"Azəriqaz"ın Xızı sakini ilə NƏ ƏDAVƏTİ VAR? - GİLEY
Tarix: 14-12-2021, 09:15 | Çap et
Xızının Giləzi kəndinin sakini Əfqan Abdullayev evinə qaz çəkdirə bilmir. Səbəb də ata yurdunda ev tikməsidir. DİA.AZ xəbər verir ki, eyni həyətdə atasından qalan başqa bir ev də var və qaz yalnız o evə verilir. “Mənə deyirlər ki, bir həyətdə yalnız bir yerdə qaz ola bilər. Bu, absurddur. Bir həyətdə iki ev ola bilməz? Görünür nəsə hörmət etməyimi istəyirlər, ona da imkanım yoxdur”.
Əfqan Abdullayev deyir ki, ailədə 7 nəfərdilər. Təsərrüfatla dolanırlar və qışda evlərini elektriklə isitməli olurlar. Bu da onlara baha başa gəlir və bəzən borclar üst-üstə yığılır:
“Yayda az-az ödəyib bitiririk ki, yenə qış gəlir. Hətta bəzən ödənməmiş borca görə elektriki kəsdikləri də olur. Onda həm də işıqsız qalırıq. Müraciətlərimizə də baxan yoxdur. Başqa hara, kimə müraciət edəcəyimizi də bilmirik. Adam qazdan ötrü də prezidentə müraciət etməyə utanır”.
Şikayətçi bildirir ki, hər problemdən ötrü müraciət etməkdən, səs-küy salmaqdan yorulub. Heç nəyə sakitliklə nail olmaq mümkün deyil və bu yorucudur:
“Məsələn, lap sayğac bir dənə olsun, ancaq bizim evimizə də qaz çəkilsin, ona da razıyam. Ancaq təsdiqləyən, razılıq verən yoxdur. İnanın, 7 nəfərin tək gəlir yeri əkin-biçindir. Daha çox bostan tərəvəzləri əkir, yayda onları satır və ilboyu dolanırıq. İmkansızlıqdan uşaqlara ali təhsil belə verə bilməmişəm. Təbii o da başqa dərddir. İş də yoxdur ki, gedib işləyəsən, daimi gəlirin olsun. Həyəti də görürsüz, kiçikdir və ancaq 2 ev sığışıb. Burada heyvan saxlamaq da mümkün deyil. Bir də problemlərin üstünə qışda qazın olmaması və od qiymətinə olan elektrik enerjisi gəlir. Qalırsan lap çıxılmaz durumda”.
Əfqan Abdullayev bildirir ki, bir neçə dəfə ünvanlı sosial yardım üçün müraciət etmək istəyib. Ancaq aldığı cavab “sizə yardım düşmür”, – olub:
“Axırıncı müraciət 2014-cü ildə olub. Ondan sonra müraciət də etmədik, heç ümid də yoxdur. Bilirsiniz də, bu yardımı ancaq imkanlılar alır. Belə bir deyim var və heç kimə sirr deyil”.
“Ürəyimi açıb bütün problemlərimi danışıram. Ancaq bilirəm ki, bunlar həll olunmayacaq. Qaz problemini isə istəsələr həll edərlər. Bir sayğac qoyacaqlar, bir də yaxın ərazidən qaz çəkəcəklər. İşlədib, pulunu ödəyəcəm.
Bu, xüsusi bir istək deyil. Ya da demirəm ki, mənə pulsuz qaz verin. İşinizi görün, mən də xidmətdən istifadə edib, pulunu ödəyim”, – şikayətçi deyir.
Xızı Rayon Qaz İstismar Sahəsindən Meydan TV-yə bildirilib ki, vətəndaş düz danışmır: “Bəlkə ev sənədləşdirilməyib, ona görə deyilib ki, burada bir ev var, onun da qazı var. Ancaq sırf iki evin bir həyətdə olması qaz çəkilməsi üçün problem deyil. Bəzən kənd evlərində bir evi ortadan iki yerə bölürlər və deyirlər ki, 2 sayğac quraşdırın, bu, mümkün olmur. Biz yenə də araşdıracağıq, görək problem nədədir”.
Əfqan Abdullayev sonda deyir ki, evi digərindən tamamilə ayrıdır:
“Bəhanə gətirdikləri şeylərdən biri də limitdir. Məni get-gələ salır, işimi həll etmirlər. Əslində isə böyük problem deyil, istəsələr həll edərlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|