Milli Onkologiya Mərkəzi adlı TİBB OCAĞI YOXDUR... - GİLEY
Tarix: 28-02-2022, 16:18 | Çap et
Bəlkə də əksəriyyət o haqda məlumata malikdir ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və qurluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması, qanunun aliliyi daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin səhiyyə sahəsində çalışan bəzi vəzifə sahibləri qanunun aliliyini uca tuturlar, and içdikləri “Hippokrat andı”na sadiq qalırlar, yoxsa bütün bunları tapdaqlar altına atırlar?. Bakı ş. H. Zərdabi küçəsi, 79B ünvanında fəaliyyət göstərən Milli Onkologiya Mərkəzində olmazın hoqqalarla, haqsızlıqlarla üz-üzə qalan və Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi-73 ünvanında yaşayan Ağayeva Mehriban Əziz qızı, gundemxeber.az saytının redaksiyasına yazdığı ərizəsində qeyd edir ki, “Kiçik qızım Şəfa Məmmədzadə ilyarımdır ki, onkoloji xəstədir. Buna görə də onu böyük qızım Vəfa ilə birlikdə Milli Onkologiya Mərkəzinə apardıq. Orada ilk əvvəl qızımı qandan və “UZİ”-dən analiz etdilər, “MRT”-yə saldılar və bunun qarşılığında bizdən müayinə xərci olaraq 1500 manat pul alıb qəbz verdilər. Mən bir ana olaraq həkimlərin pul tələblərinə qəti etiraz etdim və onlara bildirdim ki, axı bura dövlət səhiyyə müəssisəsidir? Niyə bizdən bu qədər müayinə pulu alırsınız? Həmin vaxt Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimovun qəbulunda oldum və ona işçilərinin bizdən pul tələb etdiklərini çatdırdım. O halda o, telefonu götürüb kiməsə zəng etdi və “Şəfa adlı xəstədən pul almayın” deyə tapşırığını verdi. Düzdür, belə bir tapşırıqdan sonra həkimlər bizdən pul tələb etmədilər və xəstəni “RENTGEN” aparatından keçirib Günel Nağdəliyeva adlı həkimin yanına göndərdilər. Günel həkim bizdən pul almadan müalicə işləri aparacağına söz verdi. İyrimi gün keçdikdən sonra qızım Şəfa kimyəvi terapiya qəbul etməli oldu. Ona görə də, Günel həkim hər 25 gündənbir qıızımın kimyəvi terapiya qəbul etməsinə görə, bizdən 550 manat pul alırdı. Qızım əmələ gələn ağrılara heç cür dözə bilmirdi və ona görə də o, mənə “Mama qurban olum, sən danışma, qoy məni müalicə etsinlər” deyirdi. Buna baxmayaraq, həkim ayrı-ayrı vaxtlarda xəstə qızımın 28 dəfə kimyəvi terapiya qəbul etməsinə görə, bizdən üstüstə 8 min manat pul aldı. Günel həkim müalicə aparıram deyə qızımın döşlərini deşik-deşik etdi və sonda elə bir vəziyyət əmələ gəldi ki, Şəfanın döşünün yan hissələrindən qanlar axmağa başladı. Biz heç cür başa düşə bilmədik ki, Günel həkim müalicə işlərini belə aparacaqdırsa o, niyə bizdən bu qədər pul aldı? Mən baş verən belə bir biabırçılıqla bağlı bugünə kimi bir çox dövlət qurumlarına şikayət ərizələri göndərmişəm, teleqramlar vurmuşam. Hal-hazırda toplanmış iş materialları Yasamal rayon prokuroru Ayaz müəllimin icraatındadır. Bu şəxs dörd ay ərzində həyata keçirdiyi araşdırmalardan sonra “Bu iş cinayət xarakterli olduğu üçün qeydiyyat kitabına saldıq” deyə mənə cavab yazıb. Əslində Ayaz müəllim bir prokuror olaraq Günel Nağdəliyevanı bizdən rüşvət aldığına və qol qoyduğu qanunsuzluq əməlinə görə məsuliyyətə cəlb etməli idi. O, belə bir addımını atmaq əvəzinə, sanki həkimin mövqeyinin müdafiəçisi qismində çıxış edir. Məsələn, Günel həkim bizdən aldığı rüşvətin 1200 manatını geri qaytardı və o, onu da bildirdi ki, “Pulun qalan hissəsi yuxarıdakı rəhbərlikdədir”. Bu da onu sübut edir ki, prokurorun lazımi araşdırma işi apara bilməməsinə səbəb, Günel Nağdəliyevanın Milli Onkologiya Mərkəzində çalışmasıdır. Bugünkü həqiqət ondan ibarətdir ki, Günel həkim hər 25 gündənbir bizdən pul aldı, sonda da qızımı şikəst etdi. Hazırda qızım əmələ gələn ağrılara heç cür dözə bilmir və o, hər gün mənə “Mama qurban olum, mənə bir iynə vurun ölüm, artıq ağrılara dözə bilmirəm” deyir”. Hal-hazırda ölkəmizin nüfuzlu səhiyyə müəssislərindən biri hesab olunan Milli Onkologiya Mərkəzində belə bir qanunsuzluq və biabırçılıqların baş verməsini, bəlkə də Azərbaycan səhiyyəsinin “üzqarası” hesab etmək olar. Çünki, bir tərəfdən xəstənin adamlarından 8 min manatdan çox rüşvət alınır, digər tərəfdən də, xəstəni şikəst edirlər. Əslində bu analoqu olmayan faciədir, böyük bir bədbəxtçilikdir. Mövzuya qayıdacağıq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
|