“Toyda mənimlə aqressiya ilə danışan insanlara həddini bildirirəm”.
Yenicag.az xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu “Həmin Zaur” verilişində deyib.
Sənətçi toylarda kişilərin onunla şəkil çəkdirməsinə qadağa qoyduğunu da bildirib:
“Heç vaxt toyda canlı ifadan qaçmamışam. 6-7 saatlıq toyun çoxunu canlı oxuyuram. Toy sahibi bəlli məbləğ verib toyuna çağırırsa, ən azı 5-6 populyar mahnılarımı fonoqram oxuyuram. Amma toyda o fonoqramları oxuyanda özünü unudub, özündə olmayıb, ya özündə olub mənimlə əllə, ya da aqressiya ilə danışan insanlara həddini bildirirəm. Son vaxtlar toyun başlanğıcında mikrofonla deyirəm ki, bəylərlə şəkil çəkdirmək istəmirəm. Bu yaxınlarda fonoqram oxuyanda bir nəfər gəldi və əllə mənimlə danışdı, dedim, təmkinli ol”.