Dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib... - Ancaq bir faydası olmayıb...
Tarix: 30-03-2021, 09:22 | Çap et
2020-ci il sentyabr-noyabr aylarında Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibədən geriyə nələr qalıb? Evini, əzizini itirənlər, psixoloji travma alanlar baş verənləri necə xatırlayır? Həm Ermənistan, həm də Azərbaycanda müharibənin qoyduğu izləri hökumətlər hansı formada silə bilib?
DİA.AZ xəbər verir ki, oktyabrın 17-də, müharibənin qızğın vaxtında Ağdamdan köçkün düşmüş Fərzəliyevlər ailəsinin Tərtərin Yenikənd kəndindəki evlərinin həyətinə top mərmisi düşüb. Evin xanımı Ulduz Fərzəliyeva olanları belə xatırlayır: “Bircə onu eşitdim, oğlum qışqırdı ki, ana, yerə yat, gəlir. Ayılanda darvazanın çölündəki səngərdə idim. Oğlum ağlayırdı ki, deyəsən atam öldü”.
Top mərmisi həyətə düşəndə səhər saatları olub. Ailə üzvləri həyətdəymiş. Ulduz Fərzəliyeva inək sağırmış, oğlu və yoldaşı isə onun işini bitirməsini gözləyirmişlər: “Yoldaşım böyük heyvanları həyətyanı sahəmizə buraxacaqdı. Oğlum isə danalara yem verəcəkdi. Oğlum səsi eşitməsəydi, indi ölmüşdüm. Necə qaçdığımı bilmirəm. Sonrakı hadisələri də xatırlamıram. Amma top mərmisi düz dayandığım yerə enmişdi”.
Ulduz Fərzəliyeva ailə üzvlərinin sağ qalmasına şükr edir. Ancaq o gündən onda təzyiq və ürək problemi yarandığını söyləyir. Üstəlik, qulaqları tutulub, yaxşı eşitmir. Zamanla düzələcəyinə ümid edir.
Fərzəliyevlər ailəsinin maddi ziyanları da çox olub: “Həmin sağdığım inək yerindəcə öldü. Birinin qarnındakı balası tələf oldu. Digəri yaralandı, həkimə aparanda yolda keçindi. Bundan əlavə, 17 hinduşkamız və itimiz də öldü. Evimizin tavanı çökmüşdü, bütün pəncərələrimiz qırıq-qırıq idi. Tövləmiz, həyətdəki köməkçi tikilimiz, içindəki əşyalarımız hamısı məhv olub. Evimiz arxa tərəfdən çatlayıb, əşyalarımıza da xeyli ziyan dəyib”, - qadın sözünə davam edir.
Qəzənfər Fərzəliyev Qarabağda müharibə başlamazdan öncə Ağdam məktəbində hərbi müəllim işləyib. Deyir, evləri, işləri, şəraitləri, hamısı qaydasında olub. Ancaq müharibə bütün planlarını alt-üst edib və o, könüllü hərbiyə yazılmalı olub:
“Həyatımız dəyişdi, hər şeyimizi itirdik. Hərbidə yaralandım, travmalar aldım, sonra köçkünlük həyatı başladı, çətinliklərlə yenidən ayağa qalxdıq. Nəhayət, yaşayışımızın yaxşı vaxtı bir də müharibə başladı. Evimə mərmi düşdü. Vahimə içindəydik. Düzdür, hərbidə olmuşam, öyrəşmişəm, amma adamın evinə mərmi düşməsi tamamilə başqa bir şeydir. Düşündüm ki, oğlum, həyat yoldaşım öldü. Hələ də özümə gələ bilməmişəm”.
Qəzənfər Fərzəliyev ikinci müharibənin ona dejavu yaşatdığını deyir. Ağdamdan, evlərindən ayrılmalarını xatırlayıb: “Hər şey gözlərimdə yenidən canlandı. Ən pisi də odur ki, bu qədər travma, dəyən zərərlə maraqlanan olmayıb. Aylar öncə bir neçə nəfər gəldi. Evə baxış keçirdilər. Çəkdilər, nələrsə yazdılar və getdilər. Hə, bir də ANAMA-dan (red: Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) gəlmişdilər. Top mərmisinin düşdüyü yerə baxdılar. Onlar da yazıb, pozub, şəklini çəkib getdilər. Ancaq hər hansı bir dəstək olmayıb, kompensasiya verməyiblər. Evimizin tavanını və pəncərələrini özümüz dəyişdik. Soyuqda, küləkdə qala bilməzdik. Həm də baxdıqca vahimələnirdik. Yaxşı ki, düzəltmişik, yoxsa bugünədək sökülən evdə yaşayacaqdıq”.
Qəzənfər Fərzəliyev deyir ki, heç dövlətdən I Qarabağ Müharibəsinin iştirakçısı kimi də müavinət almır. Hətta buna görə bir neçə dəfə müraciət də edib: “Cavab gəldi ki, siz hərbiyə dövlətlə müqavilə bağlayıb getməmisiniz. Ona görə də sizə təqaüd düşmür. Erməni gəlib içimizə girib, bizimlə döyüşür. Həmin vaxtı mən kimlə müqavilə bağlamalıydım? Qərarımı verib, döyüşə getmişəm. Mənə geyim, silah verilib, yemək siyahısına salınmışam. Bu, müqavilə deyilmi? Başqa nə lazım idi? Üstəlik, hərbi biletim, yaralanmalarımla bağlı həkimdən kağız, hərbi biletimdə vəzifəm, hər şey yazılıb. Ancaq faydası olmadı”.
Ağdamın Zəngişalı kəndi də müharibədən zərər görüb. Kəndə düşən mərmilər yaşayış evlərini yararsız hala salıb. Belə evlərdən birinin sahibi Vidadi Quliyevdir. Deyir, müharibə başlayanda təhlükəsizlik üçün Quzanlıya gediblər. Onlar evdə olmayanda, oktyabrın 7-də evlərinə mərmi düşüb. Həm evləri, həm də evlərinə bitişik olan oğlunun stomatoloji kabineti dağılıb: “Evimizin yarısı yoxdur. Əsas da mətbəximiz, yerdibli yoxa çıxıb. Hamam, ayaqyolu tamamilə yararsız hala düşüb. Böyük bir otağın yarısı çöküb. Bir sözlə, ev tamamilə qəzalı vəziyyətdədir. Oğlumun stomatoloji kabinetinin bir salamat şüşəsi də qalmayıb. İçindəki bahalı avadanlıqlarına da ziyan dəyib”.
Vidadi Quliyev deyir ki, qəzalı evdə yaşamaq təhlükəlidir, hər an uça bilər. Buna görə dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq bir faydası olmayıb. Hətta evlərinə bir neçə dəfə komissiya da gəlib. Ölçüb-biçib gediblər. Sonuncu gələn isə evə və stomatoloji kabinetə dəyən zərəri 800 manat məbləğində dəyərləndirib. Evimi yenicə təmir etdirmişdim. Təkcə mətbəximin təmiri və avadanlıqlarına elə 10 min xərcləmişdim. 800 manat nədir?”
Vidadi Quliyev deyir ki, yaşadığı haqsızlıqla bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına, yerli qurumlara müraciət edib. Ancaq bir nəticəsi olmayıb, yenə düzgün dəyərləndirmə aparılmayıb.
Vidadi Quliyev bildirir ki, əslində heç nəyi problem edən biri deyil. Əgər Prezident zərərçəkmişlərlə bağlı büdcədən vəsait ayırmasaydı, hərə öz evini özü tiksin desəydi, birtəhər, çətinliklə də olsa, evlərini təmir etdirərdilər: “Düşünərdik ki, bəxtimizə yazılıb, nə edək. Amma Prezident deyib ki, insanların bir şüşəsi qırılıbsa belə, onlara kompensasiya ödənməlidir. Mən də prezidentin verdiyi kompensasiyamı tələb edirəm. Evimin yarısı yoxdur, nə edək? Hər evə 6 min, ailə üzvlərinə isə 1500 manat verilməlidir. Komissiya bizim evin zərərini 800 manat dəyərləndirib. Halbuki evin yarısı yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|