İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                 

Kürdəmir məhkəməsi ŞƏHİD ANASINI YOLLARDA QOYUB... - "Məni narahat edən oğlumun gələcəyidir..."
Tarix: 16-03-2022, 09:00 | Çap et
Kürdəmir məhkəməsi ŞƏHİD ANASINI YOLLARDA QOYUB...
Kürdəmir şəhər sakini, şəhid anası Akifə Əliyeva tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Kürdəmir şəhərinin sakini Akifə Əliyeva Kürdəmirin ilk şəhidi Əliyev Adəm İlqar oğlunun anasıyam. 2000-ci ildə dünyaya gələn oğlum Adəm əsgəri xidmətini başa vurduqdan sonra, 1 ay Maxe kimi orduda xidmətini davam etdirib və 44 günlük Vətən müharibəsinin ikinci günü Kəlbəcər istiqamətində, Murovdağda şəhidlik zirvəsinə ucalıb.

Böyük qardaşı Arif də könüllülər sırasında müharibəyə yollanmışdı, Adəm şəhid olandan 15 gün sonra onu geriyə qaytardılar. İki oğlum var, onları min bir əziyyətlə kirayələrdə təkbaşına böytmüşəm, yoldaşımdan çoxdan ayrılmışam.

Müharibədən qayıtdıqdan sonra böyük oğlum artıq il yarımdır ki, işsizdir. 27 yaşı var. İş üçün müraciət etdiyimiz heç bir dövlət qurumunda onu işə qəbul etmək istəmirlər və 2016-cı ildəki məhkəmə işini səbəb gətirirlər.

Belə ki, o, 2016-cı ilin oktyabrında azyaşlı qızı qaçırdığına görə qızın valideynləri məhkəməyə müraciət etdi. Sonra aramızda barışıq oldu. Nişan apardıq və razılığa gəldik ki, qızın 18 yaşı tamam olanda övladlarımızı evləndirək. Amma qız azyaşlı olduğundan elə həmin vaxt məhkəmə başladı, 2017-ci ilin 18 yanvarında məhkəmə işini yekunlaşdırdı və oğluma iki il şərti cəza kəsdilər.

Elə həmin ayın 25-də oğlumun nişanlısı özündən yaşca çox böyük olan bir kişiyə qoşulub qaçdı. Bununla bağlı polis idarəsinə müraciət etdik. Orada bizə dedilər ki, Allahınıza şükür edin ki, bu cür ailə ilə qohum olmadınız, gedin şərti məhkumetmə müddətinin bitməsini gözləyin. Təəssüf ki, o zaman heç kəs bizə başa salmadı ki, oğlumun bəraət alması üçün məhkəməyə müraciət edə bilərik.

Bu hadisədən 1 ay sonra eşitdik ki, qız o kişidən ayrılıb və bu dəfə bir başqası ilə Türkiyəyə qoşulub qaçıb.

Oğlumun iki illik şərti məhkumluğu və bundan sonrakı 1 illik üstəliyi başa çatdı. Artıq 5-ci ildir ki, sözügedən iş tamamilə qurtarıb. Amma, dediyim kimi, bu gün işlə bağlı hara müraciət ediriksə, eyni cavabı alırıq: ”Oğlunuzun məhkumluğu olub, onu dövlət qurumlarında işlə təmin edə bilmərik”. Ədliyyə Nazirliyindən, DİN-dən oğlumun məhkumluğu olmadığına dair arayış alsaq da, məhkəmə işinin surəti arxivdə saxlanıldığından, oğlumu işə qəbul etmirlər. Hazırda xəstəxanalardan birində sanitar kimi çalışır, 300 manat maaş alır. Bu pulla necə ailə saxlasın?! Evi də yoxdur. Biz şəhid oğlumun iki yaşından bəri kirayələrdə yaşamışıq. Düzdür, bizi mənzil növbəsinə salıblar, amma hələ ki, mənzillə təmin edilməmişik. Gözləyirlər, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar ki, bizi də onların yaşadığı binalarda məskunlaşdırsınlar. Əslində ev məsələsi məni narahat etmir. Çox şükür başımızın üzərində dam var. Məni narahat edən oğlumun gələcəyidir. Normal işi olmalıdır ki, ailəsini təmin edə bilsin.

Bu gün tək ümidim odur. Yaxınlarım, qonum-qonşu mənə deyirlər ki, səbrli ol, nəvən olar, adını Adəm qoyub oğlunu yaşadarsan. Mən də istəyirəm, oğlumun gələcəyi gözəl olsun, ailəsini, gələcək övladlarını təmin edə bilsin. Oğlum yeni ailə qurub.

Daxili İşlər Naziriyinə müraciət edəndə bizə dedilər ki, bu məsələ ilə bağlı heç bir problem yoxdur, sadəcə bizə yox, Bakının Binəqədi rayonundakı Baş Polis İdarəsinə müraciət etməlisiniz. Biz də deyilən ünvana getdik. Orada adını unutduğum polkovnikin qəbulunda oldum. O da məni Kürdəmir Məhkəməsinə yönləndirdi. Oğlum Kürdəmir Məhkəməsinə getdi, amma ona deyildi ki, bu məsələnin həlli bizlik deyil, siz Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz. Odur ki, nə vaxtdır Kürdəmirlə Bakının arasında qalmışam.

Yeganə istəyim oğlumun məhkumluq işinin arxivdən silinməsidir. Vəkilə müraciət etdim, o, mənə dedi ki, DİN-ə gedin və ASAN Xidmətdən aldığınız təmizlik kağızını (məhkumluğun olmamasını təsdiq edən sənəd-red.) onlara təqdim edin, onlar həmin arayış əsasında ərizə yazıb həmin sənədi Kürdəmir Məhkəməsinə göndərsinlər. Amma Kürdəmir Məhkəməsi bunun mümkün olmadığını bildirir.

Axı, ölkə prezidenti dəfələrlə deyib ki, şəhid ailələrini incitmək olmaz. Amma təəssüf ki, məmurlar onun sözünə, göstərişinə məhəl qoymur. Bunu özlərinə də demişəm. Demişəm ki, mən lay divar oğlumu bu torpaq, bu vətən, bu bayraq uğrunda torpağa tapşırmışam, siz isə məni qapı ağzında saxlayırsınız, içəri keçməyimə imkan vermirsiniz, şəhid anasına hörmətsiz yanaşırsınız.

Məsələyə aydınlıq gətirmək üçün DİN-in mətbuat katibi Elşad Hacıyevə müraciət etdik. Elşad müəllim bizə bildirdi ki, sözügedən məsələ artıq DİN-nin səlahiyyətindən kənara çıxıb, bu işlə bağlı məhkəməyə müraciət olunmalıdır.

Bundan sonra Kürdəmir Məhkəməsi ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, Arif Əliyev onlara yazılı müraciət etməlidir.

Arif Əliyev deyiləni etdi. Amma məhkəmədən müsbət cavab ala bilmədi. Yenə də bu işin mümkünsüz olduğunu bildirdilər və DİN-ə müraciət etməyi tövsiyə etdilər.

P.S. Buradan bir daha aidiyyati qurumlara səslənirik. Şəhid ailəsi qarşılaşdığı problemi necə həll etməlidir? Bu süründürməçiliyə nə vaxt son qoyulacaq? Onsuz da övlad həsrətindən şam kimi əriyib gedən ananın dərdinin üstünə dərd gətirmək insafdandırmı?
//hurriyyet.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru