NAZİRƏ DİA.AZ ADINDAN MÜRACİƏT EDƏN KİMDİR?
Tarix: 16-09-2012, 13:08 |
Çap et
PORTALIMIZA QARŞI TƏXRİBAT BAŞ VERİB
DİA.AZ: - Bu günlərdə məlum olub ki, hansısa təxribatçı qüvvələr «Dünya» İnformasiya Agentliyi redaksiyası adından Daxili İşlər Naziri Ramil Usubova müraciət edərək Masallı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəhbərliyi ilə əlaqədar hansısa problemin araşdırılmasını istəyiblər.
Bildirək ki, DİA.AZ adından edilən müraciətlə əlaqədar DİN tərəfindən araşdırma aparılır və redaksiyamızın rəhbərliyinə dəfələrlə müxtəlif müraciətlər edilib. Biz isə redaksiya olaraq bir daha vurğulayırıq ki, hansısa məsələnin araşdırılması üçün heç bir dövlət qurumuna və həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etməmişik və bunu DİA.AZ-a qarşı təxribat kimi dəyərləndiririk.