Müavin nə başçını saya salır, nə də qanunları... - ÖZBAŞINALIQ!
Tarix: 19-07-2022, 08:54 | Çap et
Xəbər verdiyimiz kimi, Şəki İnzibati Məhkəməsi 2022-ci ilin mayın 24-də fermer Abdullayev Teyyub Əli oğlunun şikayəti əsasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etmişdir. Hansı ki, iş materiallarında olan sənədlər, məhkəmə iclasında təqdim edilən maddi sübutlar bir daha göstərirdi ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq T.Abdullayevlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən yuxarıdakı Sərəncamı qanunsuz olmuşdur. Bütün rəsmi sənədlərdə- torpağın 25 illiyinə icarəyə götürülməsi barədə bağlanmış müqavilədə, Dövlət Aktında, icarəyə verilmə barədə tərtib olunmuş Akt-da, Dövlət büdcəsinə ödənilən torpaqdan istifadəyə dair vergi ödənişlərində və s. sənədlərdə də torpağın əkin üçün verildiyi, kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olduğu öz əksini tapmışdır. Lakin İsmayıllı rayon İH başçısının müavini, çoxdandır rayonun icra başçısı olmaq arzusunda olan Mahmud Süleymanov rayon rəhbəri Nahid Bağırovun cavanlığından, rayonu yaxşı tanımamasından sui-istifadə edərək ona aydın şəkildə quy u qazmışdı (Bizə verilən məlumata görə, Nahid Bağırovun pandemiya qaydalarını pozmasına görə Prezident sərəncamı ilə töhmət almasının da xəbərçiliyini, yəni Prezident Administrasiyasına məlumatın ötürülməsinin müəllifi Mahmud Süleymanov olmuşdur.).
«İti öldürənə sürütdürərlər…» və Mahmud Süleymanovun Nahid Bağırova təxribatçılığı…
Beləliklə, atalar yaxşı deyib ki, «İti öldürənə sürütdürərlər...". Mahmud Süleymanov bu dəfə törətdiyi əməlin cavabını verməyə məcbur edildi. Belə ki, fermer Teyyub Əli oğlu Abdullayev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamının ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə şikayət vermişdir. Məhkəmə 24 may 2022-ci il tarixli qərarı ilə İsmayıllı RİH başçısının 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə imzalanmış Sərəncamını ləğv edərək T.Abdullayevin istifadəsində olan torpaq üzərində icarə və istifadə hüququnu bərpa etmiş oldu.
Bir neçə gün əvvəl isə, daha dəqiq desək, 15 iyul 2022-ci il tarixdə İsmayıllı RİH başçısı Nahid Bağırov qanunlara və məhkəmə qərarına hörmətini ifadə edərək 74 saylı Sərəncam vermişdir. İcra başçısı həmin Sərəncamla 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamını özü ləğv etmiş, T.Abdullayevlə bağlı baş vermiş anlaşılmazlığa hüquqi yadınlıq gətirmiş oldu. Və həmin sərəncamın icrası T.Abdullayevin əkin kampaniyasına mane olmuş RİH başçısının müavini Mahmud Süleymanovun özünə həvalə edilmişdir. Amma…
İcra başçısı Nahid Bağırovun məhkəmə qərarının icrası ilə bağlı verdiyi Sərəncamlı tapşırığına RİH başçısının müavini Mahmud Süleymanov təxribatçı hərəkətləri…
Beləliklə, fotosurətini təqdim etdiyimiz Sərəncamda da qeyd olunur ki, bu Sərəncamın icrası icra başçısının müavini Mahmud Süleymanova həvalə edilmişdir. Hansı ki, bütün bu qalmaqalı yaradan elə M.Süleymanov idi… Amma nə baş verir: Mahmud Süleymanov bu Sərəncamın icrasını təmin etmək əvəzinə, iyulun 16-da mübahisələndirilən əkin sahəsinə özünün yaxınlarından olan 10 nəfəri göndərmişdir. Həmin adamlar payızlıq taxıl əkininə hazırlıq görən mexanizatorlara yaxınlaşaraq hədə-qorxu ilə demişlər ki, «Əgər burda əkin aparsanız bu traktoru və kotanı benzin töküb yandıracağıq…». Traktorçu isə dərhal DİN-nin 102 xidmətinə şikayət etmişdir.
