Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                 

“Neyləyim? Övladım onun universitetində oxuyur” - Tanınmış yazar rektoru BELƏ İFŞA ETDİ...
Tarix: 11-09-2024, 08:59 | Çap et
“Neyləyim? Övladım onun universitetində oxuyur”
"Azərbaycanda vəzifəsinə görə, daha dəqiq, vəzifə üçün etdikləri naqis əməllərə görə əslində, ortabab istedad, savadlı olub da, yazıçı kimi uğursuzluğa və mənasızlığa düçar olan bir neçə adam var. Məsələn, AYB sədri Anar, vəzifədə olmayıb vəzifəli olan Ramiz Rövşən və.s. Və budur, Azərbaycandan Nobelə “mırta” namizəd olan Kamal Abdulla..." Dia-az.İnfo bildirir ki, bunu ittiham dolu yazısında tanınmış jurnalist-yazar Orxan Saffari qeyd edib.
Kamal Abdullanın bu zamana qədərki fəaliyyətini incələyən jurnalist daha sonra əlavə edib: "Eyforiyası indi görünmür, o, özü də istedadı tam çatmadığı üçün bunu görə bilməz, amma Kamal Abdulla faciəsi çox dərindir.
Açıq desək, Kamal Abdulla Azərbaycan ədəbiyyatına böyük bir ləkədir. O ləkə isə çox adama bulaşıb, çox adam özünü Kamal Abdulla ilə kirləndirib.
Folkloru yaxşı bilən, mistikanı, magik-realizm janrını az-çox təqdim edən, doğrudan da sahəsində savadlı olan Kamal Abdulla mahiyyətcə heç vaxt yazıçı ola bilmədi və artıq hər şey üçün gecdir.
İndi bunu deməyə əsasımız var:
Kamal Abdulla unuduldu, Kamal Abdulla yoxdur. O, mənəvi olaraq çoxdan ölüb.
Bir zamanlar yaxşı pul xərclədiyinə və vəzifələrə görə ədəbi mühitdə “xaltur” elədiyinə baxmayaraq, kisənin ağzını bağlayan kimi məsələ bitdi.
Kamal Abdulla vaxtı ilə Azərbaycan ədəbi mühit mütilərinə puldan, qonaqlıqdan verə-verə özü haqqında yazılar yazdırdı. Özü də, o, həmin yazıların yazılması şəxsən dili ilə istəyirdi.
Ədəbi vicdandan danışan, gənclərə qarşı amansız iradlar bildirən, “əşi, siz nə yazırsınız, kimsiniz” deyən tənqidçilər də qapısında, bağında ona yalmalandılar.
Niyə? Çünki Kamal Abdulla özünü yazıçıdan əlavə “lotu” kimi də hiss edirdi. Beləki, məsələlər onun haqqında tənqid yazan adamları hədələməyə qədər, təhqirə qədər gedib çıxırdı.
İndi bütün bunlar nələrəsə görə public şəkildə səsləndirilməyə bilər, fəqət heç biri uzaq keçmiş deyil və əslində, hamı hər şeyi yaxşı bilir.
Bəli, Kamal Abdulla yazıçı ola bilmədi, amma bəzi şeylər də qazandı. Məsələn, hansısa məclisdə pislənilən zaman kimlərsə yazıçılığını qırağa qoyub, “əşşi, əsas odur, yaxşı kişidir, çörək verəndir” deyirdi.
Bəs görəsən, Kamal Abdulla ona olan bu münasibəti bilir?
Əslində, sual ritoriktir. Hər halda o boyda vəzifələrə elə belə gəlməyib, bilər.
Bəs rahatdırmı? Axı o doğrudan da yazıçıdırsa, hər şeyi fonunda onu ədəbiyyat məsələləri narahat edirsə, adamların onu ancaq pula, bir tikə çörəyə görə tərifləməsinə pis olmurmu? Onun haqqında yazılan yazıların boğazdan yuxarı, mənasız və yaltaqlıqdan ibarət olduğunu görmürmü?
Belə-belə şeylər onu yazıçı olmağa qoymadı. Məsələn, hansı oxucu Kamal Abdulla haqqında yazılan bir yazını yadında saxlayıb? Hansı oxucu Kamal Abdulla haqqında yazılan hansısa yazını oxuyub, deyib, bu adamdan yazıbsa, vəssəlam, oxumağa dəyər. Ümumiyyətlə, kim Kamal Abdulladan bir əsər oxuyub və deyib:
“Nə gözəl əsərdir, nə gözəl yazılıb?”
Əksinə, Kamal Abdulla özündən mənasız yazılar yazdırmaqla yekə-yekə kişiləri də hörmətdən saldı, onlara yaltaq damğası vurdurdu.
Çünki onun “çörək verən” olduğu kimi adamı çörəklə sınağa da çəkməyi də var.
Çünki Kamal Abdulla sevmədiyi adamı bütün sferalarda sıxa biləcək adamdır. Məsələn, onu pisləyən adamın müdirinə zəng edib deyə bilər:
“Ay filankəs, sən mənim dostumsan, bəs işçin haqqımda ağzına gələni danışır, niyə tənbeh eləmirsən?”
Yaxşı xatirimdədir. İllər əvvəl Kamal Abdulladan tənqid yazısı yazsam da, bu yazı kimi verməyə yer tapmamışdım. Saytlarda olan dostlara hal-qəziyyəni danışanda cavablar bu cür olmuşdu:
“Saffari, bilirsən, oğlum onun universitetində oxuyur, problem yaradar”
“Saffari, aramız yaxşıdır, müəllimin də belə şeylər xoşuna gəlmir”
“Saffari, vallah, məndən olsa, verərəm, amma zəng vuracaq müdirə, müdir də mənə ağzına gələni deyəcək”
Bəli, Abdullayev Kamal yekə kişiləri, istedadlı adamları bu cür çarəsiz vəziyyətə salıb. Görəsən, o, nə vaxtsa əməllərindən utandımı? İnsanların ondan bu cür çəkinməsindən heçmi narahatlıq hissi keçirmədi?
Bəs düşünmədimi zaman gələcək, bu söhbətlərin eyforiyası bitəcək, gələcək nəsil də necə lazımdırsa, nə varsa, hamısı deyəcək? Yəqin, elə bilirdi, haqqında yazılan tənqidlərin qarşısını almaq sevgi qazanacaq.
Üstəlik, mühit mütiləri Kamal Abdullaya qarşı qəribə bir nifrət də bəslədilər. Zirzəmi kafelərin spirtli gecələrindən tutmuş, açıq havadakı çay masalarına qədər onu hər zaman pislədilər. Çünki heç biri səmimi deyildi, süni sevgi bəslənilirdi.
“Neyləyim? Yanında işləmişəm”
“Neyləyim? Övladım onun universitetində oxuyur”
“Neyləyim, filan problemimə kömək edib”
Əslində, Kamal Abdullaya nisbətdə yaşlıların əksəriyyəti kifayət qədər yaxşı yazıçıdır. Məsələn, Abdullayev Kamal sədr Anarın bir cümləsini belə yazmayıb. Bu boyda ömür sür, yaz, poz, amma dişə dəyən, heç Azərbaycan səviyyəsində də ciddi bir nəsr əsərin olmasın.
Ortabab bir yazıçı ömrünün bu çağında yazıçı ola bilmədiyi üçün ən yaxşı halda depressiyaya düşməli idi, amma Abdullayev Kamalın belə məsələlər heç vaxt vecinə olmayıb. Əlbəttə, məlum. Var-dövlət, şan-şöhrət onu darıxmağa qoymayıb.
O, doğrudan da “ədəbi avtoritetdir”, kimlər üçünsə “çörək verən kişidir”, amma qətiyyən yazıçı deyil, ola da bilməyəcək, bilmədi. Bunu isə hamı bilir.
Necə deyərlər, zəmanə qara gəlsin. Gör, kimlər kimə möhtac oldu. Gör, pul, vəzifə insanı ahıl yaşında da nələrə vadar edir.
Sözsüz, tarix yenə də sözünü deyəcək, hər kəsə layiqli yerini göstərəcək. Məsələn, bir zamanlar pul verdikləri, dolandırdıqları adamlar da illər sonra onu unudacaq, dediklərini təkzib edəcək. Çünki bütün bunların heç birində səmimiyyət yoxdur. Bu gün kimlərinsə işə-gücə, pula-mala görə, boğazında ilişib qalan məişət yaxşılıqlarına xatir susmağı hələ hər şey demək deyil və təəssüf, bütün bunlar yazıçı olmaq üçün də əsas deyil..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru