Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.
APA-nın yerli bürosunun məlumatına görə bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Regional Kollecinin rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov vəzifəsindən azad edilib.