Həmkarlarına qənim kəsilən Həmkarlar Komitəsinin sədri... - Pedaqoji Universitetdə NƏ BAŞ VERİR?
Tarix: 2-06-2021, 09:07 | Çap et
Artıq neçənci dəfədir Azərbaycan Dövlət Pedoqoji Universitetin Həmkarlar Komitəsinin sədri Vaqif Əliyevin barəsində “Təzadlar”a şikayətlər daxil olur.
Həmin şikayətlərin məzmunu ilə ilə tanışlıqdan sonra isə neçə dəfədir barəsində ittihamlar irəli sürülən V.Əliyevlə əlaqə saxlamağa çalışmışıq. Lakin telefon zəngimizə cavab verən şəxs pandemiyanı bəhanə edərək Vaqif Əliyevin fiziki görüşlərdən və təmaslardan kənar oluduğunu bildirib. Amma həmin şikayəti ADPU-nun elektron poçtuna göndərmişik. Cavab gəlmədiyindən həmin şikayəti təqdim etməyə məcbur olduq. *** Beləliklə, bu dəfə şikayətçilər Baş Prokuror Kamran Əliyevə, təhsil naziri Emin Əmirullayevə və AHİK-nin sədri Səttar Mehbalıyevə ünvanlı müraciətinin surətini və şikayət məktubunu, əlavə olunmuş KİV yazılarını redaksiyamıza göndəriblər. Bəlli olur ki, Vaqif Əliyev özünü AHİK-nin sədri, millət vəkili Səttar Mehbalyıyevin “sağ əli” və həmyerlisi kimi təqdim edərək arzuolunmaz hərəkətlərə yol verməkdədir. Elə şikayət məktubunda da bildirilir ki, o, universitetin “Şöhrət” ordenli, Əməkdar elm xadimi, uzun illər Respublika Təhsil Şurasının sədr müavini olmuş Mirzəli Murquzovu və onun həyat yoldaşı, dosent Rəna Məmmədovanı, elmlər doktoru Ramin Əliyevi, elmlər namizədi Nərminə Əliyevanı, dosentlər- Olqa Velimedova, Əliqulu Quliyev, baş müəllim Akif Quliyev, baş laborantlar Arzu Əliyeva, Fəridə Hacıyeva, laboratoriya müdirləri Vahid Osmanov, Südabə Hüseynova, Elmira Şəfiyeva, laborantlar Qəmər Əliyeva, Nurlana Rəhimova, böyük dispetçer Vidadi Hüseynov, mətbəə işçisi Şükufə Əliyeva, nəzarətçi xanım Mehdiyeva və başqalarını qərəzli münasibəti ilə bezdirmişdir. “Bildiririk ki, Vaqif Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri kimi həmin vəzifədə əvəzolunmaz kadr olsa da, müdafiə edilməsi hamıya qaranlıq qalır. Vaqif Əliyev nəyin bahasına olursa-olsun, daha iki il postu təhvil verməməyi qarşısına məqsəd kimi qoyub. Çünki 2023-cü ildə ADPU-da həmkarlar təşkilatının yaradılmasının 100 illiyi qeyd olunacaq və Vaqif Əliyev də təmtəraqlı yola salınmaq üçün bu əlamətdar hadisənin məhz öz hazırki yüksək mövqeyində şahidi olmaq, yubileylə əlaqədar mükafat bölgüsündən yararlanmaq arzusundadır. ADPU Həmkarlar İttifaqı Komitəsinin (HİK) “çoxşaxəli və rəngarəng” iş fəaliyyətinə əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onlar üçün ictimai iaşənin keyfiyyətli və ucuz təminatı, ehtiyacı olan insanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkil edilməsi kimi vəzifələr daxil olsa da, Vaqif Əliyevin özbaşınalığı səbəbindən komitə onları layiqincə yerinə yetirə bilmir. Pandemiya və Vətən müharibəsi dövründə öz əməllərindən əl götürməmiş, əksinə, bu gərgin dönəmlərdən də öz nəfinə manipulyasiyalar etmiş Vaqif Əliyev son illərdə öz həmkarlarından pul qopartmaq üçün ən müxtəlif yollara əl atmışdır. Məsələn, imtahan sessiayalarının nəticələri əsasında araşdırmalar aparılarkən xüsusi zəif nəticələrə və digər pozuntulara yol vermiş müəllimlər haqqında Elmi Şuranın qəbul etdiyi sərt qərarlar - həmin adamların tutduğu vəzifədən biryolluq kənarlaşdırılması məsələsi ADPU HİK-in iclaslarında “müzakirə” edilmiş, həmin müəllimlərdən bir çoxunun digər aşağı vəzifəyə keçirilməsi ilə cəza tədbirləri “yüngülləşdirilmişdir”. Analoji proses əməkdaşların attestasiyası keçirilərkən də baş vermiş, HİK-in “qayğısı” ilə onlarla əməkdaşın iş yerini itirməsinin guya qarşısı alınmışdır. Bəs niyə rektor Cəfər Cəfərov bunlara göz yumur??? Əlbəttə ki, bu “qayğılı” münasibət müəllimlərə ucuz başa gəlməmişdir. Lakin Vaqif Əliyev əslində işdən qovulmağı haqq etmiş belə müəllimlərdən fərqli olaraq, həqiqətpərəst, ədalətsizliyə etiraz edən təhsil işçilərinin hüquqlarını müdafiə etmir, əksinə, onların zəif oxuyan tələbələr vasitəsilə şantajını təşkil edir. Onların vəzifələrindən uzaqlaşdırılmasının vacibliyi barədə rəhbərlik qarşısında məsələ qaldırır və bu istəyinə nail olur da. Bu barədə kütləvi informasiya vasitələrində indiyədək xeyli sayda tənqidi yazılar getmişdir. Məsələn, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, uzun illər Respublika Təhsil Şurasının sədr müavini olmuş professor Mirzəli Murquzovu və onun həyat yoldaşı dosent Rəna Məmmədovanı bu yolla şantaj edərək rəhbərliyin gözündən salmış və Universitetdən qovdurmuşdur. Məhşur idman ustası Gülbaba müəllimin də eyni qayda ilə müəssisədən kənarlaşdırılmasına nail olunmuşdur. Universitetdə ixtisara düşdüyü xəbərini eşidən dörd nəfər əməkdaş infarktdan dünyasını dəyişəndə də Vaqif Əliyevin vicdanı susmuşdur. Ayrı-ayrı vaxtlarda universitetdə haqsızlıqlarla üzləşmiş elmlər doktoru Ramin Əliyev, elmlər namizədi Nərminə Əliyeva, dosentlər Olqa Velimedova, Əliqulu Quliyev, baş müəllim Akif Quliyev, baş laborantlar Arzu Əliyeva, Fəridə Hacıyeva, laboratoriya müdirləri Vahid Osmanov, Südabə Hüseynova, Elmira Şəfiyeva, laborantlar Qəmər Əliyeva, Nurlana Rəhimova, böyük dispetçer Vidadi Hüseynov, mətbəə işçisi Şükufə Əliyeva, nəzarətçi xanım Mehdiyeva və başqaları HİK sədrinin köməyindən faydalana bilməyiblər, əksinə, ondan badalaq görmüşlər. Hörmətli Kamran müəllim! Hörmətli cənab nazir! Hörmətli Səttar müəllim! Vaqif Əliyevin qol qoyduğu ən ciddi qanunsuzluqlardan biri onun 2008-ci ildən sonra əməkdaşlardan xəbərsiz Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqəyə girərək, onların adına hektarlarla bağ sahəsi alması və həmin bağ sahələrini öz qohumlarının və Universitetdə işləməyən şəxslərin adına sənədləşdirməsidir. Bu məsələ ilə bağlı bildiririk ki,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin qohumu olduğunu və bu səbəbdən ona heç kəs “bata bilməyəcəyini”, “pulumu verib torpaq almışam, istədiyimi edə bilərəm” deyən Vaqif Əliyev həmin torpaqları hasara almış, üstündə villalar (məsələn, Pirşağıda dəyəri 1 milyonluq malikanə) və obyektlər tikdirərək satışa qoymuş və satmışdır. Xatırladırıq ki, Vaqif Əliyevin bu siyasətinə qarşı çıxanlar da olub. Məsələn, “91-lər”dən olan Heydər Hüseynova məxsus torpaq sahəsini satışa qoyandan sonra bundan xəbər tutan H.Hüseynov onu məhkəməyə verib, istəyini gerçəkləşdirməsinə mane olub. Vaqif Əliyevin yenə də “91-lər”dən olan ziyalılardan mərhum Maqsud Nəcəfovla, Allahverdi Eminovla, keçmiş təsərrüfat işləri üzrə prorektor mərhum Əlirza müəllimlə mövqeləri toqquşub ki, bu məsələlər də araşdırılsa, kökündə korrupsiya motivinin olduğu üzə çıxacaq. Universitetdə heç kəsə sirr deyil ki, bütün sanatoriyalara göndərişlər (“putyovkalar”) 80-100 manat olduğu halda, Vaqif Əliyev onları əməkdaşlara, hətta Universitetdə işləməyən şəxslərə 300-500 manata satır. Xəstəliyi ilə bağlı müalicə almaq üçün müraciət etmiş əməkdaşların ərizələri isə illərlə baxılmamış qalır. Niyə tədris prosesində və ictimai işlərdə fərqlənən müəllim və işçilərin mükafatlandırılması unudulur?”. Şikayətçi müəllimlər sonda Baş Prokuror Kamran Əliyevdən Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar Komitəsinin sədri Vaqif Əliyevin fəaliyyətinin yoxlanılmasını, komitənin hesabına daxil olmuş vəsaitlərin təyinatı üzrə xərclənməsinin araşdırılmasını və digər məsələlərin diqqətə alınaraq yoxlanılmasını xahiş edirlər. Mövzuya qayıdılacaq. Qalmaqal barədə hələki rektor Cəfər Cəfərovun mövqeyini öyrənmək mümkünsüz olaraq qalır.
“Təzadlar”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
|