“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                 

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir - “Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”
Tarix: 14-11-2017, 08:32 | Çap et
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
“Ramiz Yediyarov 2013-cü ildə obyektimin qarşısını kərpiclə hördürdü. Şikayət etdim, özünə də xəbər göndərdim ki, bu mənim işimə ziyan edir. Qışın günü gətirib hördürdüyü daş hasarın önünə ağaclar əkdirdi. 6 ildir ki, normal fəaliyyət göstərməyimizə mane olur. Gədəbəy dağlıq rayondur, düşmənlə üz-üzəyik. Rayonu tərk edib heç hara getmək fikrimiz olmayıb. Başımızı aşağı salıb işimizi görürük, başçı imkan vermir” - rayon sakini Fəxrəddin Fərəməz oğlu Bağırov belə deyir.

Başçıdan sahibkara qarşı “troya atı” gedişi və fiaskosu

Onun sözlərinə görə, Ramiz Yediyarov başçı təyin olunandan sonra ona da xəbər göndərib: “Gəlib köməklik istədilər, dedik ki, imkanımız çatandan etməyə hazırıq. Amma bizdən gücümüzdən 10 dəfə artıq kömək istədilər, edə bilmədik. Bundan sonra illərdir ki, bizim işimizə ən müxtəlif maneələr törədilir. Ramiz Yediyarov 2013-cü ildə gətirib obyektimin qarşısına çəkdirdiyi kərpic hasarın üstünə cənab prezidentin sözləri yazılmış plakat yapışdırdı. Bunu həmin vaxt etdi ki, mən həmin hasarın sökülməsi ilə bağlı müxtəlif qurumlara, ölkə rəhbərliyinə şikayətlər edirdim. Dedim ki, prezidentin sözləri yazılan plakatla işimə ziyan vurduğunu düşünürsə, mən bunu ziyan bilmirəm. Günlərin birində isə həmin plakatı gecə yarısı kommunal xidmət əməkdaşları oğurlatdırdı. Bunu ona görə etdirmişdi ki, sonradan desinlər ki, guya plakatı mən sökdürmüşəm və mənim həbsim üçün əsas yaransın. Plakat oğurluğunun videosu obyektin nəzarət kameralarına düşmüşdü və həmin videonu da əlavə etməklə müvafiq qurumlara şikayət etdim. Bundan sonra Ramiz Yediyarov xəbər göndərdi ki, mənimlə işi olmayacaq, barış təklif etdi. Razılaşdıq. Amma hasarı yenə də sökmədi.

“Şikayətimə cavab yazdı ki...”

2017-ci ildə mənim obyektimin qarşısına çəkilən hasarın sökülməsi ilə bağlı şikayətimə cavab yazır ki, hasarı guya özüm çəkdirmişəm. Ətrafından da dedilər ki, sökə bilər. Mən də sökdürdüm. Gədəbəydəki bütün dövlət idarələrini üstümə qaldırdı. Obyektimə basqın təşkil etdirdi. Ölkə rəhbərliyinin bu işdən xəbər tutmaması üçün məni təcrid etməyi planlaşdırırdılar və hansısa bəhanə edib müvəqqəti həbs edəcəklər. Ona görə də basqından əvvəl və basqın vaxtı obyektimə yaxınlaşmadım. Axşam düşdükdə isə rayonu tərk edib əvvəl Gəncəyə, sonra isə Bakıya gəldim".

“Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”

Sahibkar deyir ki, rayon icra hakimiyyəti tərəfindən özünə qarşı törədilmiş cinayətlərlə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Hörmətli cənab prezidentin ”Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilədək dayandırılması" haqda 3 noyabr 2017 -ci il tarixli fərmanının mürəkkəbi qurumayıb. Rayon icra hakimiyyəti başçısının mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə, açıq cinayət əməllərinə yol verməklə dayandırması rayondakı olan-qalan sahibkarları da dəhşətə gətirib. Mənə qarşı qanunsuzluqla bağlı ölkə rəhbərliyinə hər müraciətimdən sonra Ramiz Yediyarovun mənə qarşı yol verdiyi cinayətlər daha da şiddətlənib. Əgər əvvəl obyektimin qapı və pəncərələri hörülmüşdüsə, ilk müraciətdən sonra ağır texnika ilə obyektimin yan divarları uçuruldu, obyektin qarşısından ikinci bir hasar çəkildi, obyektin içərisinə hücum edilərək işçilər uzaqlaşdırıldı və faktiki olaraq obyekt qəsb edildi. Bütün bunlarla bağlı ölkə rəhbərliyinə 2-ci müraciətimdən sonra isə Ramiz Yediyarov ölkə tarixində bənzəri olmayan daha ağır cinayətə yol verdi. Belə ki, obyektimin yeganə yolunun darvazalarını sökərək yerini hasarlatdı. Nəticədə mənə aid olan bütün maşın, texnika, mallar obyektin içində qalmaqla obyektə giriş tamamilə bağlanıb. Əvvəlcədən deyim ki, obyektdə baş verə biləcək yanğın və digər hadisələrlə bağlı məsuliyyət bütünlüklə başçının üzərinə düşür".

Sahibkar deyir ki, Gədəbəydə hər kəs Ramiz Yediyarovun ona qarşı cinayətlərinin nə ilə sonuclanacağını böyük maraqla izləyir: “Mənə qarşı hikkəli addımlar faktiki olaraq bütün sahibkarları çaşqın duruma salıb. Bu gün mənim başıma açılan müsibəti Ramiz Yediyarov rayonda istənilən sahibkarın başına gətirə bilər. Çünki bu adam ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlara zidd hərəkətləri ilə az qala öyünür. Obyektim qızılçıxarma şirkətinin lap yaxınlığındadır, orada işləyən xarici vətəndaşlar bu cür açıq cinayəti görüb ölkəmiz haqda hansı təsəvvürə sahiblənirlər? Bunu Yediyarov düşünürmü? Yol verilən cinayətin rayona sərmayə yatırmaq istəyən nə qədər yerli və xarici investoru fikrindən daşındırdığını bu şəxs anlayırmı? Ölkə rəhbərliyindən xahiş edirəm ki, bir sahibkar olaraq mənə qarşı törədilən açıq-aşkar cinayətin araşdırılmasına göstəriş verilsin. Obyektimin yolu tamamilə bağlanıb, giriş yoxdur, içəridə sement, boya zavodlarına məxsus istifadə müddəti məhdud olan, nisyə alınmış on min manatlarla qiyməti olan mal qalıb. Obyektin işçiləri işlərindən olublar, özüm təhkükəsizliyimizə təminat olmadığına görə rayonu tərk etmişəm”.

“Onun kimə güvəndiyini bilmirəm”

Sahibkar deyir ki, başçının göstərişi ilə ona qarşı törədilən cinayət ölkədə Konstitusiya gününə təsadüf edib: “49 yaşım var. Biri 8 aylıq olmaqla, 2 körpə uşağım var. Mən Yediyarova görə bu yaşımda rayondan köçməliyəm? Ramiz Yediyarovun və onun adamlarının cinayət əməllərinin əks olunduğu çoxlu sayda foto və videoqeydləri də təqdim edirəm. Bu qeydlərdən sonra obyektin işığı kəsilib ki, həmin vaxt əraziyə gələrək cinayətə birbaşa rəhbərlik edən icra başçısı nəzarət videokameralarının obyektivlərinə tuş gəlməsin. Başçı ölkə rəhbərliyinin fərman və sərəncamlarına məhəl qoymur. Onun kimə güvəndiyini bilmirəm. Ümid edirəm ki, müraciətlərim ölkəmizin inkişafı üçün gecə-gündüz çalışan ölkə rəhbərliyinin diqqətindən kənar qalmayacaq”.

Sahibkar obyektinin qanuni sənədlərinin olduğunu və həmin sənədlərin qanuniliyi haqda R.Yediyarovun iddialarının doğru olmadığını da diqqətə çatdırıb. Redaksiyamıza həmin sənədləri də təqdim edib.

P.S Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti rəsmilərinin və Ramiz Yediyarovun da mövqeyini dərc etməyə hazırıq.
\\musavat.com\\

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru