İnam Kərimovun havaya sovurduğu BÜDCƏ PULLARI... - İLGİNC FAKTLAR
Tarix: 31-01-2022, 10:20 | Çap et
Prezident İlham Əliyev 2008-ci sentyabrın 19-da Şəki “Aqro-İndastri” MMC-nin rayonun Orta Zəyzid kəndində, keçmiş Kökəltmə Birliyinin ərazisində tikilmiş müasir tipli süd emalı zavoduna baş çəkəndə bu müəssisənin sonralar məhv ediləcəyi heç kimin ağlına gəlməzdi. DİA.AZ-ın məlumatına görə, gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, bu müəssisənin tikintisinə Azərbaycan Beynəlxalq Bankı ilə Hollandiyanın “Roqobank”ı arasında imzalanmış kredit müqaviləsi əsasında 2006-cı ildə başlanmışdır. Müqavilənin ümumi dəyəri 7,28 milyon avro idi.
Şəki–Oğuz şosesinin kənarındakı 70 hektar ərazidə müasir tipli heyvandarlıq kompleksi, damazlıq və südçülük sahələri, pendir zavodu və mal-qara üçün yem istehsalı sexi yerləşirdi. Kompleksə Hollandiyadan yüksək məhsuldarlığı olan 660 cins inək gətirilmişdir. Kompleksdə adi və mexanikləşdirilmiş tövlələr tikilmişdi. İcarəyə götürülmüş 400 hektara yaxın ərazidə yem üçün qarğıdalı, yonca və vələmir əkilirdi. Hər gün heyvanlara 10 tona yaxın yem verilirdi yem istehsalı üçün müasir tipli dəyirmanın tikiləcəyi planlaşdırılıdı. Müəssisədə gün ərzində 15 min litr süd istehsal olunmaqla 1500 kiloqram Hollandiya pendiri hazırlanması nəzərdə tutulurdu, 200-ə yaxın yerli sakin işlə təmin olunmuşdu, normal əməkhaqqı alırdılar. Görülən işləri yüksək qiymətləndirən prezident İlham Əliyev bölgələrdə bu cür müəssisələrin yaradılmasının əhəmiyyətinini vurğulamışdı. Amma necə deyərlər, sən saydığını say, görək fələk nə sayır… 2014-2015-ci illərdə Beynəlxalq Bankda baş verən hadisələrdən Bankın özünün və cəlb etdiyi xarici kreditlər hesabına qurulmuş müəssiələr əl dəyişməyə başladı. Bu müəssisələrin, demək olar ki, hamısının rəhbərləri saxlandılar, onlar Beynəlxalq Bankın balansına verildikdən sonra buraxıldılar. Həmin vaxt elan olundu ki, müəssisələrin heç biri kredit müqaviləsi üzrə öhdəliklərinə əməl etməyib. Amma onların rəhbərlərinin bir çoxu tamam fərqli açıqlamalar verərək, yaratdıqları müəssisələrin gəlir gətirdiyini, kredit ödənişlərini vaxtında yerinə yetirdiklərini, buna baxmayaraq, müəssisənin əllərindən alındığını bildirdilər. Bu açıqlamalara rəğmən şirkətlər Beynəlxalq Bankın balansından toksik aktiv kimi alınaraq “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına verildi. “Aqrarkredit” QSC isə nəinki onların fəaliyyətini səmərəli qura bilmədi, hətta bir çoxunu ləğv edib bazasında yeni müəssisələr yaratdı. 2017-ci ildə həmin müəssisələr dövlət aktivlərinin səmərəli idarə edilməsi, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulması, qeyri-neft sektorunun inkişafına təkan verilməsi və s. məqsədlərlə yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verildi. Korporasiya isə həmin müəssisələrin bəzilərini 2018-ci ildə fərqli hüquqi adlarla yenidən təşkil etdi.
“Şəki Heyvandarlıq” MMC də həmin zaman dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi isə Elşən Ağalarov, Müşahidə Şurası Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanovdan ibarət olub.
MMC-nin bu illər ərzində fəaliyyəti ilə bağlı olduqca az məlumat var. ASK-nın rəsmi saytında müxtəlif illləri əks etdirən bir neçə xəbər tipli informasiya yerləşdirib. Eləcə də internet resurslarında da müəsssisənin gəliri, yenilikləri ilə bağlı bir neçə xəbər var. Onların birində qeyd olunur ki, “ASK Heyvandarlıq” MMC-nin südlük-maldarlıq üzrə özəl heyvandarlıq təsərrüfatında olan inəklərin hər birindən 2018-ci ildə 6 min 935 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 365 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 19 kiloqram süd sağılıb. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov bildirib ki, ötən il bu müəssisədə 4 min 64 ton süd istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 930 ton və ya 29,7 faiz çoxdur. Hazırda təsərrüfatda saxlanılan 1321 baş iribuynuzlu mal-qaranın 586 başı ana maldır. Ana malın sayı əvvəlki illə müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 621 baş, yəni inişilkindən 60 baş çox buzov doğulub. Rəsmi qəzetlərin birində isə “ASK Aqro” MMC-nin Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərən südçülük-maldarlıq üzrə damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutmasından bəhs olunur: “Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır. Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6000 ton tutumu olan anbar mövcuddur…” 2018-ci ildə ASK-nin verdiyi məlumata görə “ASK Aqro” MMC-nin nizamnamə kapitalı 2 412 manat və yaxud 0,4% artırılıb. Beləliklə şirkətin kapitalı 642 594 manatdan 645 006 çatdırılıb.
Sənaye Korporasiyasının bu təmtəraqlı informasiyasından cəmi 3 il sonra 2021-ci ilin yanvarında ASK-nın tərkibində 9 müəssisə o cümlədən “Şəki Heyvandarlıq” ləğv edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən “Azərşüşətara” MMC, “Azərtütün”, “Bakı Ayaqqabı”, “Mingəçevir İzolit”, “Şəki Heyvandarlıq”, “Şəki Kərpic İstehsalı”, “Şəki İpək İstehsalı”, “Şəki Ət və Süd Məhsulları”, “Azərpambıq” ASC ləğv olunur. Artıq bu müəssiələrin özəlləşdirilməsinə başlanıb.
Beləliklə, ötən Beynəlxalq Bankın kreditləri hesabına yaradılan və 100 milyonlarla vəsait yatırılan, qeyri-neft sektorunun gələcəyi hesab olunan müəssisələr 6 il ərzində darmadağın edildi, əmlakı əldən-ələ keçirildi, üstəlik bu illər ərzində onların adı ilə milyonlarla vəsait alınaraq mənimsənildi. Qazanan məmurlar, itirən isə Azərbaycan dövləti və Azərbaycan iqtisadiyyatı oldu…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
|