Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                 

Həbsdəki MTN generalı Eldar Mahmudovu istintaqa təhvil verir - gözlənilməz gəlişmə
Tarix: 25-11-2017, 09:25 | Çap et
Həbsdəki MTN generalı Eldar Mahmudovu istintaqa təhvil verir
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Artıq prokuror Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.

Məhkəmənin gedişatında E.Mahmudovun əleyhinə danışmayan sabiq işçisi Elçin Quluyev ona cəza istəniləndən sonra çox kəskin çıxış edib.

Bildirib ki, heç bir cinayəti yoxdur. O, kimin cinayət etdiyini açıqlayıb: “Mən özümü təqsirkar bilmirəm. Çünki mənim heç bir günahım yoxdur. Cinayət törətməmişəm”.

Zərərçəkmiş Mətləb Mustafayevin həbs edilməsinə münasibət bildirən general-mayor deyib ki, bunun sifarişini məhz nazir özü edib: “Eldar Mahmudov prokurorluqla razılaşdıraraq, Mətləbin evinə tapança qoydurub, həbs etdirib”.

Zərərçəkmiş Mətləb Mustafayev də bildirib ki, Elçin Quliyev ötən prosesdə çıxış edərək Eldar Mahmudovun onunla görüşmək istədiyini deyib: “Çıxışında açıqca dedi ki, Eldar Mahmudov vəzifədən azad olunandan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Bundan başqa, Elçin Quliyev həbsxanada intihar edən İlqar Əliyevdən danışdı. Elçin çıxışında İlqarın ona zəng edərək, vəkil istədiyini dedi”.

Vəkili E.Quliyevin barəsində bəraət hökmünün çıxarılmasını və mülklərindən həbsin götürülməsini tələb edib. Polkovnik Azər Mehdiyevin vəkili də çıxış edərək bəraət istəyib. Proses noyabrın 27-də davam edəcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adıçəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilmişdi. Daha sonra cinayət işi üzrə həbs olundu.

Onun məhkəmədəki Eldar Mahmudova yönəlik çıxışları ilə tanış olan ekspertlər deyirlər ki, general-mayor sabiq şefinə qarşı çox ciddi ifşaedici mövqedədir. Onun məhkəmədə açıqladığı məlumatlar ciddi şəkildə araşdırılmalı və hüquqi qiymət verilməlidir: “Hüquqi baxımdan yanaşanda Elçin Quliyevin məhkəmədəki fikirləri Eldar Mahmudovun istintaqa cəlb olunması üçün əsas ola bilər. İstintaq Elçin Quliyevin ifadəsini alıb təsdiqləyici sübutlar toplamalı, zərərçəkən tərəfi dinləməlidir. Elçin Quliyevin dedikləri həqiqətdirsə, Mətləb Mustafayevin evinə silahı Eldar Mahmudovun sifarişi ilə qoyub özünü həbs ediblərsə, bu halda Eldar Mahmudova ittiham irəli sürülməsi üçün əsas yaranır.

Düzdür, Eldar Mahmudovun MTN-də baş verən cinayətlərdə nazir kimi dolayı və birbaşa əli olduğu bilinən cinayətlər haqda çoxsaylı məlumatlar var. Hazırda isə sabiq nazirin əleyhinə birbaşa tabeçiliyində olmuş, general-mayor rütbəli biri ifadə verir. Bu çox ciddi bir olaydır və Eldar Mahmudovun həbs ediləcəyi artıq mübahisə doğurmur. Bundan başqa sabiq nazirin barəsində bir qədər əvvəl xüsusi qərardad da çıxarılıb və cinayət işi başlanılması üçün Baş Prokurorluğa göndərilib. Göründüyü kimi, Eldar Mahmudov barəsində son addımın atılması üçün bütün şərtlər var. Onu yaxın zamanda həbs edəcəklər. Hazırda baş verənlər bunu qaçılmaz edir".

