Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                 

Arif Əsgərov 48 milyonluq yeyintinin üstünü necə ört-basdır etdi? - Rahib Hüseynovun azadlığa buraxılmasında Ziya Məmmədov izi...
Tarix: 30-07-2015, 08:39 | Çap et
Arif Əsgərov 48 milyonluq yeyintinin üstünü necə ört-basdır etdi?
Bildiyiniz kimi, 2013-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) külli miqdarda, daha dəqiq desək 48 milyonluq yeyinti faktı aşkarlandı. Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi, qurumun keçmiş sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Bu işdə A.Əsgərovun oğlu "Liman Group" şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallansa da, o məsuliyyətdən kənarda qalmağı bacardı. Atası bu yeyintinin üstü açılan kimi oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Qısaca xatırladaq ki, Rahib Hüseynov və qardaşı dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. Qeyd edək ki, bu məsələ ilə bağlı cəmiyyətdə çox müzakirələr aparıldı, mətbuat vasitələrində silsilə yazılar dərc olundu. Amma bunların heç biri Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilmələrinə səbəb ola bilmədi. Üstəlik, 48 milyonluq dövlət əmlakını mənimsəməkdə ittiham olunan Rahib Hüseynov bir müddət keçdikdən sonra azadlığa buraxıldı. Onun sərbəst buraxılması isə cəmiyyətdə sanki şok effekti yaratdı. Dükandan bir qutu siqaret, saqqız, kontur oğurlayana 6-7 il iş verilirsə, dövlətin 48 milyonunu mənimsəyən şəxs nəyə görə azadlığa buraxılmalı idi? Məhkəmə hansı əsasla bu şəxsi açburax elədi?.. Bundan başqa, daha sonra mətbuatda Rahib Hüseynovun həbsdən azad edilməsinin şok təfərrüatları açıqlandı. Yayılan məlumatlardan belə məlum oldu ki, Arif Əsgərov öz oğlunu xilas etmək üçün Rahib Hüseynovu həbs etdirib, mənimsənilən pulları isə öz biznesinə yatırıb: "R.Hüseynova söz verib ki, 6 aydan sonra onu həbsdən qurtaracaq. Ancaq üstündən 6 ay keçəndən sonra keçmiş şöbə müdiri Əsgərovdan xəbər çıxmadığını görüb istintaqa real faktları açıqlamağa başlayıb. O, istintaqa yığılan pulların hamısını Elnar Əsgərova verdiyini, hətta bu işin başında Arif Əsgərovun başqa bir ailə üzvünün də dayandığını bildirib. Eyni zamanda sabiq sədrə mesaj göndərib ki, hərəkətə keçməsə, istintaqa daha ifşaedici məlumatlar verəcək. Bundan təşvişə düşən Arif Əsgərov istintaqla anlaşaraq onun azadlığa buraxılmasına nail olub". Əldə etdiyimiz məlumatlara görə, 48 milyonluq mənimsəmə faktının üstünün ört-basdır edilməsində nəqliyyat naziri Ziya Məmmədovun də rolu olub: "Nazirlə Arif Əsgərov yaxın dostdur. Hətta onların ailəvi get-gəlləri var. Nazir belə bir məqamda öz dostunu tək qoya bilməzdi. Əgər o dostuna dəstək verməsəydi, Rahib Hüseynovun azadlığa buraxılması mümkün olmayacaqdı. Əslində, bu məsələdə Rahib yox, Elnar Əsgərov həbs edilməli idi. Bu məsələlər səngiyən kimi Ziya Məmmədov dostunu özünə müavin gətirdi. Ki, QSC-dəki külli miqdarda yeyintilərdən Arif Əsgərovu və oğlunu xilas edə bilsin. Bunu da bacardı. Dövlətin milyonlarla pulunu mənimsəməkdə ittiham edilən nazir müavini və oğlu nə cinayət məsuliyyətinə cəlb edildi, nə də başqa formada cəzalandırıldı". Bu arada, Rahib Hüseynovun həbs edildiyi cinayət işində "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və "DəmirBank" ASC-nin "Mərkəz" filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. "Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub. İlqar müəllim Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəz edib. Onun "Mərkəz" filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi cızılıb. Bu otağa Elnar Əsgərov, Rahib və qardaşı Emin Hüseynov yığışaraq yeyintilərin ssenarisini cızıblar. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Müşfiq Tükanov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmovun ən yaxın adamlarından biridir. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə "DəmirBank"ın "Mərkəz" filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Belə əməliyyatlardan əldə edilən "gəlir" isə qohumlar arasında bölüşdürülür. Bu baxımdan 48 milyonluq yeyinti qalmaqalında Elman Rüstəmovun adının yer alması tam başadüşüləndir", deyə məlumatlarda qeyd olunurdu. Bütün bunlara baxmayaraq, Rahib Hüseynovdan savayı heç kim cinayət məsuliyyətinə cəlb edilmədi. Yeyinti faktının əsas iştirakçıları kimi göstərilən Arif Əsgərov və oğlu Elnar Əsgərov isə bu gün rahat şəkildə azadlıqda gəzir, biznes əlaqələrini günbəgün daha da genişləndirirlər. Amma biz hesab edirik ki, istintaq orqanları QSC-də aşkarlanmış 48 milyonluq yeyinti ilə bağlı yenidən araşdırma aparmalı və kənar təsirləri nəzərə almadan əsl cinayətkarları məsuliyyətə cəlb etməlidir.
\\gundelik-baku.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru