Vergi ödəmək üçün NİYƏ VERGİ VERMƏLİYİK? - HƏQİQƏTƏN DƏ...
Tarix: 30-05-2024, 09:33 |
Çap et
"Şikayətim Vergilər Xidmətindəndir". Dia-az.İnfo xəbər verir ki, bu barədə sahibkar olduğunu deyən Kamal Sultanlı "Müştəriyəm Şikayəti Var" sosial qrupundakı paylaşımında giley edir.
Narazı vətəndaş daha sonra yazır: " "Asan imza" deyə bir şey çıxarıblar. Mən dərzi fəaliyyəti ilə məşğulam və vergimi də ödəyirəm tamam. Amma bu "Asan imza" nədi axı?
Vergi ödəmək üçün hələ aylıq 2.50 manat da kiminsə cibinə qoymalıyıq? Hələ üstəlik "Asan imza" açdırmaq üçün də 18 manat tək xidmət haqqı deyilən məbləğ oğurlanır cibimizdən.
Insanları vergi verməyə cəlb etməkdənsə, ancaq cibimizdən pul oğurlamaqla vergidən yayındırırsınız. Hər kəs də buna susur..."
Dia-az.İnfo bildirir ki, bu problemə Bahar Məmmədova adlı istifadəçi isə daha ilginc formada şərh verib. Onun şərhini olduğu kimi təqdim edirik:
"Siz nə danışırsınız? 2.5 manat nədir ki. O asan imzaya Nobel ödülü düşür. Bizim zirək işbazlar onu özləri üçün kəşf ediblər. O asan imzayla ölkədə neçə neçə adamı aldadıb adlarından şirkətlər açıb milyardlar fırladırlar xəbəriniz varmı? Ölkənin həmən həmən bütün çirkli pulları bu üsulla ölkədən çıxarılır, sahibləri bu yolla dövlətin daha doğrusu xalqın malını həm talan edirlər, həm vergidən yayınırlar. Hə, təbii lazımi orqanlar da onlara qara qaş gözləri müqabilində göz yumurlar. Əvəzinə hər şeydən xəbərsiz bu asan imza sahiblərini sənin adına vergi borcu var deyib incidirlər..."