“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                 

“QƏZETDƏ OXUDUM Kİ, GUYA MƏN HƏYAT YOLDAŞIMLA..."
Tarix: 11-09-2012, 12:18 | Çap et
“QƏZETDƏ OXUDUM Kİ, GUYA MƏN HƏYAT YOLDAŞIMLA..."

"O SEVGİ NAKAM SEVGİDİR"

Müğənni Lalə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Lalə xanım, dünəndən bu günə nə dəyişib?

- Çox şeylər dəyişib. Əvvəllər səhv etməyə yaşım çatırdısa, indi artıq səhv etmək hüququm azalıb. Çünki ailəm, övladım var. Mən hər bir ailə üzvümə görə məsuliyyət daşıyıram. Eyni zamanda da illər ərzində sənətimdə topladıqlarımı bir səhvim ucbatından məhv edə bilmərəm.

- İngilis dili fakültəsini bitirmisiniz. İngilis dili yadınızdan çıxmayıb hələ?

- Nə yaddan çıxmaq? Mən ingilis dilində dərs deyirəm. Həmçinin pedaqoji fakültəni bitirmişəm.

- Onda ingiliscə necə deyərdiniz: "Bu şou-biznes ki var, çox qəliz məsələdir"?

- (gülür) ...This show business is very difficult matter.

- Şou-biznesdə baş çıxara bilirsiniz?

- Nəyə görə şou-biznes deyəndə pis şeyləri nəzərdə tuturlar? Mən əgər bu gün yaradıcılığımla pul qazanıramsa, deməli, mən şou-biznesdəyəm və təəssüf ki, qazanc yerimiz yalnız toylardır. Arzu edərdim ki, sivil ölkələrdəki kimi, bizim də qazanc mənbəyimiz verdiyimiz konsertlər, buraxdığımız albomlar, televiziyadakı çıxışlarımız olsun.

- Atalar deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz. Şou-biznesi bir qazana bənzətsək, görün orada neçə qoçun başı bir yerdə qaynayır?

- Çoxdur... (gülür) Mən deyərdim, şou-biznesdə qoçlar çoxdur, amma onların başları bir qazanda qaynadığı üçün də bişən yeməyin dadı tamaşaçını qane etmir.

- Od olmayan yerdən, doğrudan, tüstü çıxmır?

- Düz fikirdir. Heç vaxt elə-belə tüstü çıxmaz. Səbəbsiz heç nə olmur.

- Özünüz haqda bu günədək hansı xoşagəlməz şayiəni eşitmisiniz?

- Təzə ailə qurmuşdum. Bir gün qəzetdə oxudum ki, guya mən həyat yoldaşımla dalaşmışam və qayınanam məni qəbul eləmir. Bu xəbəri oxuyanda ailəlikcə çox güldük. Mən çox gözəl anlayıram ki, çoxları inana bilmirlər ki, müğənninin həyatında hər şey yolunda gedə bilər.

- Əvvəl məşhurlaşmaq asan idi, yoxsa indi?

- Məşhurlaşmaq əvvəllər daha çətin idi. Əgər kifayət qədər istedadın, normal repertuarın yox idisə, səni efirə və radioya buraxmazdılar. Amma bu gün televiziya və radiolarda kommersiya saatları var ki, həmin vaxtlarda pulun varsa, keyfiyyətsiz mahnın və ifanla efirdə səslənə və görünə bilərsən. Ona görə də əgər pulun varsa, məşhur ola bilərsən.

- Bəs gənc müğənnilər tanınmaq üçün hansı üsullardan istifadə etməlidirlər?

- Gənc müğənni, əgər istedadı varsa, hər zaman öz üzərində çalışmalı, intellektini artırmalıdır. Yox, əgər istedadı yetərincə deyilsə, o zaman peşəsini dəyişməlidir.

- Qadın həmkarlarınızla bir araya gələndə kim özünü daha çox dartır, kim isə hər zamankı kimi sadədir?

- Mən özünü dartan, göylə aparan heç bir həmkarımı görmürəm. Yaşından, başından asılı olmayaraq kimsə mənim yanımda özünü göylə aparanda mən o insanın kompleksli olduğunu düşünürəm.

- Müğənnilərdə sevmədiyiniz xüsusiyyət nədir?

- Bilirsiniz, nəyi bəyənmirəm? Efirdə bir cür danışıb, kimlərəsə "həyat fəlsəfəsi" dərsini keçən, özünü nümunəvi göstərən, adi həyatda isə dediklərinə tam zidd həyat tərzi sürən sənətçiləri sevmirəm. Bir də, yaşından, sənətindən asılı olmayaraq hansısa sənətçi hansısa verilişdə və ya saytda çıxıb geyiminin brendindən danışanda çox qıcıqlanıram, ürəyim sıxılır. Mənə elə gəlir ki, o insan bu brendi heç vaxt görməyib və indi görüb, insanlara nümayiş etdirir ki, mən brend geyinirəm.

- Lalə Məmmədova bu gün konsert versə, zalı tam doldura bilər?

- Mən hər zaman deyirdim ki, mən özüm heç vaxt konsert verməyəcəm, yalnız təklif gəlsə, edərəm. Elə alındı ki, Rəşid Behbudov adına Mahnı Teatrının solisti seçildim və onlar mənə konsert keçirməyi təklif etdilər. İnşallah, bu ilin axırınadək iki günlük konsertim nəzərdə tutulub. Amma tarixi hələ dəqiqləşməyib. O ki qaldı zalın dolmasına, mən çox rahatam. "Leyli və Məcnun" tamaşasını oynayanda üç gün ərzində bütün biletlər satıldı. Hər kəs məndən bilet istəyirdi. Elə bilirdilər, biletləri mən paylayıram. Utandığımdan telefon nömrəmi də dəyişmişdim. Onda əmin oldum ki, məni sevənlər çoxdur və mən bilet satışından zərrə qədər də narahat deyiləm.

- Açıq etiraf edə bilərsiniz, kimlə rəqabət aparırsınız?

- Mən hamını özümə rəqib bilirəm. İstəyir, yeni müğənni olsun, istəyir, illərdir sənətdə olsun. Amma yaxşı mənada. Bu, düşmənçilik deyil, sağlam rəqabətdir. Kim deyirsə ki, mənim rəqibim yoxdur, düz deyil.

- Ailə qurmaq sizin hansı planlarınızı ürəyinizdə qoyub?

- Heç bir planımı ürəyimdə qoymayıb. Mən 8 ildir ki, ailəliyəm və bu günədək sənətimdə bir dəqiqə belə fasilə verməmişəm. Mənim ən böyük dəstəkçim elə yoldaşımdır. Yoldaşım kimi məni bu qədər tanıyan ikinci bir prodüser olmayıb, olmayacaq da.

- Qızınız bacısız, qardaşsızmı böyüyəcək?

- Qızım çox istəyir (gülür). Elə mən də yenidən ana olmaq istəyirəm. İstəmirəm, qızım tək böyüsün. İnşallah, Allah nə vaxt qismət etsə, o vaxt da olar.

- Şou-biznesdə ən gözəl qadın həmkarınız kimdir?

- Mən əgər plastik gözəlliyə üstünlük versəydim, sizin gördüyünüz Lalədən qat-qat gözəl olardım. Amma mən təbiiliyi sevirəm. Əlbəttə ki, yaş özünü göstərəndə nələrəsə əl atmaq olar, amma çərçivədən çıxmamaq şərtilə. Bu günədək istəsəydim, burnumu, bədənimi düzəltdirərdim, amma Allah verənlə kifayətlənirəm. O gün disk almaq üçün mağazaya girmişdim, rəflərə baxıb gördüm ki, disklərin üstündəki müğənnilər hamısı bir-birinə oxşayır. Qabarıq dodaqlar, kəsilmiş burunlar, hədəqədən çıxmış qaşlar. Haradasa ürəyim ağrıdı onlara. O vaxtın gözəl aktrisaları vardı ki, heç bir plastik əməliyyat keçirmədən gözəl qala biliblər. Məsələn, Leyla Bədirbəyli, Nəcibə Məlikova...

- Tamaşada Leylini mükəmməl oynadınız, həyatda da Lalə Leyli kimi sevir?

- Mən sevməsəydim, heç vaxt ailə qurmazdım. Qaldı ki Leylinin sevgisi, elə sevmək hələ heç kimə nəsib olmayıb. O sevgi nakam sevgidir, fəlsəfi və ilahi sevgidir. Mən sevirəm, amma boynuma alım ki, Leyli kimi yox.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru