`İndi `paketi` bonuslar və mükafatlar əvəzləyib` - MƏMUR MAAŞLARI İLƏ BAĞLI ŞOK FAKTLAR
Tarix: 15-06-2023, 08:14 | Çap et
Bakıda dövlət təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-2023-cü tədris ilində 909 manat olub, şəhər təhsil idarəsi açıqlayıb.
Son 4 ayda isə rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əmək haqqı 900 manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatında muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artıb.
Orta aylıq əmək haqqı 900 manat olsa da, adekvat olaraq, inflyasiya da artıb. Mərkəzi Bankın məlumatına görə, ilk 3 ayda inflasiya 13,8 faiz olub.
Bəs, ümumiyyətlə, 900 manatlıq orta aylıq əmək haqqı real gəlirləri əks etdirirmi?
Bəzi müstəqil iqtisadçılara görə, ölkədə biznesin təklif etdiyi qiymətləri və xərcləmələri təhlil edəndə o qənaətə gəlmək olur ki, bəzi gəlirlər rəsmiləşdirilmir və bu da özünü əmək haqqı fondunda göstərmir, əks halda orta aylıq əmək haqqı daha çox olmalıydı.
“Məsələn, Bakıda orta aylıq əmək haqqı 1000 manata yaxındır, ödənilən kommersiya ipotekası da azı 800-1000 manatdır. Burda da sual yaranır ki, o zaman bu şəxs ərzağa, kommunala xərci hardan alır?” - iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyib.
Dövlət Statistika Komitəsindən BBC-yə bildiriblər ki, dövlət və özəl sektorda vəzifə maaşları ilə yanaşı bütün əlavə, bonus və mükafatlar əmək haqqı fonduna daxil edilir və bu da ümumi orta aylıq əmək haqqında özünü göstərir.
Bu yaxınlarda Mehman Hüseynova müsahibə verdiyi üçün töhmət almış millət vəkili Vahid Əhmədov istisna etmir ki, rəsmiləşməyən gəlirlər var, amma onun sözlərinə görə, aparılan islahatlar nəticəsində “qara mühasibatlıq ağarır” və korrupsiyanın qarşısını almaq üçün, xüsusilə dövlət müəssisələrində maaşlar artırılır.
İctimaiyyətdən “gizlədilən” fərmanda nə var?
Ötən ildən başlayaraq, ölkədə bir sıra dövlət qurumlarında vəzifə maaşlarının artırılmasına başlanıb. Elə ötən ilin iyun ayında sıravi millət vəkillərinin maaşlarının təxminən 7 min manata qaldırılması ölkədə real maaşların nə qədər olmalı olduğuna diqqət çəkib.
Deputatların maaşı həmin vaxt orta aylıq əmək haqqı ilə müqayisədə azı 8 dəfə artırılmışdı.
Baş nazir və dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin də maaşı gözə dəyəcək qədər artıbmış, BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.
Həmin fərman inernet resurslarına yerləşdirilməyib, sadəcə, 2004-cü il eyni adlı fərmanda qeyd olunub ki, 1 mart 2022-cü il tarixli 1609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1-4-cü və 6-ci hissələr ləğv edilib”.
Ləğv edilən bu hissələr isə Baş nazir və digər icra strukturu rəhbərlərinin vəzifə maaşından bəhs edir.
İzləyicilər Baş nazir və digər rəhbər işçilərin maaşını inernet resurslarına yerləşdirilmiş, amma üstündən xətt çəkilərək ləğv olunduğu göstərilməyən 2018-ci il fərmanında görə bilirlər. Halbuki, 2018-ci il fərmanı qüvvəyə minəndən sonra özündən əvvəlki fərmanın elektron formasında uyğun hissəərin üstündən xətt çəkilərək bəzi müddəaların ləğv edildiyi göstərilib. Yeni fərmanın 2018-ci ilin fərmanını qüvvədən salıb-salmadığı məlum deyil.
BBC Azərbaycanca Nazirlər Kabinetindən maaş artımı ilə bağlı məlumat ala bilməyib.
BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.
1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmana görə, Baş nazir, müavinləri, nazirlər, onların müavinləri və digər yüksək vəzifə sahiblərinin maaşları diqqət çəkən məbləğlər həcmində dəyişib.
Məsələn, Baş nazirin 2018-ci ildə 2460 manat olan vəzifə maaşı indi 3690 manatdır. Üstəlik, 1609 nömrəli Fərmana görə, o, vəzifə maaşının iki misli həcmində əlavə alır. Bu isə vergilərsiz və digər tutulmalar olmadan təxminən 11 min manat edir.
Bu, Baş nazirin birinci və digər müavinlərinə də aiddir. Belə ki, Baş nazirin 1-ci müavinin maaşı 2160 manatdan 3260 manata qalxıb. Vəzifə maaşının 2 misli əlavəsi ilə birgə 1-ci müavinin aylıq qazancı təxminən (vergilərsiz və digər sosial tutulmalar olmadan) 10 min manat civarındadır.
Bu fərman toplusunda başqa vəzifəli şəxslərin də vəzifə maaşlarının artımı diqqət çəkir. Məsələn, ötən ilin yanvarından qüvvəyə minən fərmana görə, Azərbaycan Prezidentinin Təhlükəsizlik xidmətinin rəisinə 3000 manat, onun birinci müavininə 2310 manat maaş və aylıq vəzifə maaşlarının 25 faizi qədər əlavə təyin edilib.
Elə həmin il ABŞ-ın Azərbaycandakı səfirliyi sürücü işi üçün vakant elan etmişdi. Bu sürücüyə aylıq maaş kimi təxminən 2300 manat təklif olunurdu, digər viza köməkçisi vakantı üçün aylıq maaş 4500 manat idi.
BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.
Maaş artımını göstərən 1609 nömrəli fərman
“Real nazir maaşı üzə çıxdı” “Ölkə ictimaiyyəti dövlət məmurlarının real gəlirindən bir neçə il əvvəl keçirilmiş "Rabitə işi" məhkəməsi zamanı xəbər tutdu”, - fed.az saytının rəhbəri Əli Əhmədov BBC-yə deyib. O, 2019-cu ildə nazirlərin real gəlirinin nə qədər olması ilə bağlı araşdırma aparmışdı.
“İlk dəfə bu məhkəmədə açıq etiraf edildi ki, nazir və onun müavinləri öz rəsmi maaşlarından əlavə hər ay “dolanışıq üçün” fantastik məbləğdə "paketlər" alıblar. Nazir müavinləri ayda 30 min manat, nazir isə 300 min manatlıq "paket"lə təmin edilirmişlər. Halbuki, müavinlərin rəsmi maaşları bu məbləğdən 20 dəfə, nazirin maaşı isə az qala 150 dəfə az idi”, - Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, nazirlərin rəsmi maaşlarını ölkədə həmin vaxt real bazar qiymətlərilə müqayisə ediblər və məlum olub ki, məsələn, 2 min manat civarında maaş alan nazir bu gəlirlə nə çiyninə götürdüyü vəzifə öhdəliyini keyfiyyətli yerinə yetirməyə həvəs göstərər, nə də dolana bilər: “Axı, nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır”.
Əli Əhmədov hesab edir ki, yüksək vəzifəli şəxslərin rəsmi maaşı ilə onların üzərinə qoyulan məsuliyyət yükü arasında balans pozulub: “Bu məsələ indi də aktualdır. “MTN işi”ndəki məmurların, yeni həbs edilmiş icra başçılarının məhkəmələrində görünür ki, onların rəsmi maaşları ilə real gəlirləri arasında böyük uçurum olub”.
Müsahibimizə görə, 7-8 min manat nazir üçün normal maaş sayıla bilər, çünki onların vəzifədə olduqları müddətdə qanunla əlavə imtiyaz və imkanları olur: məsələn, xidməti maaşından istifadə edir: “Məmurların maaşı elə olmalıdır ki, onlar kənardan gəlir axtarmasın, çünki kənar gəlirlər bir qayda olaraq, qeyri-qanuni olur. Aldığı maaş onun xərclərini ödəməlidir, eyni zamanda pensiyaya çıxanda yüksək məbləğdə pensiya ala bilməlidir. Düşünməməlidir ki, necə dolanacaq”.
Azərbaycanda uzun illər real maaşdan əlavə "paket maaşı" təcrübəsi mövcud olub.
BBC-yə danışan bəzi təhlilçilər, xüsusilə paytaxtda müşahidə edilən dəbdəbəli həyata, eləcə də ölkədə satış aktivliyi azalmayan daşınan və daşınmaz əmlak bazarında “od tutub yanan” qiymətlərə, rəsmiləşmədən yayına bilməyən xərcləmələrə (rəsmi statistikaya görə, 2021-ci ildə istehlak xərcləri illik 48 milyard manat olub) diqqət yetirərək bəzi hallarda rəsmi maaşlarla real gəlirlər arasında uçurum olduğunu düşünürlər.
“Məsələn, Bakıda orta aylıq əmək haqqı 1000 manata yaxındır, ödənilən kommersiya ipotekası da azı 800-1000 manatdır. Burda da sual yaranır ki, o zaman bu şəxs ərzağa, kommunala xərci hardan alır?” - iqtisadçı Natiq Cəfərli deyir. Onun fikrincə, hələ də rəsmiyyətə düşməyən gəlirlər var və bunun da korrupsiya, “qara mühasibatlıq” kimi müxtəlif mənbələri var.
Natiq Cəfərliyə görə, ölkədə real gəlirlərlə rəsmi maaş arasında fərqi görmək üçün bəzi iqtisadi göstəricilərə baxmaq olar: “Məsələn, hər il rəsmi olaraq açıqlanan pərakəndə ticarət dövriyyəsi orta hesabla 40-42 milyard manat olur. Üstəlik, ölkə banklarında 10 milyard manatlıq depozit var. Maaş fondu isə buna adekvat deyil: büdcə vasitəsilə ödənilən maaş və pensiyalar təxminən 12 milyard manatdır, özəl sektorda isə rəsmi olaraq göstərilən maaş 4 milyard manatı keçmir”.
Amma BBC-yə danışan iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, unutmaq olmaz ki, pərakəndə ticarət dövriyyəsinin həcmi ilə əhalinin gəlirləri arasındakı əlaqəni araşdırarkən təkcə muzdlu işçilərin maaşlarını yox, həm də sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının gəlirlərini və xarici ölkələrdən Azərbaycana göndərilən "qohum-əqrəba" yardımlarını, xarici turistlərin ölkədəki xərclərini, "gizli iqtisadiyyat"ın, o cümlədən rüşvət və korrupsiya nəticəsində əldə olunan gəliri də nəzərə almaq lazımdır.
Həkim və nazirlərin maaşı Azərbaycanda hələ ki, millət vəkillərinin maaşı və İcbari Tibbi Sığorta sistemində çalışan tibb işçilərinə yüksək əmək haqqı verilmə mexanizmi açıqlanıb. Belə ki, millət vəkilləri hər ay aylıq əmək haqlarının iki misli qədər də əlavə alırlar.
İcbari tibbi sığortada çalışan, xaricdə təhsil almış həkimlərin aylıq maaşına isə ixtisasından və ay ərzindəki fəaliyyətlərindən asılı olaraq, 5 min-20 min manat civarında aylıq həvəsləndirici mükafat əlavə edilir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BBC-yə bildirib.
Ötən ilin əvvəlində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı xüsusi proqram çərçivəsində Türkiyə, Avropa İttifaqı və ABŞ-da təhsil alan həkimlər aylıq, minimum 5000 manatdan başlayan bonusla işə dəvət edilib.
BBC-yə danışan təhlilçilərə görə, “bu təklif göstərir ki, əslində ölkədə real bazar qiymətlərinə uyğun hansı məbləğdə minimum və orta aylıq əmək haqqı olmalıdır”.
Xadimə maaşına bərabər hüquqşünas maaşı Amma heç də ölkədə yüksək kvalivikasiyası olduğu halda hər kəs yüksək maaş almır. Məsələn, Heydər Əliyev Mərkəzində elektrik, sürücü və operatorun maaşı 1387 manat, xadiməninki 1007 manatdırsa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 1104 manat alır, BBC müxbiri “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.
Bakıdakı bankların birində çalışan, ali təhsilli Səlimə Əliyevanı (müsahibimizin adı öz istəyilə dəyişdirilib) orta təbəqənin üzvü saymaq olar, aşağı maaşlı şəxslərdən 5 dəfə, orta aylıq əmək haqqından 2 dəfə çox qazanır. 25 yaşından bank sektorunda çalışan, hər zaman stabil və yüksək maaş alan müsahibimiz şikayətlənir ki, 2 min manatlıq maaşı ilə ancaq ailəsinin zəruri xərclərinin öhdəsindən gələ bilir:
“İş yerində maaşa etiraz edəndə rəhbərlik deyir ki, sənə az maaş vermirik. Amma realda, bazarda qiymətlər çox yüksəkdir. Ərzaq qiymətləri də gündən-günə qalxır. İki kiçik otaqlı “gecəqondu”da yaşayırıq. Bu yaxınlarda mənzillə maraqlandıq, 3 otaqlı, üstəlik təmirsiz mənzil üçün mən aylıq azı 1300 manat kredit ödəməliydim, ilkin ödəniş də 32 min manat istəyirdilər”.
Əliyevlər ailəsinin aylıq ailə gəliri orta hesabla 2700 manatdır, ər-arvadın hər ikisində rəsmi maaşdır və əlavə yerdən gəlirləri və ya “bonus”ları yoxdur: “Bazarda qiymətlər bizim maaşımızı dəfələrlə aşır. Evin təmiri üçün kredit götürdük. İri əşyalar üçün də kreditə giririk, başqa yolumuz yoxdur”.
Müsahibimiz xatırlayır ki, onun 1990-cı illərin axırları, 2000-ci illərin əvvəllərindəki qazancı daha “dəyərli” olub: “Gənc mütəxəssis kimi maaşım orta aylıq əmək haqqından bir az yüksək idi, amma həm dolanmağa, həm geyinib-gecinməyə, həm də istirahətə çatırdı. Qiymətər əlçatan idi. Hətta yoldaşımla pul yığıb indi yaşadığımız bu evi aldıq. Ancaq sonralar nə oldusa, maaşımız nə qədər qalxsa da, qazancımızın dəyəri olmadı”, - deyə o şikayətlənir.
Rəsmi statistikaya görə, ölkədə 5 milyonluq məşğul əhalinin təxminən 1.7 milyonu muzdla çalışır və burda orta aylıq əmək haqqı, ən son məlumata görə 901 manatdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu kateqoriyada ən yüksək orta əmək haqqı mədənçıxarma sənayesi sektoruna aiddir: təxminən 3 min manat.
"İndi "paketi" bonuslar və mükafatlar əvəzləyib" BBC News Azərbaycanca müxtəlif sahələrdə çalışan şəxslərlə danışıb: kimisinin Səlimə Əliyeva kimi maaşı rəsmidir və əlavə qeyri-rəsmi gəliri yoxdur, kimisi isə qeyri-rəsmi yüksək maaş alır.
İri bankların birində departament rəhbəri vəzifəsində çalışan, adının çəkilməsini istəməyən şəxs BBC-yə deyib ki, “paket sistemi” bir neçə ildir dayandırılıb: "İndi paketi bonuslar və mükafatlar əvəzləyib".
BBC-yə danışan müstəqil iqtisadçılara görə, bir çox muzdlu işçiyə ödənilən real maaş fərqli mexanizmdə ödənilir və bu məbləğ əmək haqqı fondunda qeydə alınmadığı üçün orta aylıq əmək haqqının formalaşdırılmasında rol oynamır.
İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, "qara mühasibatlıq"la bağlı iradlar və müzakirələr illərdir, davam edir.
“Bu daha çox özəl sektora xasdır, dövlət sektorunda mümkün deyil, çünki burada sosial sığorta ödənişlərini vergi və sairəni onsuz da dövlətin özü qarşılayır. Bu yayınmaların qarşısını almaq üçün hökumət bəzi addımlar da atdı. Bir neçə il əvvəl özəl sektorda maaşdan tutulan gəlir vergisini, demək olar ki, ləğv etdilər, yalnız DSMF-yə ödənişlər qaldı, bununla da "qara mühasibatlıq"la mübarizə aparacağını düşündülər. Ancaq məsələ ondadır ki, sosial sığortaya ödənişlər yüksəkdir və alternativlər də yoxdur. Şirkət heç bir sosial sığorta, təqaüd fondu ilə müqavilə bağlaya bilməz. Belə bir seçim yoxdur. Ancaq dövlət sığorta fondu ilə işləməyə məcbursan və bizdə sosial fonda ödənişlər çox yüksəkdir”.
Təhlilçi hesab edir ki, DSMF ödənişlərinin yüksəkliyi işəgötürənlə işçi arasında qeyri-rəsmi razılaşmaya səbəb olur, rəsmi sənədlərdə minimum rəsmi maaş olur, əlavə isə qeyri-rəsmi ödənilir.
“İkili mühasibatlıq” Bəzi özəl məşğulluq subyektləri hələ də “ikili mühasibatlıq”dan istifadə edir, iri şirkətlərdən birinin adının çəkilməsini istəməyən baş mühasibi BBC-yə deyir.