Ekspert xatırladır ki, E.Mahmudovla bağlı 2 ildən artıq müəmmalı şəkildə davam edən proses artıq yeni mərhələyə qədəm qoyub: “Milli Təhlükəsizlik Nazirliyində 2015-ci ilin oktyabrında başladılan proses Eldar Mahmudov üçün yaxşı heç nə vəd etmədiyi bəlli idi. Baş verənlərdən belə nəticəyə gəlmək olurdu ki, hakimiyyətin onunla bağlı perspektiv planları var və gerçəkləşməsi üçün Eldar Mahmudovun azadlıqda olması vacibdir. Məsələn, Eldar Mahmudovdan bəzi maliyyələrin geri qaytarılması istiqamətində danışıqlar aparılması haqda bilgilər vardı. Necə ki, başqaları ilə, eyni qaydada Eldar Mahmudovla da iş aparılırdı. Artıq həmin danışıqlar da, danışıqların mövzusu da həll olunub. Mümkündür ki, Eldar Mahmudov ondan tələb olunanlarla vidalaşıb və ya haradasa razılaşmayıb. İstənilən halda, prosesin nəticəsindən asılı olmayaraq Eldar Mahmudov görüntü xatirinə də olsa istintaqa çağırılmalı, məhkəmə qarşısına çıxarılmalı idi. Ona veriləcək ittihamlardan və barəsində çıxarılacaq hökmdən sonra hazırda Eldar Mahmudovun ətrafında gedən proseslərə daha dəqiq qiymət vermək mümkün olacaq. Hələlik isə bizlər Eldar Mahmudovun ətrafında olan general-mayorun onun üzünə qarşı ifadə verməsini görürük və məhkəmədəki çıxışlar onun həbsi üçün yetərlidir”.

Qeyd edək ki, ləğv edilmiş MTN-in Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləmiş Malik Mustafayevin intihar etməsi və onun qardaşına təzyiqlər edilməsi ilə bağlı həbsdə olan MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev istintaq zamanı bir qədər fərqli ifadələr vermişdi.

Malik Mustafayev 2014-cü ildə işdən çıxarıldıqdan bir müddət sonra intihar etmişdi. Onun qardaşı Mətləb Mustafayev qanunsuz silah saxlamaqda təqsirli bilinərək həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah daşıma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. MTN ləğv edildikdən sonra 2016-cı ilin sonlarında azadlığa buraxılmışdı.

E.Quliyev ibtidai istintaqa ifadələrində bildirmişdi ki, Malik Mustafayevi MTN-in Yevlax rayon şöbəsinin rəisi olan vaxtlardan, onun qardaşı Mətləb Mustafayevi isə həbs olunandan sonra tanıyıb: “Malik Mustafayevin sonuncu xidməti vəzifəsi MTN-in Situasiya Mərkəzinin rəis müavini olub. Dəqiq tarixi xatırlamadığım vaxtda bir dəfə Mətləb Mustafayevlə söhbət etmişəm. Qardaşının MTN-də hörmətli şəxs olmasını deyərək, mənzilində aşkar olunmuş silahla bağlı məlumat əldə etməyə çalışdım. Bildiyimə görə, Malik Mustafayev də Mətləblə bu barədə söhbət etsə də, o, silahı haradan alması barədə məlumat verməyib. Mətləb Mustafayevlə söhbətimiz zamanı vəkil iştirak etməyib”.

E.Quliyevin sözlərinə görə, Mətləb Mustafayevdə silah olması, onun İranda yaşayan Rza, Hüseyn adlı şəxslər və qeyriləri ilə əlaqəsi olması barədə 10 sentyabr 2014-cü ildə MTN-in İstintaq İdarəsinə məktubla məlumat verib: “Təxminən bir həftədən sonra yenidən əməliyyat məlumatı əsasında Mətləb Mustafayevin qohumlarında silah olması barədə istintaq idarəsinə məlumat vermişəm. Lakin Mətləb Mustafayevin qohumlarının evindəki axtarışlar zamanı silah aşkar olunmayıb. Mətləb Mustafayevin mənzilində axtarış zamanı İlqar Əliyev və əməkdaşlarımızın orada iştirak etməsini təmin etmişəm. Mətləb Mustafayev isə MTN-in istintaq təcridxanasında saxlanılan zaman ola bilərdi ki, Antiterror Mərkəzinin əməkdaşları ilə söhbət etsin. Mətləb Mustafayevlə əsas işi tapşırığım əsasında İlqar Əliyev qurub. Mətləb Mustafayev həbs ediləndən sonra onunla görüşmüşəm, silahı haradan əldə etməsi ilə bağlı söhbətimiz olub. Mətləb Mustafayevdən evində aşkar olunmuş silahı haradan əldə etməsi ilə maraqlandım. Həmin söhbət zamanı onunla istintaqla bağlı deyil, əməliyyatla bağlı söhbət etdiyim üçün vəkilinin iştirakını təmin etməmişəm”.

Göründüyü kimi, ibtidai istintaqa ifadəsində general-mayor keçmiş şefini satmayıb, onun əleyhinə ifadə verməyib. İndi isə situasiya dəyişib, Mahmudovu özünün birbaşa tabeçiliyində olanların ifadələri ilə həbs göndərirlər. Belə də o uzaqdan-yaxından tanışlığı olan istintaqçılara, onların rəhbərlərinə də hər hansı bir irad bildirə bilməyəcək. Danışacaq və ona deyəcəklər ki, əlinin altında olan şəxs əleyhinə ifadə verirsə, biz kimik?
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru