanda Azad İstehlakçılar Birliyinə də hüquqlarının qorunması üçün ərizə ilə müraciət ünvanlayıb: “Mən maşını kreditlə aldım. Artıq krediti ödəyib bitirmişəm. Hər 5 min kilometrdən bir mən Bakıya maşın sürüb şirkətin öz servisində yağını dəyişdirmişəm. Yəni hər dəfə də yağın orada dəyişdirilməsi ilə bağlı məlumatlar var əlimdə. 70 min sürüləndə yağı elə həmin servisdə dəyişmişdim, lakin 75 mində artıq maşının mühərriki dağıldı. İndi də bəhanə gətirirlər ki, güya mən maşının yağını başqa yerdə dəyişmişəm, bu da zəmanətdən çıxıb. Şirkətə dəfələrlə müraciət etdim, hər biri ilə fərdi qaydada danışdım. Lakin maşınımın zəmanəti ola-ola təmir etmədilər. 4 min manat xərc çəkərək maşınımın mühərrikini düzəltdirdim. Bütün dövlət qurumlarına da müraciət etdim lakin baxılmadı. Deyirlər ki, araşdırılır. Amma uzun müddətdir ki, heç bir cavab verilmir. Sizdən xahiş edirəm ki, məsələni ictimailəşdirin ki, hər kəs belə bir işlərdən xəbərdar olub aldanmasın. Hərçənd ki, Hyundai şirkəti hətta 200 min sürülmüş maşında da zavod deffekti aşkarlanırsa, dərhal geri çağırır. İndi necə oldu, servis mühərrikin təmirindən boyun qaçırdır? Bəzi sıxıntılarım olduğu üçün məhkəməyə vermək fürsəti tapa bilmirəm. Lakin məsələ ilə bağlı yaxında məhkəməyə müraciət edəcəm və bütün sənədləri məhkəməyə təqdim edəcəyəm”.
Məsələ ilə bağlı BiG.Az-a açıqlama verən şirkətin zəmanət şöbəsinin yetkilisi bu barədə məlumat vermək hüquqlarının olmadığını, bu məlumatın yalnız həmin şikayətçinin özünə verilə biləcəyini bildirdi. Həmçinin telefon danışığı zamanı belə halların çox olduğunu, söhbətin isə hansı şikayətdən getdiyini bilmədiyini bildirib.
Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı BiG.Az-a açıqlama verərək Hunday avtomobilləri ilə bağlı son günlər belə şikayətlərins ayının çoxaldığını, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirib: “Rəsmi müqavilə varsa, məhkəməyə müraciət edilə bilər. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin İstehlakçıların hüquqlarını müdafiə idarəsinə müraciət etmək lazımdır. Son günlər Hyundai avtomobilləri ilə bağlı belə şikayətlərin sayı çoxalıb. Mühərrikin tez sıradan çıxması, təhlükəsizlik kəmərlərinin nasaz olması, yəni qəza zamanı açılmaması, ötürücü qurğuların sıradan çıxması və bu kimi hallar insanları narahat edir. Bu da düşünürəm ki, əsassız deyil. Görünür, Azərbaycan üçün yığılan Hyundai-lar ucuz başa gəlir deyə, keyfiyyət məsələsi arxa plana keçir. Vətəndaşlar belə hallarda şirkətə qarşı iddia qaldırıb məhkəmədə öz haqqını tələb etməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|