Dövlət Əmək Müfəttişliyi... Dövlət Vergi Xidməti... Qida Agentliyi hara baxır ? - İTTİHAM VAR...
Tarix: 2-05-2024, 09:16 | Çap et
 Öncə ondan başlayaq ki, özümüz də digər minlərlə alıcı kimi “Veysəloğlu”nun marketlərinin alıcısıyıq. Bu şirkətin marketlərində bağlı ərzaq məhsullarını, mineral suların butulkalarını toz basır. Dəfələrlər demişik ki, bu məhsulların barı tozunu alın, axı bu antisanitariyadır. Nə desələr yaxşıdır ? İşçilərimiz çatışmır. Bəli, “Veysəloğlu” şirkəti norma üzrə 2-3 nəfərin yerinə 1 nəfəri işlədir. Özü də necə işlədir ? Deməli, işçilərin həftəlik iş saatı 72 saatdır. Bu gündə 10 saatdan çox eləyir. Ey Veysəlin oğlu, başa düşmürsən ki, dünyada 8 saatdan artıq iş günü 100 il əvvəl ləğv olunub. İndi isə müasir, sivil dünya 5, hətta 4 günlük iş həftəsinə keçməyə, gündəlik 5-6 saat iş normasına hazırlaşır. Sən fil qulağında yatmısan, ay Veysəloğlu. Həm də vətəndaşları bu şərtlər altında işlətmək bir başa cinayətdir. Heç orta əsrlərdə qulları belə işlətməyiblər. Digər tərəfdən işçilərin bir qismi ilə əmək müqaviləsi bağlanmır, bağlananda isə, qara mühasibatlığa üstünlük verilir. Əmək haqları kağız üzərində bir cür, realda isə başqa cür olur. Deməli, “Veysəloğlu”da vergidən yayınma adi hal sayılır. Bəs Vergilər Xidməti hara baxır ? Demək olar ki, “Veysəloğlu” şirkətinin bütün marketlərində, “Araz”da, “Oba”da, “Favorit”də, “Spar”da eyni mənzərənin şahidi oluruq. Görəsən, bu qədər nöqsanların, maxinasiyaların olduğu şirkətdə Veysəlin oğluna niyə söz deyən tapılmır. Kimdir, bu Veysəloğlu ? Məlumat üçün qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu bu gün ölkədə 100-dən artıq fabrikə, mağazalar şəbəkəsinə, hətta “Ulduz” şokolad fabrikinə və digər obyektlərə sahibdir. Amma təəssüf ki, bu boyda şirkətin xidməti və məhsulları nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil. Şirkətin istehsal etdiyi şokoladların içindən nələr çıxmır? Şirkətə məxsus Araz, Oba və digər şəbəkələrində malların vitrində, yəni üstündə bir qiymət, kassada başqa qiymət olur. Yəni müştərilər açıq-aşkar aldadılır. Sizin marketlərdə balıq məhsullarının son istifadə müddəti ilə bağlı məlumat yoxdur. Bu çox təhlükəli məsələdir. Görəsən, ölkənin ərzaq sektorunda ciddi paya malik olan bu şirkətin sahibi Aydın Talıbov kimdir, nəçidir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Vergi Xidməti orqanları “Veysəloğlu”ya qanunların sərt üzünü göstərə bilmir ? Bəlkə, “Veysəloğlu”nun marketlərində ABŞ dollarının xırdalanmasından bəhs edək. Axı, Veysəloğlu şirkəti “obmen valyuta” deyil, bank deyil. Digər tərəfdən ölkənin milli valyutası sizin üçün yetərli deyil ? Cənab Prezident dəfələrlə monopolist şirkətlərə qarşı, süni qiymət artımına qarşı öz sözünü deyib. Amma Veysəloğlu deyəsən eşitmək istəmir. Atalar deyib ki, sözünü o kəslərə de ki, səni eşitmək istəmir. Biz də sözümüzü Veysəloğluna deyirik. Qulağındakı pambığı çıxart, Veysəloğlu. Qapı döyülür… P.S. Veysəloğlu şirkətinin maliyyə müdiri Nüsrət müəllimin dəyəri 100 milyonlarla ölçülən obyektlərindən və 20 min manat olan aylıq məvacibindən növbəti yazıda geniş bəhs edəcəyik.
anaxeber.info

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|