İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” verdi - BİABIRÇILIQ
Tarix: 7-05-2021, 10:06 | Çap et
Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib.
Bakupost.az xəbər verir ki, bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov özü məlumat verib:
“Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə şəxsən gorüşmüşəm. İlk görüşümüz Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məni çağırıb, Cənab Prezidentimizin Sərəncamı ilə İcra hakimiyyətlərində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində şöbə rəisi kimi mənə iş təklifi etməsindən sonra baş verib. Tam səmimi şəkildə qeyd edim ki, hər iki görüşümüzdə cənab başçı həqiqətən məni yüksək şəkildə qəbul edib. Səmimi söhbətlər aparmışıq, mənim döyüş yolumdan, torpaqlarımızın azad olunmağından və ümumiyətlə bir çox mövzularda bir saata yaxın söhbətləşmişik. Mənə yaraşmaz indi deyəmki, məni qəbul etməyib, ya hörmətsizlik edib. Xeyr, düzü necədirsə, elə də qeyd etmək borcumdu. Mənimlə fəxr elədiyini, hətta bundan sonra onu özümə arxa-dayaq, böyük qardaş bilməyimi söylədiyini də xatırlatmaq boynumun borcudu. Bundan artıq nə istəyə bilərdim ki... Sevincli idim, ona dərin təşəkkürümü bildirdim.
Məni Fəxri Fərmanla təltif etdi, şəkillər çəkdirdik. Hətta xatirimdədi mənə “sən kişi kimi döyüşmüsən, kişi kimidə iş istəyirsən, halal olsun” söylədiyini də unutmuram. Görüşdən iki gün əvvəl mənim sənədlərim, şəxsi işim cənab başçıya kadrlar rəisi tərəfindən təqdim olunmuşdu. Sənədlərimin çox gözəl olduğunu, bəyəndiyini, mənim özümü də şəxsən ona görə çağırdığını, canlı tanış olmaq istədiyini bildirdi. Və mənə dedi ki, “səni heç yerə buraxan deyiləm. Mənə lazımlı kadrsan. Hər şey çox yaxşı olacaq”. İnsanıq, sözlər bir balaca bəzəkli olanda tez inanırıq. Səmimi qəbul edib, inanmışdım”.
Baş leytenantın sözlərinə görə, rayondan döyüşlərdə cəmi iki zabit komandir kimi iştirak edib:
“Biri mənəm, Allahın qisməti sağ qayıtmışam, digəri isə haqqı rəhmətinə qovuşub, Şəhidlik məqamındadır. Allah rəhmət eləsin qardaşıma!
Cənab Prezidentin Sərəncamına əsasən, sözü gedən şöbəyə yerli sakinlərdən və ən əsası döyüşlərdə iştirak etmiş komandir heyətindən bir nəfəri şöbə rəisi kimi təyin etmək gərəkdiyini mənə Hərbi Səfərbərlik İdarəsi bildirəndə, mən də bununla şərəf duyacağımı demişdim. Həm də başqa namizəd yox idi, tək mən idim. Bu işi həm təklif, həm də xahiş etmişdilər.
Yaxın günlərdə Pirallahı rayon icra başçısı Vasif İmanov tərəfindən başqa rayondan olan bir qardaşımız mən rayonda ola-ola müvafiq şöbəyə rəis təyin edildi. Eybi yox, buna bir söz demirəm. Problemim yeni təyin olunan şəxslə bağlı deyil. Ola bilər, məndən daha savadlı, daha qabiliyyətli, daha münasib şəxsdir ki, mən burda ola-ola onu başqa rayondan gətirdilər. Ona bu şərəfli, məsuliyyətli işdə uğur arzu edirəm, yolu açıq olsun.
Ali təhsilliyəm, iki diplomum var, xarici dil bilirəm, ATƏT-dən, İngiltərədən, Amerikadan sertifikatlarım, Fəxri Fərmanlarım və ən əsası Cənab Ali Baş Komandanımız tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad edilməsinə görə medallarım var. Bu özü Prezidentimiz tərəfindən bizlərə ayrı bir diqqətdir. Medal üçün getməmişdik ki, amma diqqət ayrı şeydir!”.
Keçmiş taqım komandiri qeyd edib ki, həmin şöbəyə başqa adam təyin etdikdən sonra, mayın 5-də icra başçısından ona rayonda süpürgəçi işləməyi təklif edib:
“Cənab başçı, mənə küçədə süpürgəçilik işini hansı əsaslarla rəva bilirsiz? Yəqin, sənədlərimə baxıb son nəticə olaraq qərar verdiniz ki, mənim yerim Cənab Prezidentin Sərəncamı ilə yaradılan yeni şöbə yox, məhz küçələrdir. Anlamaqda çətinlik çəkirəm. Anlayan varsa, mənə də izah etsin, mən də anlayım. Bu nə deməkdir?
Nəyə əsaslanıb qərara gəldiniz ki, məhz mən buna layiqəm. Yoxsa, mədəni üslubda bizi təhqir etdiyinizin fərqində deyilsiniz? Ola bilər ki, həqiqətən fərqində olmamısınız. Siz o qədər əminsiniz ki, özünüzdən məni bu yolla, üzümə gülə-gülə təhqir edirsiniz?
Döyüşçüyə, zabitə, komandirə süpürgəni necə rəva bilirsən? Axı, bizlər bu çətin imtahanı canımızla vermişik. Ayıb deyilmi sizcə də?
Bizlərin əli silah tutub, çox şükür 30 ilin həsrətini canlarımızla ödəyərək son vermişik.
Paltarlarımız qan içində evlərimizə dönmüşük. Aylarla xəstə yatmışam, bəlkə bir dəfə qapımızı açmısınız? Bəlkə hansısa bir müalicəmizdə köməklik göstərmisiniz? Mənim sol qolum, sağ ayağim hələ də hərəkət çətinliyi çəkir. Bəlkə bircə dəfə olsun ağzımı açıb ya sizdən, ya hansısa bir qurumdan köməklik istəmişəm?
Axı, mən bunu niyə etməliyəm ki, şükürlər olsun, müalicəmə öz imkanım çatır. Amma bəs imkanım çatmasaydı, halım necə olacaqdı? Nə olardı ki, bizim də qapılarımız açıla, bizlə də maraqlanalar... Axı biz də bu Vətənin övladlarıyıq. Bu tarixi, şanlı qələbəmizi ucuzlaşdırmayaq. İnsan bir baxar, ən azından nəyi, kimə təklif etdiyinə. Olmaz belə cənab başçı, olmaz! Biz bu Vətənin keşikçiləriyik. Vətənimi qoruduğum kimi yeri gələr süpürərəm də... Həm də sevə-sevə edərəm. Amma bunun üçün sizin köməyiniz gərəkmir. Bu işi tapmaq elə də çətin deyil”.
İ. Səfərov şəxsən Prezidentə şikayət edəcəyini deyib:
“Mən ona güvənirəm. Buradan müraciət edirəm, rəsmi olaraq da müraciət edəcəyəm. Necə ki döyüşlərdə bizi tək buraxmadı, Komandirlik etdi, əl-ələ verdik, qələbə qazandıq, eləcə də indi bizi bu və bu kimi hallarda öz taleyimizlə baş-başa, tək buraxmasın. Döyüşçüyəm, zabitəm, zabit şərəfim var. Komandirəm və öz komandirimə şikayət edirəm. İnciməyin, cənab başçı!”
Pirallahı RİH-dən isə bu barədə məlumatsız olduqlarını dedilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|