Gəncə Hərbi Məhkəməsində DƏLƏDUZ PEYDA OLUB... - GİLEY
Tarix: 26-10-2021, 09:46 |
Çap et
Nəzərinizə çatdıraq ki, Gəncə Hərbi Məhkəməsi 1992-ci ildə yaradılmış və 2000-ci ilədək Gəncə Qarnizonu Hərbi Tribunalı adı altında fəaliyyət göstərmişdir. 2000-ci ildən bu günədək Gəncə Hərbi Məhkəməsi adı altında fəaliyyətini davam etdirir. Gəncə Hərbi Məhkəməsində bu yaxınlarda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Həbibov Kənan Faiq oğlunun məhkəmə prosesi başa çatıbdır. Hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə K.Həbibov barəsində qanunauyğun hökm oxunubdur və o, hal-hazırda Kəlbəcər ərazisində xidmətini davam etdirir.Redaksiyamıza müraciət edən Həbibov Kənan Faiq oğlunun yaxınları idda edirlər ki, həmin vaxt hakimin köməkçisi olan Kamal adlı şəxs onların etibarından sui-istifadə edərək 5.500 manat rüşvət almışdır. Köməkçi Kənanın günahının olmadığını bildiyindən onlara deyib ki, əgər bu pulu verməsə, o həbs oluna bilər. Onlar da çarəsiz qalaraq bu pulu ona vermişlər. Bir müddət bundan əvvəl isə öyrəniblər ki, bu pulu Kamal onları aldadaraq alıbdır, bu işdən hakimin məlumatı belə yoxdur və Nurəddin Hüseynli özü ədalətli hökm çıxarıbdır. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbir görəcək və günahkarlar cəzalandırılaraq vətəndaşlara dəyən ziyan da ödəniləcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//