Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
"İctimai TV"də yayımlanan "Vətəndaş A" serialı mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən serial may ayından efirdədir və qısa zamanda böyük izləyici kütləsi toplamağı bacarıb. Serialın rejissoru Elvin Rüstəmzadə, prodüseri Sevinc Əliyeva, ssenari müəllifi Asiman Ağa Rövşəndir.
Serialın əsas qəhrəmanı Almazdır (aktyor Günəş Mehdizadə). O, Bakıdan ucqar kənd məktəbinə təyin edilir. Kəndə gələn Almaz dərs dediyi məktəbdəki qanunsuzluqlarla, kənddəki özbaşınalıqlarla mübarizə aparır.
Modern.az serialda baş rolu canlandıran Günəş Mehdizadədən ilə həmsöhbət olub. Müsahibəni təqdim edirik: - Filmlə bağlı həm tənqidlər, həm təriflər çoxdur. Filmlə bağlı əsas tənqidlər kimlərdən, hansı istiqamətdə oldu?
- Açığı daha çox yaxşı rəylər eşidirəm. Qəribədir ki, yeni layihələrdə əsasən mənfi rəyləri daha çox eşidirsən, amma burada daha fərqli oldu. Burada mənfi rəylər, tənqidlər daha az oldu. Tutarlı tənqidləri oxuyanda sevinirdim. Tutarsız tənqidlər isə məni məyus edirdi. Dinlə bağlı bir az nələrsə eşitdim, bəziləri düşünürdülər ki, Almaz obrazı dinə qarşıdır. Əslində Almaz orada ateist deyil. Sadəcə dini düzgün aşılamayan və başa düşməyən insanlara qarşı çıxmışdı.
- Canlandırdığınız Almaz obrazınızın sizin dünyagörüşünüzlə ortaq cəhətləri varmı?
- Almaz birbaşa olaraq mənim dünyagörüşümlə üst-üstə düşən bir personajdır, çünki mən də gənc, yeniyetmə yaşlarımdan cəmiyyətdə qəbul edilmiş streotip düşüncələrə lazımsız adət-ənənlərə və qoyulan qaydalara qarşı özüm də başa düşmədən etiraz edirdim.
- Bu rolu qəbul edərkən ən böyük motivasiyanız nə oldu?
- Rolu qəbul edərkən və senarini oxuyarkən Almazın necə güclü xarakterə sahib olduğunu görmək mənim üçün böyük motivasiya oldu, bildim ki, o obrazı canlandırmaq mənim üçün çox zövqlü olacaq.
- "Vətəndaş A" serialının Azərbaycan cəmiyyətinə çatdırmaq istədiyi mesajların insanlara təsir etdiyini düşünürsünüzmü?
- Bəli, düşünürəm. Serialın əsasən gənclər arasında maraqla qarşılandığı bunun bariz nümunəsidir. Çox adamın yaşadığı, amma deyə bilmədiyi çağırışları, hayqırtıların burada əks etdirilib, bunun da istər-istəməz cəmiyyətə təsir edəcəyini düşünürəm.
- Serialda Azərbaycandakı sosial verilişlər bir növ tənqid edilib. Sizin şəxsi düşüncələriniz necədir, bu cür verlişlərə baxırsınızmı, ümumiyyətlə ailə problemlərinin televizyada işıqlandırılması problemi həll edə bilərmi?
- O verlişlərə baxmıram və ora çıxıb ailə problemlərini danışan insanları da normal qəbul etmirəm. İnsanların faciəsindən reytinq qazanan həmin layihələrə də qarşıyam. Düşünürəm ki, insanın bir az savadı, dünyagörüşü olsa, ora çıxıb ailə problemlərindən danışmaz. Bu da bir növ cahilliyin nümunəsidir və bizim serial da bu cür cahilliyə qarşıdır. Ümumiyyətlə ailə problemləri ailə daxilində həll olunmalıdır. Kiminsə çıxıb televizya verlişlərində bu problemlərdən danışması biabırçılıqdır. Bu cür verlişlərə baxmıram və tərəfini saxlamıram, düzgün də hesab etmirəm.
- “Vətəndaş A” serialı da bir növ məişətdə yaşadığımız problemləri bizə serial vasitəsi ilə çatdırır, bu baxımdan onun sosial verlişlərdən fərqi nədir?
- Sosial verilişlər insanların faciəsindən reytinq qazanmağa fokuslanıb. Burada real insanlar var və verlişə gələrək ailə problemlərini, yaşadıqlarını danışır. Bəzən mənə elə gəlir ki, həmin verilişlərə çıxan şəxslər xəstə adamlardır. Bəlkə də müəyyən psixoloji yardıma ehtiyacı var, amma biz onun danışdıqlarını işıqlandırıb, sosial mediada daha çox paylaşıb gülüş obyektinə çeviririk. Ancaq “Vətəndaş A” serialı cəmiyyətdə olan problemləri göstərir, hansısa konkret adamın həyatında baş vermiş faciəni göstərib onu gülüş obyektinə çevirmir. - Filmin dilində varvarizimlərdən istifadə olunması sizi narahat edibmi, bu cür ifadələri işləndiyi üçün Audiovizual şuranın xəbərdarlığına münasibətiniz necədir?
- Filmdə bir az söyüş səhnələri olub. Serial da gündəlik həyatımızdan bəhs etdiyi üçün, bu cür ifadələrin verilməsi qaçınılmaz hal alır. Ən acınacaqlısı odur ki, şagirdlər, yeniyetmələr bu cür jarqonlardan istifadəsi günün reallığıdır. Şuranın xəbardarlığı oldu. Amma efir məkanımız bayağı verlişlərlə, musiqi və seriallarla doludur. Bu cür işə, bu cür tənqidi münasibət düzgün hesab etmirəm. Ancaq anlaşılandır ki, onlar da qoyduqları ümumi qanun və qaydalardan çıxış edərək bu cür xəbərdarlıq ediblər.
- Serial Daşkəsənin Bayan kəndinə çəkilib, filmdə göstərdiyiniz problemləri realda həmin kənddə görmək mümkün idimi? Filmin mözusu haqqında kənd sakinləri ilə mübahisələr yaşanıbmı?
- Bayan kəndinin sakinləri qonaqpərvər idi, bizə qapılarını kasıb süfrələrin açırdılar, evlərində isinirdik. Amma bəzi neqativ hallar da baş verirdi, məsələn şortik problemi var idi. Çalışırdıq onları qıcıqlandırmamaq üçün yayın istisində şortik geyinməyək. Hətta mən deyərdim ki, bizim senaristimiz Asiman Ağa Rövşən senarini yazmamışdan bir neçə ay əvvəl həmin kənddə qalsaydı, maraqlı əlavələri olardı. Çünki orada elə şeylərə şahid olduq ki, serialda onun cuzi bir hissəsi göstərilib. Məsələn kənddə iki qəbristanlıq var idi. Birində öz əcəli ilə ölənlər dəfn edilirdi, digərində isə öldürülənlər. Bu kimi məqamları göstərmək də olardı.
- Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında müasir dövrə uyğunlaşdırılaraq çəkilən film, deməyə imkan verirmi ki, 100 ilə yaxın cəmiyyətdə heç nə dəyişməyib?
- Tam demək olmaz ki, 100 ilə yaxındır heç nə dəyişməyib. Qadınlarımız cəmiyyətdə daha aktiv iştirak edir, çalışırlar. Ancaq ucqar kəndlərimizdə əfsuslar olsun ki, 100 illik fərq yaranmayıb. Qızlarımızın oxumağına lüzum yoxdur deyilir. Həmin kəndlərdə 10 yaşından sonra məktəbə getməyən qızlarımız var. Ailə kasıb dolanırsa, qadın da işləyib ailəyə kömək ola bilər, ancaq buna icazə verilmir. Kişilərin bütün günü çayxanada oturub günlərini keçirdirlər, amma qadınlar evdən çıxmağa imkan olmur. Məsələn Bayan kəndində belə bir şey eşitdim ki, kənddə yas olanda qadınlar ora o qədər sevinərək gedirlər ki. Çünki bir yerdə toplaşacağı, nələrsə danışacaqları yeganə yer demək olar ki, oradır. Bu baxımdan kənd yerlərində fərqlər daha azdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
|