"Düzdür, indi 8 minədək maaş alanlar vergidən azaddır, ancaq maaşa görə DSMF-yə ödənilən pul çoxdur. Sahibkar maaşı ona görə iki yolla - əməkhaqqının bir hissəsini, yəni, minimum əməkhaqqı məbləğini rəsmi, geri qalanını nəğd ödəyərək DSMF-yə köçürülən məbləğin çox olmamasına çalışır. Bundan başqa, digər sığorta ödənişləri də var. Bütün bunları hesablayanda, kollektivdə işçi sayı nə qədər çoxdursa, DSMF-yə ödənilən məbləğ də o qədər böyük olur və "gözə görünür"".
O vurğulayır ki, əslində bu, elə də gizli görülən bir iş deyil, çünki bəzi rəqəmlərə baxan kimi “qeyri-real olduğu görünür”.
"Təsəvvür edin, direktora da minimum maaş yazırlar, adi işçiyə də. Bu, qeyri-realdır axı. Bir az fərqli görünsün deyə bəzən direktora formal olaraq 5-10 manat artıq maaş yazılır. Bizim şirkətdə işçilərə minimum əmək haqqı yazılsa da, aysonu işçiyə işin ağırlığına və həcminə görə, 300-500 manatadək əlavələr verilir”.
Müsahibimizin sözlərinə görə, bəzən işçilər özləri də real maaşlarının tamamilə rəsmiləşdirilməsində maraqlı olmurlar.
"Bir məsələ də var ki, 800 manat alsa belə, ailədə işləyən bir nəfərdirsə, bu pul bir ailənin yeməyinə güclə çatır. Maaşın hamısının rəsmiləşdirilməsi daha çox DSMF və digər xərclər deməkdir. Bizdə işçi yalnız o zaman əməkhaqqını rəsmiləşdirməyə çalışır ki, kredit götürmək ehtiyacı yaranır".
Əmək haqqı fondu: nə daxildir? İqtisadçı Rövşən Ağayev deyir ki, əslində beynəlxalq standartlara görə, mülkiyyətindən asılı olmayaraq, müəssisə əmək müqaviləsi ilə çalışanlara natural və pul şəklində ödənişlərin hamısını əmək haqqı fonduna daxil etməlidir: “Məsələn, müəssisə işçiyə geyim, yemək verirsə, bu, müəssisənin işçiyə xərcidir və bu xərc əmək haqqına daxil edilməlidir. Eləcə də bütün bonus və pul əlavələri maaş fondunda olmalıdır”.
Dövlət Statistika Komitəsinin əmək şöbəsindən BBC-yə bildirilib ki, müəssisələr onlara əmək haqqı ödənişi ilə bağlı məlumatı göndərəndə vəzifə və dərəcə maaşları, bonus və əlavələr də ümumi məbləğə daxil edilir.
İqtisadçı Qubad İbadoğlu hesab edir ki, iş yerlərində yüksək vəzifəli əməkdaşlara verilən bir neçə mindən bir neçə yüz min manatadək olan aylıq ödənişlər əmək haqqı fonduna daxil edilmir. Onun fikrincə, bu halda orta aylıq əmək haqqı 900 manatdan bir neçə dəfə çox olardı. “Bu isə öz növbəsində minimum maaşın, pensiyanın məbləğini artırmalı idi”, - o bildirir.
Qubad İbadoğlu deyir ki, bundan başqa, orta aylıq əmək haqqı qalxarsa, bu zaman pensiya ödənişləri də artmalıdır: “Bəzi sahələr var ki, ordan pensiyaya çıxanlar bu sahədə mövcud maaşın 80 faizi qədər pensiya almalıdırlar. Bonuslar, həvəsləndirici mükafatlar stabil maaş olaraq rəsmiləşərsə, bu zaman həmin kateqoriyadan olan insanlar üçün də pensiya qalxmalıdır. Bu isə hökumətə sərf etmir”.
“Əməkhaqqı fondu "ağardılır” Vergilər Nazirliyi ölkədə gəlirlərin tamamilə vergiyə cəlb olunması prosesinin getdiyini bildirir.
Qurumdan BBC-yə bildirilib ki, ölkədə bütün gəlirlərin vergiyə cəlb olunması prosesi gedir və indiyə kimi əmək müqavilələrinin sayı əvvəlki illərlə müqayisədə 7,4 faiz artıb.
Vergilər Nazirliyində hesab edirlər ki, 2019-cu ildə gəlir vergisi üzrə qeyri-neft, özəl sektora verilmiş vergi güzəştləri ötən 3 ildə bu sahədə “ciddi irəliləyiş” əldə edilməsinə imkan verib.
“Bu gün iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağarması" əsas şəffaflıq indikatorları olaraq fiskal daxilolmalarda mühüm rol oynayır. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 283 minə yaxın artıb. İslahatların aparıldığı qeyri-neft özəl sektorda bu göstərici 233 mindən çoxdur və ötən müddət ərzində 43,2 faiz artıb", - qurumdan BBC News Azərbaycancaya bildirilib.
Prezident İlham Əliyev ötən ilin ilk 6 ayının nəticələri ilə bağlı keçirdiyi müşavirədə demişdi ki, bu müddət ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb: “Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik”.
“Maaş ona görə artırılır ki..” Milli Məclisin deputatı Vahid Əhmədov da ölkədə bəzi yerlərdə rəsmi maaşla real gəlirlər arasında fərq olduğunu düşünür, amma onun fikrincə, insanların real gəlirləri rəsmiləşdirilməli, maaş cədvəlində mütləq görünməlidir. O hesab edir ki, bununla həmin şəxslər vergi ödəyəcək və bundan dövlət büdcəsinə əlavə vəsait gələcək: “Dövlət Vergi Xidmət, DSMF çalışır ki, bunda necə deyərlər qaranlıq məqamlar olmasın, olanlar da aradan qaldırılsın. Yenə deyirəm, hər bir şirkətin rəhbəri çalışır ki, onun işçisinə az əməkhaqqı yazılsın ki, ümumi vergi az verilsin. Ancaq bu, uzun müddət gedə bilməz axı. Bunun statistikası var, üzərində işləyən qurumlar var”.
Cənab Əhmədov əvvəllər geniş yayılmış “konvert” (“paket maaş”) məsələsini xatırladır:
“O, əvvəllər geniş yayılmışdı. “Konvert” deyirdilər. Maaşı az verirdilər ki, vergini az ödəsinlər. Ancaq son vaxtlar ƏƏSMN bununla əlaqədar çox böyük işlər görür. Əmək müqaviləsi olanda artıq o əməllərə getmək çətinləşir. Ona görə də indi hətta Dövlət Vergi Xidməti məcbur edir ki, insanların əməkhaqqı yüksək olsun. Ancaq deyə bilmərəm ki, bu, 100 faiz aradan qalxıb. Bəzi yerlərdə adamların aldığı maaşla gəlirlər tamamilə başqadır, fərqlidir. Lakin bu, əvvəlki illərə nisbətən xeyli azalıb”.
Vahid Əhmədov deyir ki, son illərdə dövlət qurumlarında maaşların yüksək olmasına çalışılır, bu isə öz növbəsində korrupsiyanın qarşısını almalıdır:
“İndi maaş artımları niyə gedir? Bir vaxtlar vardı bizdə hakimlər, sistem işçilərinin maaşı aşağı idi. Cənab Prezident müəyyən yerlərdəki korrupsiyanın qarşısını almaq üçün həmin insanların maaşlarını artırdı ki, daha başqa işlərlə məşğul olmasınlar. Əsas məqsəd budur. Maaş yaxşı olanda, insanlar o maaşla dolana bilirsə, problemi yoxdursa, o, qanunlara daha çox riayət edir”.
Real orta aylıq əmək haqqı nə qədər olmalıdır? Millət vəkili hazırda ölkədə real orta aylıq əməkhaqqının azı 1500 manat civarında olmalı olduğunu deyir:
“İnsanlar təxminən indiki qiymətlərlə 1500 manata yaxın əməkhaqqı almalıdırlar ki, müəyyən qədər normal səviyyədə yaşaya bilsinlər. O da ki, mən indi deyirəm, bir ay sonra qiymətlər hansı səviyyədə olacaq, inflyasiya dünyada hansı səviyyədə olacaq, bilmirəm. Hansı ərzaq və qeyri-ərzaq qiymətləri artacaq, bəlli deyil. İndiki dövr üçün deyirəm ki, məbləğ 1500 manat civarında olsa, problem olmaz”.
Bakı banklarının birində işləyən müsahibimiz Səlimə Əliyeva üçün isə önəmli olan bütün real gəlirlərin rəsmi olaraq göstərilməsidir ki, işlədiyi şirkət də onun əməyinə real yüksək əmək haqqı təyin etsin.
“İllərlə çalış, üzərində işlə, yaxşı mütəxəssis ol, amma aylıq qazancın yalnız ərzağına, zəruri xərclərinə güclə çatsın”, - deyə o, söhbətini yekunlaşdırır. //BBC Azərbaycanca//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
|