İsrail Müdafiə Qüvvələrinın (IDF) İrana gecə hücumunda 100-dən çox təyyarə iştirak edib. Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. “İrana 2 min km məsafədən hücumda 100-dən çox təyyarə, o cümlədən F-35 gizli qırıcıları iştirak edib”, - nəşr qeyd edib. Həmçinin, qəzet hücum zamanı 20-yə yaxın hədəfin vurulduğunu yazıb. İran bu məlumatı təkzib edib.