HAVARA qalan TƏHSİLİMİZ... - İTTİHAM VAR!
Tarix: 26-04-2022, 08:40 | Çap et
Azərbaycan təhsilinin başına yekə bir daş salanlardan biri, bəlkə də birincisi olan HAVAR Məmmədovun adı məndə maraq oyatdığı üçün xeyli axtarış aparsam da konkret mənası barədə heç bir məlumat tapa bilmədim. Azərbaycanda çox az hallarda rast gəldiyimiz HAVAR adını görəsən haradan tapıb bu adama qoyublar. Adlar təsadüfi ola bilməz. Peyğəmbər əfəndimiz (s.ə.s ) buyururdu ki, uşaqlarınıza, övladlarınıza gözəl adlar qoyun ki, böyüyəndə utanmasınlar. Doğrudan da, sovet dövründə, Kolxoz, Sovxoz, Şura, Yanvar, Marlen( Marks-Lenin), hətta Kommunalı( Qəminalı) kimi xeyli eybəcər və qondarma adlar meydana gəlmişdi. İndi fikirləşirəm ki, görəsən, o boyda Universitetin rektoru olan şəxsə HAVAR adını hansı məntiqlə qoyublar və heç mənasını da bilən yoxdur. Düzdür dilimizdə ona oxşar sözlər var. Hətta ruslar bizim sözümüzdən TAVAR sözü də düzəldiblər. Havar Məmmədov əslən İmişlidən olduğu üçün ağlıma bir fikir gəldi. İmişlidə xeyli tərəkəmələr yaşayır, hamısı dədə-babadan özlərinin sevdiyi işlə məşğul olublar. Bəlkə, onunla bağlıdır..? Hər halda cənab rektor özü öz adının mənasını yəqin ki, bilməyə bilməz. Sözün qısası, rektorun adından qurtarıb keçək onun əməllərinə. Yəqin ki, diqqətli oxucular, söhbətin Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovdan getdiyini bildilər. Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, dünyanın heç bir ölkəsində universitet rektorunun biznesmen olması, zavod-fabrik sahibi olması, milyonlara sahib olması mümkün olan hal deyil. Amma, nə edək ki, Azərbaycanda nəinki universitet, hətta kollec direktorları da oliqarx həyatı yaşayır. Və bir adam oğlu adam soruşmur ki, dövlətin sənə verdiyi konkret maaşla bu qədər sərvətə necə sahib olmusan..? Deməli, korrupsionersən... bitdi...! Tanıyanlar bilir ki, Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Və günün birində bu adamı Texniki Universitetə rektor qoyublar. Beləcə, 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olmuş Havar Məmmədov Azərbaycan cəmiyyətində alim, ziyalı kimi deyil, tələbəyə qazanc mənbəyi kimi baxan rektor kimi ad çıxarmışdır. Bu adam bir vaxtlar ATU-nun idman zalını 20-30 manata itboğuşduranlara icarəyə vermişdi. Amma Texniki Universitetdə hər qiymətin öz məzənnəsi var idi. Deyilənə görə “3” qiyməti 50 manat, “4” qiyməti 80 manat, “ 5” qiyməti 120 manat, dövlət imtahanlarının qiyməti 500 manat idi. Bu adam rektor olduğu 16 il müddətində sözün həqiqi mənasında oliqarxa çevrildi. Bu adamın biznes şəbəkəsinə baxın: Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir. Dörd milyon dəyərində villa. Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub. Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası. Rektor Havar Məmmədov “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə 50 faizlə şərikdir. Və daha nələr… Sual oluna bilər ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib. Bəli, Havar Məmmədov artıq 2016-cı ildə rüvətxor rektor kimi ad çıxarmışdı. Hətta deyilənə görə, onunla bağlı Təhsil Nazirliyinin qərarı var idi. Və həbs olunacağı gözlənilirdi...Hətta istintaqa ifadə verdiyini də deyirlər.. Amma… Birdən Fətullah Gülən məsələsi ortaya çıxdı və Qafqaz Universitetini Havar Məmmədova verdilər. Dünyada bundan faciəli heç nə ola bilməz. Havar müəllim və Qafqaz Universiteti. Niyə faciəli idi..? Fətullah Gülənin, yaxud kiminsə adı ilə bağlı olmaq məsələsini bir kənara qoyaraq tam məsuliyyətlə deyə bilərik ki, Qafqaz Universiteti Azərbaycanda rüşvətin daxil ola bilmədiyi yeganə ali məktəb idi. Bunu dəfələrlə dövlət xadimlərimiz, ziyalılarımız deyiblər. Nə isə, sözün qısası, sonralar Qafqaz Universitetinin əsasında Bakı Mühəndislik Universiteti yaradıldı və Havar Məmmədov rektor olaraq qaldı. Əslində normal, qanunların işlədiyi ölkədə Havar Məmmədovu nəinki rektor təyin etmək, əksinə onu istintaqa cəlb edib əməllərinə görə layiq olduğu cəzanı vermək lazım idi. Amma Havar Məmmədov 4 ildir ki, BMU-ya rəhbərlik edir. Mediada yayılan son məlumata görə, Havar Məmmədov indi də universitetin həyətini satır. Bəli, Bakı Mühəndislik Universitetinin ( BMU ) həyəti satılır, kirayəyə verilir və s. Və bu barədə elan saytlarında xəbər yerləşdirilib. Hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğunu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub. Görəsən burada təəccüblü, sensasiyalı nə var ki ? BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam həmişə satmaqla məşğul olub, yəni biznes adamıdır. Yayılan son məlumatlarda universitetdə müəllim-tələbə, dekan-müəllimə, rektor-katibə münasibətlərinin ən yaxşı həddə çatdığı məlum olur. Bax bu yaxşı haldır. Universitetdə təmir, avadanlıqlar, inventar almaq adı altında xeyli vəsait mənimsənilir. Bu işdə Havar Məmmədova ən çox onun müavinləri, prorektorlar kömək edir. Məsələn, boz kardinal kimi tanınan Tədris işləri üzrə prorektor Həmzağa Orucov əsasən işə qəbul, yəni ştat məsələsinə baxır. Yəni universitetə işə adam düzəltməklə böyük varidata sahib olub. Kəsr, imtahan biznesi də Həmzağa Orucovun əlindədir. Deyirlər ki, o rektorun qara kassasıdır. İkinci prorektor isə BMU-nin Tərbiyə işlərinə məsul olan Bayram Hüseynzadədir. Bu adam rektorun bütün gizli və qaranlıq işlərini həyata keçirir. Bu adama rektorun "panda qutusu" deyirlər. Rektorun Maliyyə məsələləri üzrə nümayəndəsi rəhmətə getdiyi üçün Havar Məmmədov onun yerinə bir nəfəri otuzdurub və onun əli ilə… Maliyyə maxinasiyalarını, büdcədən ayrılan pulların mənimsənilməsini, tenderlər vasitəsilə pulların nağdlaşdırılmasını həyata keçirir. Sözün qısası, BMU-də ciddi və obyektiv bir istintaqa ehtiyac var. Yəqin ki, yaxın zamanda bunun şahidi olacağıq. Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. P.S Yazı çapa gedərkən BMU-nun telefonlarına nə qədər zəng vursaqda telefonumuza cavab verən olmadı. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
|