“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” .....                     Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! .....                     Respublika Klinik Xəstəxanası yenidən qurulur .....                     Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi .....                     Kremlin Zəngəzur dəhlizi marağı... .....                     Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi .....                     AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib .....                     Dövlət Xidməti 6 milyonluq tenderinin .....                     İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB .....                     Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... .....                     Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq .....                     “Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” .....                     Hacı Şahinin məzarı yeniləndi .....                     “Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır .....                     "Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" .....                     44 saylı notariusun adı saxtakarlıqda keçir .....                     Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? .....                     “Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” .....                     Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... .....                     COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? .....                     Azərbaycanda bu yağ qadağan edilir? .....                     Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. .....                     "Melissa Group" tikinti şirkətinin özbaşınalığı .....                     “Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” .....                     "Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" .....                     Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? .....                     dia-az.site-da TEXNİKİ FASİLƏ .....                     Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu .....                     Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb .....                     Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi .....                     Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır .....                     Gürcüstanda keçiriləcək parlament seçkiləri... .....                     İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı .....                     Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... .....                     Ermənistan təzyiqlərə tab gətirə bilməz .....                     "Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" .....                     Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir .....                     Anti-Bakı dairələrin COP29 sancısı .....                     Sovet dövründən qalma problem... .....                     Sabirabadda fermerlər SAHİBSİZ QALIB... .....                 

Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Tarix: Dünən, 08:59 | Çap et
Kritik an çatdı: Tehran vurulsa...
Dünyada ən çox azərbaycanlının yaşadığı şəhər təhlükədədir və İsrail əhalini təxliyəyə çağırıb; Netanyahunun iqamətgahına dron zərbəsi və Baydenin son açıqlaması İrana hücumun olacağını tam qətiləşdirib - analitiklərdən fərqli şərhlər...

İsrailin baş naziri Benyamin Netanyahunun malikanəsinə endirilən PUA zərbəsi tezliklə Tehrana hücum olacağı ehtimalını gücləndirib. Hətta İran paytaxtının vurulmasına saatlar qaldığı proqnozlaşdırılır. Yəhudi ordusunun Qəzza və Livanda apardığı antiterror əməliyyatlarına cavab olaraq “Hizbullah”ın baş nazirin Haifa şəhərindəki iqamətgahını hədəf alması düşündürücü faktdır.

Çünki MOSSAD kimi güclü bir kəşfiyyatın olduğu, ölkənin rəhbərinin isə hamıdan daha yüksək səviyyədə qorunduğu bir vaxtda “Hizbullah” Netanyahunun evini necə müəyyən edə bilib... Görünür, ya daxildən kəşfiyyat məlumatı ötürülüb, ya da hava hücumundan müdafiədə ciddi çatışmazlıqlar yaranıb. Nədən ki, İranın son hücumu zamanı da İsrailin raketlərin heç də çoxunu vura bilmədiyi üzə çıxmışdı.

Netanyahu bunu İranın və ona bağlı proksi qüvvələrin kobud səhvi adlandırmış, cavabın mütləq olacağını bildirmişdi. Musavat.com-un diplomatik kanallardan və beynəlxalq mediadan əldə etdiyi məlumatlar isə göstərir ki, İsrail Tehrana genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Bu zərbənin İranın strateji obyektlərini və əsas hədəflərini məhv etməyi hədəflədiyi bildirilir. Tehran sakinləri isə bu ehtimal qarşısında narahatdırlar. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü oktyabrın 20-də fars dilində yaydığı açıqlama ilə Tehranda yaşayanları təcili təxliyəyə çağırıb. Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olan ünsürlər Tehranın bəzi məhəllələrində gizləniblər və onların aradan qaldırılması üçün hərbi əməliyyatların həyata keçirilməsi labüddür. Tehran sakinlərindən bu təhlükəli ərazilərdən uzaq durmaları və əlavə təlimatları gözləmələri tələb olunur.

Belə bir hücum bölgədə böyükmiqyaslı toqquşmalara gətirə bilər. Əgər İsrail Tehranı birbaşa hədəf alarsa, bu, Yaxın Şərqdə güclü “domino effekti” yaradacaq. İranın regiondakı müttəfiqləri İsrailə qarşı daha genişmiqyaslı hücumlar həyata keçirə bilər. Bu isə qlobal müharibənin başlamasına səbəb ola bilər. Digər tərəfdən, ABŞ-ın indiki anda bu vəziyyətə nə qədər aktiv müdaxilə edəcəyi də sual altındadır. İndi beynəlxalq ictimaiyyətin gözü İsrailin atacağı növbəti addıma yönəlib. Tehran sakinləri isə böyük təhlükə ilə üz-üzədir. Tehranda 6-7 milyon Azərbaycan türkü yaşayır. Tehran dünya üzrə azərbaycanlıların ən sıx yaşadığı 1-ci şəhərdir. İsrailin təhdidi həm də birbaşa onlara yönəlib. İranda yaşayan Azərbaycan türklərinin tam sayı isə 40 milyona yaxındır.

Öz növbəsində İran da son günlər bir neçə dəfə İsraili xəbərdar edib. O sırada xarici işlər naziri Abbas Arakçı deyib ki, İran İsrailə endiriləcək cavab zərbəsi üçün artıq hədəfləri müəyyən edib. "İrana qarşı istənilən hücum qırmızı xəttin keçilməsidir", - deyə XİN rəhbəri bildirib. Bəs Tehran vurularsa, bunun Azərbaycana yaxın-uzaq təsirləri nə ola bilər? “Domino effekti” Azərbaycana nə vəd edir? Yeri gəlmişkən, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın paytaxtı Beyrutun Həriri adına beynəlxalq hava limanından 500 metr uzaqlıqdakı "Hizbullah" hədəflərinə zərbə endirib. Qeyd edilir ki, ötən ilin oktyabrından bəri İsrail aviazərbələri və artilleriya hücumları nəticəsində Livanda 2464 nəfər ölüb, 11 530 nəfər xəsarət alıb.

Politoloq Rüstəm Tağızadənin sözlərinə görə, İsrail hələ ki İranın son hücumuna cavab verməyib, amma hazırlıqlar barədə tez-tez bəyanatlar səslənir. Onun fikrincə, fakt budur ki, İran bu müharibədə aktordur və dolayısı ilə münaqişənin iştirakçısı sayılır: “O səbəbdən İsrailin İrana zərbəsi gözləniləndir. Sadəcə, ABŞ İsraili İranın neft bazalarına zərbə endirməkdən çəkindirir. Çünki bu zaman dünya bazarında neftin qiyməti qalxacaq. Bununla belə, İsrail onun sözünə baxmır və müttəfiq ölkədən gələn xəbərdarlıqların əksinə hərəkət etməkdədir”. R.Tağızadə hesab edir ki, İran isə sanksiyalar altındadır və İsraillə müharibə ona sərfəli deyil: “Tehran maraqlıdır ki, proksi qüvvələrinin vasitəsilə İsrailin başını qarışdırsın. Ümumiyyətlə, Yaxın Şərq siyasi cəhətdən mürəkkəb hal alıb. Yəni bu müharibə hər yerə sıçraya bilər. Türkiyə prezidentinin son açıqlamasında da bu narahatlıq var. Hazırda gedişat göstərir ki, İsrail "Hizbullah"la müharibəni davam etdirəcək və hadisələr sərhəd ölkələrə sıçraya bilər. Xüsusən də Suriyaya doğru yönəldiyi müşahidə edilir ki, nəticədə başqa terror qruplarının fəallaşması mümkündür. Amma münaqişənin yaxın gələcəkdə Türkiyəyə sıçraması gözlənilmir. Çünki sərhədlərinin təhlükəsizliyini də gücləndirib. İsrail və Türkiyənin birbaşa problemi də yoxdur".

Siyasi ekspert Ramiyə Məmmədova İsrailin bütün hallarda İranın son hücumunu cavabsız qoymayacağına əmindir: “Təbii ki, cavab olacaq. Amma necə, hansı obyektlərə... Bayden ötən həftə təsdiqlədi ki, İsrailin necə cavab verəcəyini bilir, amma təfərrüatını açıqlamazdı da. Yəni İsrail hərbi hədəflərə zərbə endirəcək. Bunu ən azı öz imicini qorumaq üçün etməlidir. Amma uzunmüddətli müharibə olacağını gözləmirəm. ABŞ da böyük bir cəbhənin açılmasının əleyhinədir. O baxımdan İsraili çəkindirməyə çalışırlar. İran isə proksi müharibəni davam etdirməyə məhkumdur. Hərçənd bir il ərzində İran rejiminin dəstəklədiyi HƏMAS və “Hizbullah” ağır zərbələr alıb, xeyli zəiflədilib. Sadəcə, ərəblər döyüşəcəklər, maliyyə qaynaqları kəsilənədək savaş davam edəcək".

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, İsrail İranda SEPAHdaxili şübhə trayektoriyasını yönləndirmək və onu şiddətləndirməklə Tehranı daxildən zəiflədən kodeksini işə salır: "Yəni İran İsrail agentlikləri ilə əməkdaşlıqda ittiham olunan kəşfiyyat rəsmiləri ilə bağlı bir sıra yüksək səviyyəli iddialarla üzləşdiyi zamanda Sinvarın ölümü bu prosesə əlavə rəng qatacaq. İsrailin İran və onun proksi oxlarına qarşı bu qədər hücumundan sonra İranın daxilində hakimiyyətdaxili rəqabətdə qazanclı çıxan əsas şəxs Seyid Əli Xameneidir".

“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…” – Qriqoryandan ŞOK
Bu gün, 07:09
Putin “kart-blanş” əldə etdi: Daha bir ölkəni parçalayır! - GƏLİŞMƏ
Bu gün, 07:07
Respublika Klinik Xəstəxanası yenidən qurulur - 18 MİLYONLUQ TENDER UDULDU
Bu gün, 03:40
Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 03:33
Kremlin Zəngəzur dəhlizi marağı... - AKTUAL
Bu gün, 03:10
Qarabağ Dirçəliş Fondu sığortaçı seçdi - QALİB ŞİRKƏT
Bu gün, 03:06
AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 03:04
Dövlət Xidməti 6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 03:00
İki oğlu şəhid olan ananın GÖZÜ YOLDA QALIB - Nazirlik SÖZ VERSƏ DƏ...
Bu gün, 02:54
Qatilə çevrilən Sabunçu tüneli ilə bağlı İLGİNC FAKTLAR... - FOTO
Bu gün, 02:45
Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq - Avropa Hakimlər İttifaqı
Bu gün, 02:30
“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
Bu gün, 02:15
Hacı Şahinin məzarı yeniləndi - FOTO
Bu gün, 02:09
“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Bu gün, 02:06
"Son iki gündə yağan yağışlar daha çox suların cəmləşdiyi və sistemin zəif yerlərini göstərdi" - deputat
Bu gün, 02:03
44 saylı notariusun adı saxtakarlıqda keçir - Ədliyyə Nazirliyi isə deyir ki...
Bu gün, 02:00
Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:56
“Dərmanlar bahadır, pulsuz verilməli olan dərmanlar apteklərdə tapılmır” - AXI NİYƏ?..
Bu gün, 01:51
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ... - NARAZILIQ VAR...
Bu gün, 01:46
COP29 ərəfəsində Azərbaycanda kəskin qiymət artımı olacaq? - AÇIQLAMA
Bu gün, 01:40
Azərbaycanda bu yağ qadağan edilir? - İLGİNC
Bu gün, 01:36
Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda
Bu gün, 01:30
"Melissa Group" tikinti şirkətinin özbaşınalığı - : Vətəndaşın razılığı olmadan mənzil sökülə bilərmi?
Bu gün, 01:25
“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi” - deputat
Bu gün, 01:22
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
Bu gün, 01:19
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir? - Okeanın o tayından göndərilən sirli məktub
Bu gün, 01:12
dia-az.site-da TEXNİKİ FASİLƏ - NƏZƏRƏ ALIN!
Dünən, 19:39
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu - TƏFƏRRÜAT
Dünən, 10:29
Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb
Dünən, 10:27
Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi - FOTO
Dünən, 10:25
Ermənistan yarımçıq sülh müqaviləsi layihəsini parlamentə çıxarır - Azərbaycanın mövqeyi
Dünən, 10:11
Gürcüstanda keçiriləcək parlament seçkiləri... “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir
Dünən, 10:07
İmkanlı şəxsləri intim görüntüləri ilə şantaj edənlərlərlə bağlı QƏRAR
Dünən, 10:00
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM... - “Past”
Dünən, 09:57
Ermənistan təzyiqlərə tab gətirə bilməz - ƏGƏR...
Dünən, 09:54
"Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər, nə üçün?" - Aslan İsmayılov SORUŞUR
Dünən, 09:51
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir - deputat
Dünən, 09:44
Anti-Bakı dairələrin COP29 sancısı - vətəndaş cəmiyyəti etiraza qalxdı
Dünən, 09:42
Sovet dövründən qalma problem... - BU NƏDİ BELƏ?
Dünən, 09:38
Sabirabadda fermerlər SAHİBSİZ QALIB... - Göyçayda da DURUM EYNİDİR...
Dünən, 09:34
ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:27
BRİCS bizə NƏ VERƏ BİLƏR? - AKTUAL
Dünən, 09:22
Sülhdən sonra "kiçik savaş" - “B” planı açıqlandı
Dünən, 09:11
Nehrəm qəsəbəsində məktəbəqədər təhsil müəssisəsi tikiləcək
Dünən, 09:01
Kritik an çatdı: Tehran vurulsa... - “domino effekti” Azərbaycana nə vəd edir...
Dünən, 08:59
Toyuq ətinin qiyməti niyə bahadır? - MÖHTƏKİRLİK, YOXSA?..
Dünən, 08:53
İran indi də BTC-nin bağlanmasına israr edir - AXI NİYƏ?..
Dünən, 08:50
“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir
Dünən, 08:48
AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Dünən, 08:45
"Biz hələ çox konsertlər verəcəyik..."
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru