Qazaxdakı məmurlar da Bakıdakı məmurlardan fərqlənmirlər... - ...bir məmurun min oyunu
Tarix: 3-08-2015, 09:28 | Çap et
DİA.AZ: - Qazaxın Daş Salahlı kəndi ərazisinə və əhalisinin sayına görə rayonun birinci kəndi hesab olunur. Kənddə sözünü deyən, mərd və cəsarətli insanlarla yanaşı tanınmış elm adamları və ölkənin bir sıra aparıcı sahələrində çalışanlar da az deyil. Daş Salahlının özündə rəhbər vəzifələrdə işləyən mərhumların adları bu gün şərəflə çəkilir. Qazaxın bu kəndi həm də təbii sərvətlərin və tarixi abidələrin məkanı sayılır. Belə ki, kənddə 11 -ə yaxın daş karxanası var. “Avey” Dövlət qoruğu, “Damcılı” bulağı da bu kənddədir. “Akkord” sement zavodu, “Gil mədəni “ istehsal müəssisələrindəndir.
Kəndin tarixi xronikasını vərəqləyəndə bu gün Daş Salahlıda rəhbər vəzifələr tutan Qazax RİH başçısının Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusifov Asif Adıgözəl oğlu və bələdiyyə sədri Quliyev Mahir Şamxal oğlu kəndə “divan” etməkdən savayı bir şeyin sahibi deyillər.
İcra nümayəndəsi saxtakarlıqla dolanır
Asif Yysifov uzun müddətdir ki, icra nümayəndəsidir. Dövlət məmuru olmasına baxmayaraq kəndin çaxır zavodunu da özəlləşdirmiş, sahibkar adını qazanmışdır. “Şahnigar” MMC-nin sədridir. Həmin adda şüşə qablarda şərab istehsal edir. Bəs onda Prezident İlham Əliyevin dövlət məmurlarının sahibkarlıqla məşğul olmalarına qadağa qoyması məsələsi harada qalır?
Aldığımız məlumata görə icra nümayəndəsi sədri olduğu “Şahnigar” MMC-nin vergidən yayınmaq üçün VÖEN –ini də bağladıb. Guya MMC işləmir. Halbuki zavodun çənləri şərabla doludur, gizli satış gedir.
Asif Yusifov icra nümayəndəsi kimi kənddə hörmətsizləşib. Kəndin heç bir sosial problemləri ilə məşğul olmur. Kənd əhalisi nə həyətyanı, nə də pay torpaqlarını suvara bilmir. Əgər icra nümayəndəsi yalnız öz mənafeyini düşünməyərək, millətinə gün ağlasaydı kənd camaatı suvarma üçün Qazax RİH-nə şikayətə gəlməzdilər.
İcra nümayəndəsinin kənddə bir neçə hektarı əhatə edən pay torpağında yatağı vardır. Halbu ki, kəndin içində yataq salmaq tam qanunsuzdur. Yatağında olan itlərin qorxusundan kənd camaatı həmin yerdən qohum-əqrabasına gedib-gələ bilmir.
Bir məsələni dəqeyd edək ki, suvarma üçün icra hakimiyyətinə şikayətçi olan kənd sakinləri onu da bildirdilər ki,“kənddə sahələrini yalnız Asif özü sulada bilir. Ona məxsus bir neçə hektar üzüm bağlarına baxanda hər şey bəlli olur. Asifin qonşusunun bir neçə cız üzüm bağı susuzluqdan yarpaqları saraldığı halda, bu adamın tənəklərinin yarpağı yamyaşıldır”.
Asifin əli, Yetərin əməli.
Daş Salahlı kəndi üzrə icra nümayəndəsi Asif Yusifov 2015- ci ilə kimi saxta maxinasiyalar aprıb. Məsələn, adicə ötən il Musayev Allahverdi Əhməd oğlu adlı tanınmayan şəxsin hesabına dəftərxana ləvazimatlarının alınması üçün 8 660 manat, digər xərclərə 6 231 manat, ərzaqa 44 000 manat pul köçürüb. Maraqlıdır, əvvəla bu şəxs kimdir? İkncisi o, hansı tenderdə qalib gəlib? Üçüncüsü oturmağa 2x2 kv.m yeri olmayan bu adam Asif Yusufovu hansı mallarla təmin edib? Bax buradaca “xoruzun quyruğu görünür”.
Daxil olan məlumatlarla tanış olduqdan sonra, telefonla icra nümayəndəsi Asif Yusifovla əlaqə saxlaya bilməsək də, onun müavini İsmayılov Məhəmmədlə danışa bildik. O, məsələni araşdırıb bizə məlumat verəcəyini bildirdi. Lakin saatlarla gözləsək də səs çıxmadı. Onda məsələ qalır icra nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi Nəbiyeva Yetər Namaz qızının boynunda. Aydındır ki, “bombanın” partlamasında səbəbkar Asif Yusifov, ikincisi isə baş mühasibdir.
Asiflə bələdiyyə sədri yeznə qayın, mühasibi isə qardaşı arvadıdır.
Yazı başlığı uzun getməsin deyə onların qohumluq əlaqələrində hələ bir neçə faktı qeyd etmədik. Diqqət yetirəndə həqiqi mənada Qazaxda icra stukturu işləmir. Nə ilə məşğul olduqlarını bəlkə də prezident aparatı bilir. Çünki ali məmurlar vətəndaşlarla görüşlərində bildirirlər ki, “bizim hər şeydən xəbərimiz var”.
Qeyd etdiyimiz kimi Daş Salahlı kəndinin rəhbərliyində həqiqi anarxiyadır. Bu kadrlar hamısı Qazax Rayon İcra Hakimiyyətinin xətti ilə təyin edilib. Demək, Asif Yusifov qısa desək kənd icra nümayəndəsi, mühasibi Nəbiyeva Yetər Namaz qızı qardaşı Akifin həyat yoldaşı, Asifin yeznəsi bələdiyyə sədri, bələdiyyə sədrinin müavini Akif Yusifov Asif Yusifovun qardaşı, bələdiyyə sədrinin isə qaynıdır. Hər şey güzgü kimi aydındır. Şərhə ehtiyacvə ya qəbahət sayılmayan nəsə varsa redaksiyaya müraciət edə bilərsiniz...
Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı “Korrupsiyaya qarşı mübarizə haqqınada” qanunun 7-ci maddəsinin “Yaxın qohumların birgə işləməsinə yol verilməməsi” hissəsində deyilir:
7.1 “Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan , digər hallar istisna olmaqla, bilavasitə onun tabeçiliyində olan heç bir vəzifə tuta bilməzlər”
Elə isə, hələ bələdiyyə məsələsini kənara qoysaq, bəs icra nümayəndəsi Asifin qardaşı arvadının baş məsləhətçi - baş mühasib işləməsi qanunvericiliklə necə uzlaşır? Guya bunu Qazax RİH bilmirmi? Buna da Prezidentmi nəzarət etməlidir?
Kəndin keçmişi bu günündən yüz dəfə gözəl olub.
Kənd haqqında kənddə yaşayan ağsaqqallardan soruşduqda onların hamısı belə dedi: “ Kəndin keçmişi bu günündən yüz dəfə gözəl olub”. Elə də var. Belə ki, kəndin yolları bərbad, sosial problemləri “n” qədər, tənha qocaların və kimsəsizlərin yaşayış durumu qeyri-qənaətbəxş, şəhid qəbirstanlığına baxımsızlıq, uşaq bağçaları yeyinti mənbəyi, arayışlar və digər sənədlərin verilməsi isə ciblə ölçüləndir. Bəs ağsaqqalların dili ilə desək, kəndin hökluməti hara baxır və ya nə işlə məşğuldur?
Nəilə məşğul olasıdı? Yalnız və yalnız özlərinə işləməklə. Adicə bir misalı da nəzərə çatdıraq ki, Daş Salahlı bələdiyyə sədri Mahir Quliyev Qazax Təhsil Şöbəsində müdir işləyərkən, hələ də onun rayon təhsilinə vurduğu zərbənin yeri göynəyir. İşə baxın ki, Qazax Müalicə Diaqnostika Mərkəzində icraçı direktor işləyən oğlu Zaur Quliyev ailə dağıtsa da, Mahirin yaxşı pulu özünün 2-ci dəfə kənddə bələdiyyə sədri olmasına imkan yaratdı. İfadəmə görə üzr istəyirəm: Mahir Quliyev Suriyanın Prezidenti Bəşər Əsəd kimi heç də “nüfuzdan” düşmək bilmir. Çünki, qədim Daş Salahlı kəndi neçə illərdi ki, Asif, Yetər, Arif və Mahirin əlindədir. Əlac yalnız yuxarı orqanların insafına qalıb.
İlham Hacalı – Qazax, DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
|