İcra başçısı prezidentin qərarlarını sabotaj edir - Fermerlər çətin durumda
Tarix: 12-08-2017, 09:53 | Çap et
“Dövlət başçısının pambıqçılığın inkişafına göstərdiyi qayğı və diqqətdən ruhlanan əkinçilər bu il 27 min tondan çox pambıq istehsal etməyi qarşılarına məqsəd qoyublar. Bu da öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manatadək subsidiya deməkdir”. “AzərTac”-ın xəbərinə görə, bu sözləri Biləsuvar rayon İcra Hakimiyyətindən deyiblər.
Biləsuvardan olan əkinçilər təsdiqləyirlər ki, həqiqətən dövlət başçısının çağırışından ruhlanıblar.Pambıqçılığın ölkədə prioritet sahə elan olunduğuna ümid bəsləyərək, necə deyərlər, əllərini çırmayıb bu işə girişiblər.Amma son günlər havaların isti və quraq keçməsi ilə yanaşı, əkinlərin suvarma suyu ilə təminatında yaranan problem onları çətin vəziyyətə salıb.Pambıq yetişdirən bəzi fermerlər hazırda bol məhsul və qazanc barədə yox, zərərdən necə çıxacaqlarını düşünürlər.
“Suyun başında vəzifəlilər dayanıb”
Biləsuvar rayonunun İsmətli kəndində yaşayan Bəyzadə Abbasov deyir ki, əvvəllər heç vaxt pambıq əkməyib:
“Prezidentin müraciətindən sonra bu işə girişdim. 15 hektar torpağı icarəyə götürmüşəm.Əkinin yarısını iki dəfə, qalan hissəsini isə bir dəfə suvara bilmişəm.Kimin vəzifəsi, adamı var, suyu onun sahəsinə verirlər.Gözümün qabağında pambıq yanır-yarpağı solur, gülü, qozası tökülür.Kasıb-kusubun əkini də, özü də beləcə batıb gedir”.
Həmin kənddə 4.5 hektarlıq pay torpağında pambıq əkən İxtiyar Ağayev də bildirir ki, suvarma suyu, əsasən, iri şirkətlərin və rayonun vəzifəli şəxslərinin əkin sahələrinə verilir:
“Əslində, bizim kimi sadə adamlar çox az pambıq əkib. 11 min hektar kimi təqdim olunan əkinin əsas hissəsi rayonun vəzifəli şəxslərinin yerləridir.Hərəsinin də öhdəsində yüz hektarlarla sahə var. Suyun da başında bu adamlar dayanıb”.
“Su verə bilməyəcəkdilərsə, niyə bizə pambıq əkdirirdilər?”
İxtiyar Ağayev deyir ki, Suvarma Sistemləri İdarəsində və icra hakimiyyətində dəfələrlə qəbulda olub:
“İcra başçısı su ilə bağlı şikayətə gələnləri qəbul etmir. Müavini Xanlar Məmmədov vəd vermişdi ki, vəziyyətlə yerində tanış olacaq, amma gəlib çıxmır. Su idarəsinin müdirinə də imkan vermirlər ki, olan suyu proporsional qaydada bölsün. Ümumiyyətlə, su verə bilməyəcəkdilərsə, niyə bizə pambıq əkdirirdilər?”.
Rayonun Aranlı kəndinin sakini Həsənəli İbayev isə artıq zərər barədə düşünür:
“25 hektar torpaq sahəsini icarəyə götürmüşəm. Hər hektara görə 100 manatdan hesablayanda, təkcə icarə haqqı 2 min 500 manat edir.Toxum almaq və becərmə işləri aparmaq üçün 17 min manat da bankdan kredit götürmüşəm. Bu pulları kim ödəyəcək? Su verə bilmirlər, gəlib əkinlərə baxış keçirsinlər, akt tərtib etsinlər...”.
Rəsmilərin telefonu susur, proqnozları isə...
Doğrudanmı mövcud su ehtiyatı əkinlərin təminatını ödəyə bilmir, yoxsa bu iş yarıtmaz təşkil olunub? Yanmaqda olan əkinləri xilas etmək mümkün olacaqmı?Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Məmmədov suallarımızı axıradək səsləndirməyə imkan verməyib dərhal dəstəyi asdı.Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev isə davamlı zənglərimizə cavab vermədi.İdarənin əməkdaşı bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyindən nümayəndə var, rəis onu müşayiət edir.
Biləsuvar rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, ötən il rayonda 6 min 40 hektar sahədə pambıq əkilib və 12 min ton məhsul istehsal olunub. Məhsuldarlıq orta hesabla 20 sentnerdən də az olub. Mütəxəssislər hesab edirlər ki, bu göstəricilərlə pambıq əkinindən bir elə xeyir götürmək mümkün deyil. Beləcə, anomal istilərin və susuzluğun davam etməsi bu il əkinlərin bir hissəsini məhsul yetişməmiş yandıra bilər. Nəticədə həm iş yerlərinin sayı, həm gəlirlər və həm də subsidiyalarla bağlı proqnozlar özünü doğrultmaya bilər.
Qeyd edək ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulmuşdu. Ölkə başçısının pambıqçılığın əhalinin məşğulluğunun təmin edilməsində vacib sahələrdən biri olduğunu vurğulaması və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaratdı:
“Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq.Ona görə hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək”.
Ölkə başçısının tapşırığından sonra 24 rayonda pambıqçılığın inkişafı diqqət mərkəzində oldu. Belə ki, həmin il bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində 52 min hektarda pambıq əkini təmin edildi. Gözlənilirdi ki, 2016-cı ildə 100 min ton məhsul toplanacaq. Amma Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ildə Azərbaycanda 50 min tondan çox pambıq tədarük edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|