Təsəvvür edirsinizmi, qeyd olunan torpaq sahəsi dövlət Fonduna aiddir, fermer T.Abdullayevin əlində də Dövlət Aktı vardır. O, hər il dəmyə taxıl əkmişdir. Ötən il isə buna imkan verilmədi, fermer xeyli ziyana düşdü… Artıq ortada məhkəmə qərarı və buna uyğun RİH başçısı Nahid Bağırovun Sərəncamı da vardır. Mahmud Süleymanov isə nəinki məhkəmə qərarına, qanunlarımıza, eləcə də tabeliyində işlədiyi icra başçısına qarşı hörmətsizlik nümayiş etdirir.
Törətdiyi isə təxribatçılıqdır, ölkənin taxıl ehtiyaclarına dəstək verən fermerə qarşı maneçilik əməlidir, nəhayət, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verən ölkə Prezidentinin aqrar siyasətinə badalaq vurmaqdır!
***
Yazı çapa hazırlanarkən isə maraqlı məlumat aldıq. Məlum olur ki, bəlli hadisənin üstündən İsmayıllı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov T.Abdullyaevin mexanizatoruna hədə-qorxu gələrək təkrarən məhkəmə qərarına və İcra başçısı Nahid Bağırovun Sərəncamına hörmətsizlik nümayiş etdirmişdir. Demişdir ki, biz imkan verməyəcəyik ki, T.Abdullayev orada taxıl əksin və s.
Fermer T.Abdullayevlə əlaqə saxladıq, o, bunları dedi:
-Minnətdaram ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov anlaşılmazlığı aradan qaldırdı, qanunlarımıza və məhkəmə qərarına hörmətlə yanaşaraq 15 iyul 2022-ci il tarixdə 74 saylı Sərəncam verərək özünün 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi, mənim həmin torpaq üzərində icarə hüququmu tanıdı. Lakin təəssüf edirəm ki, əvvəldən N.Bağırovu aldadaraq qanunsuz sərəncam verilməsinə, bununla da məhkəmə mübahisəsinə yol açan RİH başçısının müavini Mahmud Süleymanov indi də ona həvalə edilmiş Sərəncamı icra etdirmək istəmir. Əksinə, əkin sahəsinə öyrədilmiş adamları göndərərərk 300 min manatlıq lizinq yolu ilə alınmış texnikaların benzin tökülüb yandırılması ilə bizə hədə-qorxu gəlir, İcra başçısına və məhkəmə qərarına isə hörmətsizlik edir. Bundan başqa, İcra hakimiyyətinin şöbə müdiri Namiq Kərimov isə Mahmud Süleymanovun yolunu gedir, yenə də əkinçilərəmizə hədə-qorxu gəlir. Əraziyə gələn təxribatçılardan ikisi isə sonradan aldadıldıqlarını etiraf edərək bizim traktorçuya deyiblər ki, bizi aldadıb icra hakimiyyətindən göndərmişdilər… Deməli, bu təxribatın başında M.Süleymanov və N.Kərimov durur. Görünür, onların məqsədi araya təfriqə salmaqla gənc icra başçısının adını belə bir qalmaqalda halandırmaq, bulanıq suda balıq tutmaqdır… Ən dəhşətli hal, Prezident dünyadakı ərzaq böhranını nəzərə alaraq ölkədə taxıl istehsalını artırmağı tapşırır, Mahmud Süleymanov və Namiq Kərimov isə taxıl əkməyimizin qarşısını alır, traktorumuzu yandırtdıracaqlarını deyirlər…
***
Sonda: xatırladırıq ki, aidiyyəti dövlət qurumları artıq bu qalmaqallı məsələ ilə bağlı təfsilatı ilə məlumatlandırılıb. Mövzuya qayıdılacaq.
«Təzadlar»ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|