Daşkəsəndə NƏ BAŞ VERİB: Şəhid anası nələri iddia edir... - Jurnalistlərə hücuma qədər olan TƏFƏRRÜAT
Tarix: 21-12-2021, 09:23 | Çap et
DİA.AZ: - Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb. DİA.AZ xəbər verir ki, bu barədə “Report” məlumat yaymışdı.
Xəbərdə iddia olunurdu ki, “Baku TV, APA TV və “Space”in əməkdaşları hadisənin təfərrüatını araşdırdıqda hadisənin söylənilənlərin tam fərqli olduğu, şəhid anasının icra nümayəndəsini və qohumu Daşqın Cəfərovu döydüyü məlum olub. Baku TV-nin əməkdaşı Nazir Quliyev “Report”a bildirib ki, o həmkarları ilə hadisənin təfərrüatını araşdırıb. Media mənsubları əvvəlcə şəhid anasının xəsarət yetirdiyi və hazırda Gəncə şəhərindəki xəstəxanalarda müalicə edilən icra nümayəndəsi və qohumu ilə görüşüblər. İcra nümayəndəsi jurnalistlərə hadisə barədə ətraflı məlumat verib. Jurnalistlər bundan sonra hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Daşkəsənin Dəstafur kəndinə gediblər. Lakin şəhidin anası “Space” telekanalının və APA TV-nin əməkdaşlarını hədələyib: “O, oğluna evin qapısını bağlayaraq bizi çölə buraxmamağı tapşırdı və görüntüləri tələb etdi. Biz ondan müsahibə almaq istədikdə qadın bundan imtina etdi”.
APA TV-nin jurnalisti Fuad Nazimoğlu da bildirib ki, şəhidin ailə üzvləri onların evdən çıxmasına mane olublar: “Şəhidin ailə üzvləri, o cümlədən əri və oğlu qapını bağlayaraq bizi çölə buraxmadılar. Buna görə, bir neçə saat həyətdə qalmalı olduq. Şəhidin anası tələb etdi ki, mən görüntüləri lentə aldığımız videokameranın yaddaş kartını qırım. Yalnız videokameranın yaddaş kartını qırdıqdan sonra şəhidin ailə üzvləri bizi buraxdılar”.
Onu da qeyd edək ki, bu olay geniş rezonans doğurub və demokratik.az saytı da Daşkəsənin Dəstəfur kəndində yaşayan şəhid anası Şıxıyeva Sevda İsrəfil qızı ilə kəndin icra nümayəndəsi Cəfərova Lalə Rafail qızı arasında son 1 ildə yaşanan münaqişə barəsində ilginc iddialar səsləndirib.
DİA.AZ olaraq demokratik az-ın araşdırmasını təqdim edirik:
"Dünən (srağagün -dia-az.life) xanım məmur və yaxınları kənddə bir araya gələrək şəhid anasına hücum ediblər. İki tərəf arasında yaşanan arzuedilməz fiziki zorakılıq nəticəsində şəhid anası da daxil, bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Davaya rayon polis şöbəsinin əməkdaşları da cəlb edilib.
Hadisənin sonunda şəhid anasının verdiyi açıqlamaya görə, onu bir qrup şəxs döyüb və bu tapşırığın icrasında Lalə Cəfərova da şəxsən iştirak edib. Hadisənin baş vermə səbəbi birmənalı açıqlanmasa da, aydın olur ki, ortaya düşmənçilik toxumu səpilib. Şəhid anası qarşı tərəfi şəhid oğluna sayğısızlıqda, kəndin yeganə şəhidinin dəfnində belə iştirak etməməkdə və digər qanunsuz əməllərdə suçlayır, əri bələdiyyə sədri, özü də icra nümayəndəsi olan şəxslərin kənddən çıxıb getməsini arzulayır.
Digər tərəf isə rayonun icra başçısı Əhəd Abıyevin yarıtmaz idarəetmə metodlarına sığınaraq olayı siyasiləşdirməyə, şəhid ailəsinə qarşı aqressiyaya və "ifşaedici" manevrlərə cəhdlər edirlər. Bu isə münaqişəni süni şəkildə dərinləşdirir, konfliktin uzanmasına əsaslar yaradır.
Daşkəsən icra hakimiyyətinin adından indiyədək yayılan açıqlamalar da məhz şəhid anasının incik ruhuna sus səpməyə, övlad itkisinə səbr diləməyə, onun şikayətlərinə hüzur gətirməyə deyil, sanki onu qızışdırmağa, siyasiləşdirməyə yönəlib desək yanılmarıq.
Daşkəsən İHB-nin açıqlamasından SİTAT: "Sevda Şıxıyevanı bacısı oğlu, Daşkəsən rayon Muşavaq kənd sakini, dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzası çəkən Məmmədov Asif Rəcəb oğlu öyrədərək, ona müxtəlif tapşırıqlar verir. Sevda Şıxıyeva da şəhid anası adından istifadə edərək Daşkəsən rayonunun Dəstəfur kəndində qarşıdurma yaradır"-sitatın sonu...
Göründüyü kimi, icra hakimiyyəti və şəxsən Əhəd Abıyev ilk başdan adıkeçən şəhid anasına qarşı qeyri-adekvat mövqedə dayanmaqla, hətta şəhidin ailəsində baş verən bir sıra şəxsi məlumatları da şikayətçinin əleyhinə şantaj kimi istifadə etməklə vətəndaş-məmur münasibətlərindəki uçurumu, anlaşılmazlığı bir az da dərinləşdirir, məqsədli intiriqa yaradır.
Bu fakt da göstərir ki, Əhəd Abıyev Daşkəsəndə özünü prezidentin səlahiyyətli nümayəndəsi adına yaraşan şəxsiyyət kimi deyil, daha çox uğursuz intirant siyasətçi kimi aparır. Bir şəhid anasını anlamayan, dinləməyən və dərdinə dinclik gətirə bilməyən birinin əslində eyni rayonda 10 ildir ki, icra başçısı işləməsi bütün Daşkəsənlilər üçün rəzalətdir.
Vətəndaşlarla ünsiyyətdə səmimi ola bilməyən biri əgər oğlunu şəhid vermiş bir ananın fəryadında da siyasi motiv axtarıb tapırsa, problemi həll etmək əvəzinə məmurunu savunub biçarə vətəndaşın üstünə yeriyirsə..."
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|