Quba rayon sakini 1-ci qrup əlil Mustafa Hüseynov məhkəmə süründürməçiliyindən şikayət edir. O deyir ki, evindəki hamamın suyu qonşusunun evinə sızdığı üçün qonşusuna hamamı söküb yenidən tikməsi üçün icazə verib. Mustafa Hüseynov ona dəymiş ziyanın 30000 manat olduğunu bildirir. Amma nə hamam tikilib, nə də Mustafa Hüseynova dəyən ziyan ödənilib. O, qonşusunu 2019-cu ildə məhkəməyə verib. Evə baxış keçirən məhkəmə ekperti Hüseynova dəyən zərərin 4600 manat olduğunu bildirib. Şikayətçi deyir, birinci gələn ekspert qiymətləndirmə etsə də, ikinci ekspert rəyində zərərin hesablanmasının mümkün olmadığını bildirib.
Mustafa Hüseynov hamamın tikilməsini yox, ona dəymiş ziyanın ödənilməsini istəyir. Zərərçəkmişin sözlərinə görə, hamam yenidən tikilməyib. Amma məhkəmə hakimi hamamın artıq təhvil verildiyini bildirib.
Mustafa Hüseynov Quba Rayon Məhkəməsinin verdiyi qərardan razı olmadığına görə Sumqayıt Appelyasiya Məhkəməsinə şikayət etmək istəyib. Amma yüngül məhkəmə işi olduğu əsas gətirilərək o vəkillə təmin olunmayıb. Mustafa Hüseynovun şikayəti ilə bağlı Quba Rayon Məhkəməsindən açıqlama almaq mümkün olmayıb. Sumqayıt Apellyasiya məhkəməsi isə verdiyi açıqlama da bildirib ki, şikayətçi verilən qətnamədən narazıdırsa yenidən müraciət etsin. Məhkəmənin qərarı Mustafa Hüseynovu qane etməyib. Çıxış yolunu mediaya üz tutmaqda görüb //toplum.tv//
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...