Alimpaşa Məmmədovun ardından KİM HƏBSƏ GEDİR? - İDDİA
Tarix: 28-04-2021, 08:56 | Çap et
Azərbaycanda daha bir icra başçısı qandallanıb. Bu dəfə Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, başçının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanıblar. Qolları qandallanan Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib. Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb. Prezident Alimpaşa Adil oğlu Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam da imzalayıb.
Alimpaşa Məmmədov son 2 il ərzində həbsə alınan 8-ci icra başçısıdır. O, 2014-cü ilədək vergi sistemində yüksək vəzifələrdə çalışıb. Bir sıra rayonlarda vergi idarəsinin, daha sonra 2 saylı Ərazi Vergilər İdarəsinin (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəisi vəzifəsində çalışıb. Ardınca isə Fazil Məmmədov onu sadiq və qeyri-rəsmi pultoplama işlərində bacarıqlı kadr kimi Vergilər Nazirliyi Bakı Şəhər Vergilər departamentinin rəisi vəzifəsinə yüksəltmişdi. Vergi sistemində çalışarkən onun adı “sahibkarlara divan tutanlar” sırasında hallanırdı. Nəhayət, A.Məmmədov 2014-cü ildə Fazil Məmmədovun dəstəyi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. Həmin dönəmlərdə icra başçısı təyinatında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev söz sahibi idi. Alimpaşa Məmmədov Fazil Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra da müxtəlif manevrlərlə icra başçısı postunu qoruyub saxlaya bilirdi.
Alimpaşa Məmmədov vəzifə pilləsinə ayaq basana qədər toylarda tamadalıq etməsi ilə də ad çıxarıb. Bu haqda “Yeni Müsavat”ın 21.06.2018-ci il tarixli sayında “Şəmkirin icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” - şok iddia" sərlövhəli yazı dərc etmişdik. Həmin yazıdan sitat: “Bu həmin Alimpaşa Məmmədovdur ki, cavanlığında tamadalıqla gün keçirib, toydan-toya, məclisdən məclisə 5-10 manat sahibi olub. Həmin günlərin birində də onun bəxt ulduzu parlayıb. O dövrlər yeni nazir təyin olunan Fazil Məmmədov kefinin saz vaxtında məclisdə dil-dil ötən tamadanın yanına çağırılmasını sifariş edib. Tamada gəlib və məclisdə seçilən qonağın şəninə mədhiyyələr söyləyib. Kənd tamadası olan Alimpaşa Məmmədovu bir neçə gün sonra Vergilər Nazirliyinə çağırıblar. Nazirliyə tamada kimi gedən Alimpaşa Məmmədov oradan qayıdanda artıq vergi əməkdaşına çevrilib. İllərlə vergilər sistemində çalışandan sonra Fazil Məmmədov özünün qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir rayonuna Alimpaşa Məmmədovu başçı göndərə bilib. Alimpaşa Məmmədov daha tamadalıq eləmir. Amma tamadalıq peşəsinin vərdişlərini də unuda bilmir. Şəmkirdə idarə, müəssisə və təşkilatların rəhbərləri onun iclasbazlığından beziblər. İcra başçısı, demək olar ki, hər gün iclas keçirir, saatlarla danışır, vədlər verir, sözdə görüləcək işləri bəh-bəhlə rəhbər işçilərə təqdim edir. Başçı iclas keçirdiyi saatlarda isə vətəndaşlar saatlarla rəhbər işçilərin qapısı ağzında onların işə gələcəyi ümidi ilə gözləyirlər. Rəhbər işçilər isə iclaslardan sonra iş yerlərinə çatınca görüləcək işləri birə-beş artır, vətəndaşları qəbul etməyə vaxtları qalmır. Təbii ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur”.
Alimpaşa Məmmədovun və həbs edilən bəzi icra başçılarının pula belə həvəsli olmasının əsas səbəbi də keçmişləri ilə əlaqəlidir. Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil” restoranında ofisiant işləyib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev uzun illər “Qara bazar”da dollar alverçisi kimi tanınıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılarkən evindən milyonlar çıxan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib. Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib. Həbs olunan Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib. Qeyd edək ki, Kürdəmirin və Cəlilabadın sabiq icra başçıları da həbsdədir.
Son olaraq Alimpaşa Məmmədovun həbsinin ən yaxın adamı və qohumu sabiq nazir Fazil Məmmədovun Avropada yeni biznesləri və əmlakları ilə bağlı xəbərlər fonunda baş verməsi maraq doğurur. Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə böyük biznes şəbəkəsi var. 1990-cı il təvəllüdlü Əbdül Əliyev Birləşmiş Krallıqda nə az-nə çox, 8 şirkət qeydiyyatdan keçirib və onlardan 6-sı hazırda fəaliyyətdədir. Əbdül Əliyev 5 il əvvəl Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova ilə ailə qurub, faktiki olaraq bu evlilik ərəfəsində sabiq nazirin yeznəsi Avropada bir-birinin ardınca şirkətlərə sahib olmağa başlayıb. Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini vəzifəsində çalışıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Namiq Əliyev nazir müavini postuna təyin olunmamışdan əvvəl 1991-ci ildən Respublika Prokurorluğunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışıb. Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədov da tezliklə Alimpaşa Məmmədovun yanına göndəriləcək. Qeyd edək ki, dünən Fazil Məmmədovun kiçik qardaşı Fərhad Məmmədov 52 yaşında vəfat edib. Fərhad Məmmədov qaraciyər sirrozundan əziyyət çəkirmiş. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|