Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                 

Əhməd Əhmədovun barəsində Bakıya göndərilən gizli dosyedə nələr olub? - İDDİA
Tarix: 3-08-2017, 08:58 | Çap et
Əhməd Əhmədovun barəsində Bakıya göndərilən gizli dosyedə nələr olub?
Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun işdən çıxarılması ilə bağlı müzakirələr səngimir. Mətbuatda sabiq nazirin vəzifədən çıxarılandan sonra istintaqa cəlb edilməsindən tutmuş onun Bakıda yüksək vəzifəyə gətiriləcəyinə qədər xeyli məlumatlar yer alıb.

Kim idi Əhməd Əhmədov və nazir vəzifəsinə nə vaxt təyin ounmuşdu?

DİN-in saytında yer alan məlumatda bildirilir:

"General-leytenant Əhmədov Əhməd Hüseyn oğlu 1969-cu ildə Şərurun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdü. Prezidentin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2015-ci il 31 avqust tarixli 1379 nömrəli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilib. Ailəlidir. Dörd övladı var".

Redaksiyamıza Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı son dərəcə ilginc məlumatlar daxil olmaqdadır. Bu xüsusda Ə.Əhmədov haqda mətbuatda yer alan yazılardan birində çox maraqlı qeydlər var.

Azpolitika.info saytı yazır ki, Ə.Əhmədov işdən çıxarılması barədə sərəncamdan 1 ay əvvəl artıq vəzifəsindən uzaqlaşdırılıbmış.

Sayt yazır ki, Ə.Əhmədovun “vurulmasına” dair çoxlu sayda iddia və ehtimallar var - Şahtaxtı gömrüyündə tutulmuş 90 kq narkotiklə əlaqələndirilməkdən başlamış, hansısa türk generalla gizli əlaqələr, Bakıdakı bir obyektini ASAN xidmətə 140 min manata icarəyə verməsinə görə kimlərisə qəzəbləndirməsinədək, ən müxtəlif və bəzən də ziddiyyətli ehtimallar irəli sürülür.

Sitat: "Hələlik bir ehtimalı xüsusi olaraq vurğulamaq olar ki, son vaxtlar Ə.Əhmədov Naxçıvan hakim elitasının bir sıra nüfuzlu nümayəndələri ilə toqquşmuşdu. Məsələn, MR milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ətrafında aparılan əməliyyata rəhbərlik edən Ə.Əhmədov bu işə Naxçıvan Əlahiddə Ordusunun Komandanı Kərəm Mustafayev və MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovu da bulaşdırmış, onların yaxınlarını həbs etmiş, bu qüdrətli şəxslərə qarşı cəbhə açmışdı. Bu 2 şəxsə MR rəhbəri Vasif Talıbovun böyük etimadına baxmayaraq, çox çətin günlər keçirmişdilər və təbii ki, buna görə Ə.Əhmədova düşmən münasibəti bəsləməyə bilməzdilər. Bundan başa, Ə.Əhmədovun MR DTX-nin rəisi ilə də problemləri olduğu haqda məlumatlar verilirdi. Belə qüdrətli şəxslərlə qarşı-qarşıya gəlməsi isə sözsüz ki, Ə.Əhmədova baha başa gələ bilərdi. Gəldi də! Daha bir vacib detal: Ə.Əhmədovun “vurulmasında” hazırda həbsdə olan keçmiş MTN naziri Vəli Ələsgərov və onun şəbəkəsinin də rolu ola biləcəyi istisna olunmamalıdır. Nəzərdən qaçırmaq olmaz ki, uzun illər Ə.Əhmədovla V.Ələsgərov da yola getmirdilər və sözsüz ki, bir-birilərinə qarşı kompromat toplayırdılar. Ola bilsin ki, bu kompromatlardan lazımi anda ustalıqla istifadə olunub..."

Sayt yazır ki, Ə.Əhmədov vurulandan sonra onun çoxsaylı biznes obyektləri təhvil-təslim edilir və yaxın ətrafı - qohumları və komandası iş başından uzaqlaşdırılır. Naxçıvan DİN-ində, təxminən MTN-dəki əməliyyata oxşar hadisələr baş verib. Belə ki, MR DTX-si DİN-in onlarla yüksək rütbəli zabitini, o cümlədən DİN Baş Cinayət Axtarış İdarəsinin, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, DİN-in 7-ci İdarəsinin rəislərini həbs edib, 2 həftədən artıq onları DTX-nin təcridxanasında saxlayıb. Bu şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və sair ağır ittihamlar irəli sürülüb. Bəzilərinin rüşvət almasına dair sübut kimi gizli çəkilişlər ortaya qoyulub. Saxlanılanların bir qismi MR ərazisini tərk etməmək şərtilə sərbəst buraxılıb, bir qismi hazırda ev dustaqlığındadır, istintaq davam edir. İşdən çıxarılanlar arasında Ə.Əhmədovun qardaşı və onlarla yaxın-uzaq qohumu da var. Hazırda MR polisi demontaj olunur. Nazir səlahiyyətlərini icra edən general-mayor Səbuhi Novruzov rayon polis idarələrinin, DYP şöbələrinin, DİN idarələrinin rəislərini dəyişir, yeni komandanı iş başına gətirir.

“Yeni Müsavat”a daxil olan xəbərlərdə də iddia olunur ki, Əhməd Əhmədov nazirliyi dövründə Naxçıvanda Ali Məclis sədrinə tam şəkildə tabe olmayan, yarım müstəqil fiqurlardan olub. Onun müstəqilliyi Naxçıvan rəhbərliyində qıcıq doğursa da, o, illərlə vəzifəsini qoruyub saxlaya bilib.

Vəzifəsindən çıxarılmazdan əvvəl isə barəsində Bakıya ilginc dosye yollanıb. Həmin dosyedə Ə.Əhmədovun bir çox qanunsuz əməlləri faktlarla bərkidilmiş şəkildə yer alıb deyə onun Bakıdakı hamiləri də vəzifədə qalması üçün heç bir tədbir görə bilməyiblər. Mətbuatda onun vəzifədən 2 ay əvvəldən çıxarılması haqda məlumatlar da əbəs deyilmiş. Həmin dosyedəki məlumatlar bir də yoxlanılırmış və buna görə qeyri-rəsmi olaraq Ə.Əhmədov vəzifəsindən uzaqlaşdırılıbmış.

Dosyedə yer alan faktlarla bağlı ən müxtəlif ehtimallar var. Biri də budur ki, Sabiq nazirin Şərurda, Araz çayının kənarında böyük bir mal ferması olub. Həmin fermada 5-10 min iri buynuzlu heyvan saxlanıb. Fermadan digər məqsədlər üçün - qaçaq mal saxlanılması üçün də istifadə edilib. Uzun illər orada nə baş verdiyi yerli hakimiyyət orqanları üçün qaranlıq qalsa da, sonradan fermanın baş çobanı ələ alınıb və onun vasitəsi ilə “qara işlər” gizli şəkildə çəkilib. İddiaya görə dosyedə buna bənzər digər daha ilginc və faktlarla təsdiqlənən materiallar da var.

Sabiq nazirə dosyedə yer alan və olduqca mübhəm, qanunsuz əməliyyatlara görə ittiham verilməyib. Ə.Əhmədov vəzifəsindən çıxarılandan sonra Naxçıvan Prokurorluğunda Naxçıvan Daxili Qoşunlarda 5 milyon manatlıq yeyinti faktı üzrə cinayət işi başlanıb. Həmin fakt üzrə sabiq nazirin də istintaqa cəlb edilməsi xəbəri var. Bundan başqa, Naxçıvanın Kəngərli rayonunun Qabullu kəndinin bir qrup sakini də Naxçıvan Prokurorluğuna çağırılır. Onlara illər əvvəl yazdıqları şikayətlərini yeniləmək tapşırılıb.

Qabullu sakinləri illər əvvəl ən müxtəlif qurumlara yazdıqları şikayətlərdə torpaqlarının zəbt olunmasının qarşısının alınmasını tələb edirlərmiş. Yazırmışlar ki, əkinə yararlı, suyun bol olduğu torpaqlarını yüksək vəzifəli şəxsin dəstəyi ilə əllərindən alıblar. Həmin vaxt sakinlərin məktublarına reaksiya verilməyib. Çünki şikayətlərdə əsasən nazir Əhməd Əhmədovun adı halanıb. İndi isə Ə.Əhmədov nazir deyil və şikayətlərin araşdırılmasına start verilib. İddia var ki, bu fakt üzrə də Ə.Əhmədov istintaqa çağırılıb.

İddiaların nə dərəcədə doğru olması isə yaxın gələcəkdə bilinəcək.
\\Musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru