DEMOKRATİYA İSTƏYİRSƏNSƏ...
Tarix: 16-09-2011, 15:48 | Çap et
VƏTƏNDAŞ CƏMİYYƏTLƏRİNİ İNKİŞAF ETDİR
Bu gün Polşanın Azərbaycandakı səfiri Mixael Lebenda Bakıda keçirilən konfransdakı çıxışında bildirib ki, demokratik islahatlar vətəndaş cəmiyyəti cəlb olunmadan həyata keçirilə bilməz. Aİ öz tərəfindən bu islahatları dəstəkləməyə hazırdır.
Azərbaycan QHT-nin keçirdiyi konfransda məqsəd sentyabrın 28-29-da Varşavada “Şərq tərəfdaşlığı” proqramında iştirakçı dövlətlərin başçılarının ikinci sammiti çərçivəsində keçiriləcək “Şərq tərəfdaşlığı” vətəndaş cəmiyyəti Forumuna təkliflərin hazırlanmasıdır.
Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobia qeyd edib ki, hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişafı Aİ üçün eynidir. O, QHT ölkələrini Varşava sammitinə öz təkliflərini təqdim etməyə çağırıb.
Azərbaycan XİN İnsan Hüquqları, Demokratikləşmə və Humanitar Problemlər İdarəsinin rəisi Əlimirzamin Əsgərov Turan-ın müxbiri ilə söhbətində deyib ki, Bakı “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak edir və milli maraqları nəzərə almaqla Avropa dəyərlərinə intreqrasiyanı dəstəkləyir.
Onun sözlərinə görə, QHT ilə hökumətin dialoquna gəlincə, belə dialoq var. O, buna misal olaraq indiki forum çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin
ölkənin müxtəlif nazirliklərinin təmsilçiləri ilə görüşünü göstərib.
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “İnsan hüquqları və demokratiya” mövzusunda çıxış edib. O bildirib ki, vətəndaş cəmiyyəti birləşmə azadlığına zəmanətin gücləndirilməsini təklif edir. Əsasən QHT-nin qeydiyyatının sadələşdirilməsi və icazə sistemi əvəzində xəbərdarlıq sisteminin tətbiqi lazımdır.
O həmçinin toplaşma, ifadə, vicdan və dini etiqad azadlıqlarının reallaşmasına məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
2009-cu il referendumunda əksini tapmış vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququnun reallaşması mexanizmini nəzərdə tutan qanunun qəbulu təklif olunur.
Bundan əlavə, hüquq-məhkəmə, vəkillik sistemində islahatların aparılması, vətəndaşlara hüquqi yardım haqqında qanunun qəbulu tövsiyə olunur. Bununla yanaşı dövlət proqramlarının qəbulunda ictimai iştirakın təminatı nəzərdə tutulur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “İqtisadi inteqrasiya” mövzusunda çıxış edib. O, Azərbaycanın inkişaf etməkdə olan ölkə statusu ilə ÜTT-ya daxil olmasının sürətləndirilməsini təklif edib.
Bundan əlavə, ölkədə iqtisadi münasibətlərin liberallaşması, Rəqabət Məcəlləsinin, yeni Gömrük Məcəlləsinin qəbulu, xarici ticarətdə bürokratik gömrük prosedurlarının sadələşdirilməsi, mülkiyyət hüquqlarının müdafiəsi, kiçik biznesin maliyyə resurslarına çıxışı və Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinin paylanmasında şəffaflığın artırılması nəzərdə tutulur.
Həmçinin dövlət xərclərinin hərtərəfli təsnifatı ilə Büdcə Məcəlləsinin qəbulu təklif olunur.
İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Ətraf mühit və enerji təhlükəsizliyi” mövzusunda çıxış edib. O, bu sahədə idarəetmənin təkmilləşdirilməsinin və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın təminatının vacibliyini qeyd edib.
Bərpa olunan və alternativ enerji mənbələrindən istifadə potensialının genişləndirilməsi, enerjiyə qənaət edən lampaların istehsalının təşviqi tövsiyə olunur. Karbon qazı tullantılarının azaldılması üzrə dövlət proqramlarının qəbulunun vacibliyi vurğulanır.
Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) nümayəndəsi Cahangir Səlimxanov “İnsanlararası münasibətlər” mövzusundan danışıb. O, ilk növbədə tələbələr, vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər, idmançılar, elm və mədəniyyət sahələrinin işçiləri üçün viza rejiminin sadələşdirilməsini əsas bəndlərdən biri hesab edib.
Bundan əlavə, “çoxdillilik”, yəni vətəndaşların, xüsusən gənclərin bir neçə Avropa dilini öyrənməsi təşviq edilib.
Aİ-nin Bakıdakı missiyasının rəhbəri Məryəm Hacıismayılova Aİ-nin vətəndaş cəmiyyəti institutlarını dəstəklədiyini bildirib. Bu dəstək treninqlərin keçirilməsində, monitorinqlərin keçirilməsinə yardımın göstərilməsində, QHT koalisiyasının yaradılmasında, hökumət müəssisələri ilə dialoqun təşviqində özünü göstərə bilər.
Varşava forumunda Azərbaycanı V.Bayramovla yanaşı hüquq müdafiəçiləri İlqar İbrahimoğlu, Emin Hüseynov, Sahib Məmmədov, ekspertlər Qubad İbadoğlu və Leyla Əliyeva təmsil edəcəklər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|