“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                 

Gəncənin icra başçısının “sağ əli”nin əməlləri barədə yeni faktlar - İTTİHAM
Tarix: 13-11-2017, 08:53 | Çap et
Gəncənin icra başçısının “sağ əli”nin əməlləri barədə yeni faktlar
Baş Prokurorluq Gəncə İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin sektor müdiri Gülnar Günəşlinin idarə rəisi Məharət Mustafayevin ona qarşı qanunsuzluqları araşdırdığı bir vaxtda yeni əməlləri üzə çıxıb.

Redaksiyamıza müraciət edən Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova M.Mustafayevin 100 min dollar pul aldığını, əvəzində torpaq ayrılacağını, lakin aldadıldığını deyir. 57 yaşlı Tutu Əhmədovanın sözlərinə görə, 2013-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb. Həmin vaxt Gəncə şəhəri, Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqda danışıq aparıb. İcra başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlindən 100 min dollarını alıb. M.Mustafayev sonrakı 1 il ərazində torpağın sənədlərini T.Əhmədovaya verəcəyini bildirib: “Torpağı alarkən həyat yoldaşımın dostu Asim Kazımovdan və Eynulla Kərimovdan kömək istəmişdim. Onlar da məni Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə tanış etmişdilər. Aparıb ”Avtozavod" qəsəbəsindəki həmin torpağı mənə göstərdilər ki, pulunu ver, bura sənindir. Açığı həmin ərazini çox bəyəndim və razılaşdım. 160 sot torpaq idi. Asim Kazımov və E.Kərimovun iştirakı ilə əlimdəki vəsaiti Məharət Mustafayevə verdim. Birinci dəfə 50 min dollar, ardından 20 min və 30 min dollar ödədim. Bu alqı-satqıdan sonra E.Kərimov Məharət Mustafayevin yanında makler kimi işə başladı. Pulu ödəsəm də, torpağın sənədlərini mənə vermədilər. Oğlum Rusiyada tək qaldığı üçün onun yanına qayıtmağa məcbur oldum. 1 neçə ay sonra qayıtdım və torpağın sənədlərini istədim. Məharət Mustafayevlə görüşdük. Mənə dedi ki, Rusiya vətəndaşı olduğun üçün sənin adına torpaq satıla bilməz, qohumlarından birinin şəxsiyyət vəsiqəsini gətir, torpağı onun adına sənədləşdirək. Bacım qızının vəsiqəsini aparıb verdim. Lakin yenidən məni süründürməçiliyilə saldılar və sentyabr ayında qayıdıb Rusiyaya oğlumun yanına getməyə məcbur oldum. Bacım qızının vəsiqəsi də Məharət Mustafayevdə qaldı".

1 il keçdikdən sonra icra başçısı vəzifəsindən azad edilib və torpaq məsələsi də həll olunmamış qalıb: “2014-cü ilin oktyabrında isə eşitdim ki, yenə torpaq məsələsi üstündə Məharət Mustafayev kimisə vurub və ona görə də onu prezidentin əmri ilə vəzifədən azad ediblər. Bu müddət ərzində nə mənim aldığım torpağı sənədləşdirmədi, nə də pulumu qaytarmadı. Mən isə Rusiyada əməliyyat olunduğum üçün ölkəyə qayıda bilmədim. 2015-ci ildə Azərbaycana gəldim və Məharət Mustafayevlə görüşdüm. O artıq vəzifədən çıxarılmışdı və heç yerdə işləmirdi. Dedi ki, mütləq sənin pulunu qaytaracağam. Qaytara bilməsəm, Bakıdakı 2 otaqlı evimi adına keçirərəm, üstünü də sonra dollarla ödəyərəm. Onun səs yazısı da məndə var. Bu söhbətdən sonra yenidən Rusiyaya dönməli oldum və 2016-cı ildə qayıtdım. Baş Prokurorluqda çalışan bir tanışımızla məsləhətləşdim ki, əgər Məharət Mustafayev pulumu ödəməsə şikayət edəcəyəm. Bu söhbət hansısa formada onun qulağına çatdı və mənə zəng etdi. Məharət Mustafayev məni Gəncəyə dəvət etdi, xahiş etdi ki, heç yerə müraciət etməyim. Söz verdi ki, birinci mərhələdə 40 min dollarımı qaytaracaq, müəyyən müddətdən sonra isə qalan 60 min dolları ödəyəcək. Daha sonra, Alıyev Qürbət Mikayıl oğlu vasitəsilə mənə 20 min manat göndərdi. Mən isə 40 min dollar gözləyirdim. 20 min manat isə o zaman 12 min dollar edirdi. Məharət Mustafayevə zəng edib narazılığımı bildirdim. O isə mənə hədə-qorxu gəldi ki, bu puldan başqa heç nə ödəməyəcək. Dedi ki, hara istəsən şikayət et, bu ölkədə heç kim məni həbs edə bilməz”.

T.Əhmədova Məharət Mustafayev tərəfindən təhdidlərə məruz qaldığını da diqqətə çatdırıb: “Məni təhdid etdi ki, burada özünü, Rusiya isə oğlunu öldürtdürərəm. O hazırda Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsindədir. 1 ildən çoxdur ki, Bakıdayam, oğlumun və öz həyatım üçün qorxuram. Məharət Mustafayev məni hədələyir, 88 min ABŞ dolları pulumu da qaytarmır”.

T.Əhmədovanın sözlərinə görə, ona qarşı təhdidlərin, dələduzluğun araşdırılması üçün Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: “Şikayətimi araşdırılması üçün Gəncə Prokurorluğuna göndərdilər. Orada məndən izahat aldılar. 2 gün sonra işi rədd etdilər. Bundan sonra məhkəməyə müraciət etdim. Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədov şikayətə baxdı. Orada Məharət Mustafayev qızımın adına 1 hektar torpaq verdi. Etiraz etməyimin heç bir faydası olmadı. Sonradan bildim ki, bu torpağın verilməsi haqda sənədlər saxtadır. Faktiki olaraq mənə qarşı 2-ci dəfə dələduzluq edilib. Məhkəmə Məharət Mustafayevin göstərişi ilə şikayətim üzrə xitam qərarı çıxardı. Yazdılar ki, barışıq əldə olunub. Həmin qərarı mübahisələndirirəm. 4 yetim saxlayıram, Məharət Mustafayevin başıma açdığı oyunlar, təhdidlərindən sonra şəkər xəstəliyi tapmışam. Məharət Mustafayev Gəncədə mənə öz evimdə yaşamağa imkan vermir. Təhdid edirlər. Qorxudan müxtəlif ünvanlarda yaşayıram. Rusiya vətəndaşıyam, ona görə də prezident Vladimir Putinə də şikayət ünvanlamışam. Azərbaycanın baş prokuroru Zakir Qaralovdan kömək istəyirəm. Bizi Məharət Mustafayevin zülmündən qurtarın. Pulumuzu alıb bizə versinlər”.

İşdə adı çəkilən, vaxtilə Məharət Mustafayevin yanında işləmiş E.Kərimov da sabiq müdirinin əməllərindən zərərçəkənlərdəndir. Deyir ki, Tutu Əhmədovanın torpaq işini həll edərkən, Məharət Mustafayevlə tanış olub: “Təklif etdi ki, onun alqı-satqı işlərinə yardımçı olum. Bir müddət onunla işlədim. Gördüm ki, qanunsuz əməlləri var, yanından uzaqlaşdım. 1 neçə nəfərdən torpaq satmaq üçün ümumilikdə 92 min dollar pul alıb Məharət Mustafayevə vermişdim. Həmin vətəndaşlardan da Tutu Əhmədova kimi pulu alıb torpağını vermirdi. Onunla vətəndaşlar arasında mən qalmalı olurdum. Məcbur qalıb evimi və maşınımı satdım, 92 min dolları zərərçəkənlərə ödədim. Ancaq hələ də həmin pulu Məharət Mustafayevdən ala bilmirəm. Sonuncu dəfə məni ”Ramada Plaza"ya çağırdı, ağır sözlərlə təhqir etdi, mənə əl qaldırdı. Təhdid etdi ki, adam tutub üzünə durduracam, səni həbs etdirəcəm".

E.Kərimov Məharət Mustafayevin daha bir qanunsuzluğunun üstünü açıb: “Pulunu alıb torpaq vermədiyimiz adamlardan biri məni çox narahat edirdi. Məharət Mustafayevdən onun torpağının sənədini verməyi xahiş etdim. O isə 2016-cı ildə, 2013-cü il tarixinə saxta möhürlə bir sənəd düzəldib mənə təqdim etdi. Sonra həmin sənədin üstündə məni saxladılar və 20 gün həbs yatdım. Bu günə qədər Tutu Əhmədovanın da pulunu vermir. Bu adamın əlindən gecə-gündüzümüz yoxdur. Baş Prokurorluqdan xahiş edirik ki, bu məsələni də nəzarətə götürüb Məharət Mustafayevin bizə qarşı qanunsuz əməllərinin nəhayət ki, araşdırılmasına göstəriş verilsin”.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru