Bakıda daha bir MTK fırıldağı... - İş məhkəmədədir
Tarix: 11-08-2017, 08:31 | Çap et
«Xəbər tutanda ki, ev məndən başqa daha bir nəfərə satılıb, Xətai Rayon Məhkəməsinə müraciət etdim. Onda bəlli oldu ki, sən demə, «Əzizbəy K.M» MMC özü məndən əvvəl və məndən xəbərsiz həmin məhkəmədə iddia qaldıraraq mənimlə bağladığı müqaviləni ləğv etdirib. Məhkəmə qətnaməsi qüvvəyə minməmiş evi təzədən başqasına satıb». Füzuli köçkünü Rahib Məmmədov 8 il öncə 61 min dollar ödəyərək, «Etalon-İnşaat» MTK ilə müqavilə bağlayaraq şirkətin Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə inşa etdiyi hazır binadan üçotaqlı mənzil alıb. Təmir işləri aparmaq üçün müəyyən tikinti materialları alaraq mənzilə yığıb. 2011-ci ildə təmirə başlamaq istəyəndə ona bildirilib ki, «Etalon - İnşaat MTK» ləğv olunub, hazırda bina «Əzizbəy K.M» MMC-nin balansındadır, bu şirkətlə ikinci müqavilə bağlanmalıdır. Rahib Məmmədov şirkətlə növbəti müqaviləni bağlayıb və mənzildə bəzi təmir işləri aparıb.
2013-cü ildə xəbər tutub ki, «Əzizbəy K.M» MMC Xətai Rayon Məhkəməsində iddia qaldıraraq 2011-ci ildə bağlanmış müqaviləni ləğv etdirib. Ancaq Rahib Məmmədova bu barədə nə məhkəmə bildirişi, nə də qətnamə göndərilib: «2013-cü ildə Xətai Rayon Məhkəməsi şirkətin iddiasına mənim iştirakım və xəbərim olmadan baxaraq qərar verib. Şirkət həmin qətnamənin qanuni qüvvəyə minməsini gözləmədən mənzili Mövsüm Məmmədov adlı şəxsə satıb. Mən qətnamədən apellyasiya şikayəti verdim, şikayətim təmin olundu, Xətai məhkəməsinin qətnaməsi ləğv olundu. Şirkət qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, təmin olunmadı. Şirkətin Ali Məhkəmənin Plenumuna şikayəti də təmin olunmadı. Bundan sonra iş icraya yönəldi, mənzil boşaldılaraq mənə qaytarılmalı idi. Qərar iki il icra olunmadı, məlum oldu ki, qərar ona görə icra olunmur ki, evimi məndən sonra alan şəxs milli qəhrəmandır və icraçılar da onu evdən çıxara bilmir. Mən icranın təmin olunmasını tələb edəndə Mövsüm Məmmədov Konstitusiya Məhkəməsinə müraciət etdi».
Mövsüm Məmmədov Konstitusiya Məhkəməsinə müraciətində yazıb ki, evin birinci sahibinin apellyasiya və digər yuxarı instansiya məhkəməsində şikayətinə baxılarkən onun iştirakı təmin olunmayıb. Konstitusiya Məhkəməsi də onun iştirakının təmin olunması üçün işə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılması ilə bağlı qərar çıxarıb.
Bakı Apellyasiya Məhkəməsində bu il fevralın 6-da hakim Etibar Nəbiyev Rahib Məmmədovun əvvəl təmin olunmuş apellyasiya şikayətinə dair qətnamə elan edib. Həmin vaxt Mövsüm Məmmədov da qarşılıqlı apellyasiya şikayəti verib. Hakim Rahib Məmmədovun müqaviləsini ləğv etməyib. Lakin mənzilin Mövsüm Məmmədova verilməsi, Rahib Məmmədova isə eyni binadan eyni ölçüdə başqa mənzilin verilməsi barədə hələ 2013-cü ildə fəaliyyəti dayandırılmış və rəhbərliyi həbs olunmuş «Etalon-İnşaat» MTK-nın üzərinə öhdəlik qoyub.
Rahib Məmmədov deyir ki, nə ona mənzil verməli olan MTK mövcuddur, nə də binada mənzil var: «İş orasındadır ki, MTK rəhbərliyi binadakı eyni mənzilləri təkrar-təkrar satdığına görə həbsdədir, MTK dağılıb, binadakı mənzillərin hamısında yaşayış var. Hakim yaxşı bilirdi ki, MTK dörd il əvvəl darmadağın olub və bunu bilə-bilə rəhbərliyi həbsdə olan şirkətin üzərinə məni mənzillə təmin etməklə bağlı öhdəlik qoyub. Yəni, hakim icrası mümkün olmayan qətnamə çıxarıb».
Rahib Məmmədov Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Avqustun 14-də Ali Məhkəmədə hakim Ənvər Şadıyevin sədrliyi ilə baxılacaq: «Mən öz mənzilimi tələb edirəm, məhkəmədən də istədiyim odur ki, 2009-cu ildən pulunu tam ödədiyim və müqaviləylə mənə məxsus olan mənzilim boşaldılıb özümə qaytarılsın. Kimsə milli qəhrəman titulundan istifadə edib məhkəmələrə təzyiq göstərir, məhkəmə də başqasının mənzilinə göz dikmiş beləsindən çəkinir. Ədalətli məhkəmə araşdırması hüququndan məhrum olacağamsa, yeganə çıxış yolum bu ölkənin vətəndaşlığından imtina etməkdir».
İndi isə Mövsüm Məmmədovun Bakı Apellyasiya Məhkəməsində qaldırdığı iddianı təqdim edək. Vətəndaş iddia edib ki, o, mübahisəli mənzili 2013-cü ildə «Əzizbəy K.M» MMC ilə müqavilə bağlayaraq alıb. Mənzildə təmir işlərini başa çatdırdıqdan sonra orada yaşamağa başlayıb. Rahib Məmmədovun 2009-cu ildə «Etalon-İnşaat» MTK ilə bağladığı müqavilə etibarsızdır, çünki şirkətin fəaliyyəti həmin müqavilədən bir il əvvəl - 2008-ci ildə dayandırılıb. İlk müqavilə saxta olduğuna görə həmin saxta müqavilə əsasında 2011-ci ildə «Əzizbəy M.K» MMC ilə bağlanmış müqavilə də etibarsız hesab edilməlidir.
Qeyd edək ki, məhkəmələr nə birinci, nə də ikinci müqaviləni ləğv edib.
Hələ dörd il əvvəl «Etalon İnşaat» MTK-nın vəzifəli şəxsləri Xətai rayonu ərazisində tikdiyi yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar ayrı-ayrı şəxslərə satması ittihamı ilə həbs olunub və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Buna baxmayaraq, 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyev vətəndaş Rahib Məmmədovun mənzillə təmin olunmasını hazırda həbsdə olan keçmiş şirkət rəhbərliyinin üzərinə qoyub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
|