FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                 

Ziya Məmmədovun yağmaladığı əkin sahələrini necə xilas etməli... - Sual budur!
Tarix: 31-08-2017, 08:18 | Çap et
Ziya Məmmədovun yağmaladığı əkin sahələrini necə xilas etməli...
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi və neft hasilatımızın ildən-ilə azalması ilə ölkəmiz postneft dövrünə qədəm qoydu. Artıq əsas diqqət qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatı və sənayeyə ayrılıb. Ölkə başçısının qərarı ilə kəndlilərə verilən subsidiyaların həcmi artırılıb, fermerlərin xeyrinə bir xeyli güzəştlərin edilməsinə başlanılıb.

Lakin problemli məsələlərdən biri də öncəki illərdə kənd təsərrüfatı üçün yararlı olan torpaqların oliqarxlar tərəfindən zəbt edilməsidir. Demək olar ki, əksər bölgələrdə kəndlərin arasındakı əkinə yararlı münbit torpaqlar və ya heyvanların örüş yeri kimi istifadə olunan ərazilər zəbt olunub. Ölkə başçısının müvafiq tapşırığından sonra bir çox torpaqlar dövlətin torpaq fonduna qaytarılıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı monitorinqləri davam etdirir. Prezidentin müvafiq fərman və sərəncamları ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdir.

Oliqarxların torpaqları zəbt etməsi ilə bağlı faktlardan biri də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Göyçay rayonunda Potu və Hüngütlü kəndləri arasındakı yüz hektardan artıq əkin sahəsini zəbt etməsidir. Məlumata görə, sabiq nazir torpağın istifadəsiz qalmasını pərdələmək üçün orada yonca əkdirir. Hələ 2014-cü ildə “Yeni Müsavat”ın Göyçaya ezam olunmuş reportyor qrupu yazırdı ki, Ziya Məmmədovun uzun illərdir ki, sahibləndiyi bu bölgə onların şəxsi “respublikasına” çevrilib. Potu-Hüngütlü ərazisində Z.Məmmədov hektarlarla ərazini hasarlayıb. Ucu-bucağı görünməyən sahə getdikcə qurtarmır. Geniş bir massivi çəpərləyən nəqliyyat naziri burada özünə vertolyot meydançası tikdirir, villalar inşa edir. Əraziyə giriş qeyri-mümkündür. Hündür hasarlarla əhatələnmiş böyük sahə nəzarətdədir. Qeyd edək ki, üzərindən 3 il keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, hələ də həmin torpaqlar zəbt olunmuş haldadır və kənd əhalisinin sözlərinə görə, rayonun kənd təsərrüfatı üçün ən münbit torpaqlardır.

Sual isə budur ki, torpaqları oliqarxların əlindən hansı yolla geri almaq mümkündür?

Bu yollardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı yoxlamalar və qanunsuz hasarlanmış, təyinatı üzrə istifadə edilməyən torpaqları zəbt edənlərə yazdıqları cərimələrdir.

Xatırladaq ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, yaxud həmin torpaq sahəsini özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir. Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.

Qeyd edək ki, ölkə başçısının qərarından sonra qeyd olunan halların aradan qaldırılması ilə bağlı bir çox torpaq reydi və monitorinqləri keçirilib. Respublika üzrə 500-ə yaxın pozuntu halı aşkar edilib. Bununla bağlı inzibati tənbeh vermə haqqında 170 qərar qəbul edilib. 950-yə yaxın hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq olunub, 230 halla bağlı inzibati protokol tərtib edilib.

Ancaq təbii ki, oliqarxlar üçün bu cərimələr elə də böyük məbləğ hesab olunmur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu istiqamətdə işlər sürətləndirilib: “Cənab prezidentin bu barədə xüsusi göstərişi var ki, əkilməyən, təyinatı üzrə istifadə edilməyən torpaqlar hamısı qaytarılmalı və ya kənd təsərrüfatı məhsullarının əkini üçün istifadə edilməlidir. Biz Milli Məclisdə bununla əlaqədar qanun da qəbul etdik ki, əkilməyən torpaqlar cərimə ödəyəcəklər. Belə hallar var, mən sizinlə razıyam. Dövlət Əmlak Komitəsi bununla çox ciddi şəkildə məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi də faktiki olaraq bu torpaqları araşdırırdılar ki, hansı torpaqlar nə vəziyyətdədir. Ancaq məlumdur ki, bir çox yerlərdə zəbt olunmuş torpaqlar var, onların qaytarılması, əkilib-becərilməsi gündəmdə olan məsələlərdən biridir. İndi kənd təsərrüfatına diqqət həddindən artıq böyükdür, cənab prezident tərəfindən fermerlərə yardımlar edilir. Kənd təsərrüfatının inkişafına diqqət artırılır. Çünki bu məhsullar xaricə idxal olunur və ölkəyə dollar gətirir. Bu mənada kənd təsərrüfatına yararlı torpaqların təyinatından kənar istifadəsinə nəzarət mexanizmi dəyişdirilməlidir. Kim torpaqdan istifadə edirsə, əkib-becərirsə, qoy etsin. Əks halda, torpağı zəbt edib istifadəsiz saxlayırsa, onlar qaytarılmalıdır. Hər bir rayonun icra başçısı bu məsələdə məsuliyyət daşıyır ki, onun rayonunda hansı məhsulların əkilməsi daha məqsədəuyğundur. Bu mənada torpaq islahatı yekunlaşmalıdır və əhaliyə məlumat verilməlidir ki, hansı torpaqlar kimlərdən alındı, hansı istiqamətdə istifadə olunacaq”.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru