Namaz qıldığına görə mahmudovçular onu ekstremist kimi həbs ediblər... - "Eldar Mahmudovun qılıncınnın dalı-qabağı kəsib tökdüyü bir vaxtda"...
Tarix: 10-02-2016, 08:53 | Çap et
Hörmətli “Təzadlar”! Sizdən həmkar olaraq xahiş edirəm səsimə səs verəsiniz! Yazdığlarımı oxuyaraq 16 saylı təcridxanada haqsız cəza çəkən oğlum Abdullayev Vüqar Abdulhəmid oğlunun düşdüyü vəziyyəti qəzetiniz vasitəsi ilə ictimaiələşdirərək, haqq və ədalətin bərpası üçün öz kömək əlinizi əsirgəməyəsiz! Hörmətli redaksiya, bildirirəm ki, Eldar Mahmudov və onun əlaltılarının törətdiyi əməllər heç mənim də ailəmdən yan keçməyib. Eldar Mahmudovun qılıncınnın dalı-qabağı kəsib tökdüyü bir vaxtda onun insanlara, dövlətə vurduğu ziyan mənim övladımı da əli-qolu bağlı qoyaraq hüquqları əlindən alınmışdır. Onun etdiyi haqsızlığa bir ana kimi, hətta jurnalist kimi, göz yuma bilmədiyimdən ailəmin başına gətirilən oyunları sizin qəzet vasitəsilə itimaiyyətə çatdırmaq istəyirəm. Hörmətli redaksiya, istəyirəm məsələyə aydınlıq gətirim, sizlər də agah olun və bilin ki, zərərçəkmiş kimi övladım A.V.Abdulhəmid oğlunun günahı nədən ibarətdir... Əvvəla, mənim övladlarım Allahını, Peyğəmbərini tanıyan imanlı Azərbaycan vətəndaşlarıdır. Azərbaycan da doğma vətənimiz olmaqla yanaşı, tolerant dövlət kimi başqa dövlətlər tərəfindən qəbul edilir. Çünki Azərbaycan Dövləti müstəqil, islami dəyərlərə hörmətlə yanaşan, bu dinə qulluq edən dövlətdir. Oğlum A.V.Abdulhəmid oğlu xarakter baxımından qayğıkeş oğul, gözəl ailə başçısıdır. Bu yaşına qədər heç bir pis vərdişi olmayıb. Əsgər kimi dövlət qulluğunu da müvəffəqiyyətlə başa vurmuş, Vətənə olan borcunu layiqincə yerinə yetirmişdir. Mən valideyn olaraq oğlumu vətəninə, torpağına layiqli bir vətəndaş kimi yetişdirmişəm. Onun iki qız, bir oğul övladı var. Övladları da, əməlisalehdir. Allah oğlumdan razı olsun ki, bugünkü keşməkeşli dövrdə bir ailə kimi övladlarına gözəl tərbiyə verə bilibdir. Bəzən ana olduğumu unudub jurnalist kimi düşünərək özümə sual verirəm: Bəs Azərbaycan vətəndaşı olduğumuz halda, nədən mənim ailəm hansısa harınlamış məmur özbaşnalıqlarına məruz qalaraq öz hüquqlarını itirməlidir? Nədir bu Azərbaycan ailəsinin günahı? Axı mənim övladım dövlətin qanunlarına hörmətlə yanaşan, dini ibadəti ilə məşğul olan Azərbaycan vətəndaşıdır. Hansı səbəbdən dolayı ona heç bir cinayətdə əli olmadığı halda 2010-cu ilin aprel ayında barəsində qəti imkan tədbiri seçilərək cinayət məcəlləsinin 279.1 maddəsi ilə 4 il azadlığdan məhrum edilərək ilk dəfə olaraq məhkumluq həyatı yaşatdılar? Nəyə görə cəmiyyətimizin bir parçası olan bir ailəni başsız qoyublar? Mənim oğlum ömrünün 4 ilini təcridxanada, ailəsindən kənarda məhkum həyatı yaşadı. Nəhayət, oğlum haqsızlığa məruz qalsa da, 4 illik məhkumluğunu başa vuraraq azadlığa çıxdı. Bir məsələni də vurğulamaq istərdim. Görəsən cəzasını çəkib məhkumluğunu başa vuran vətəndaşına dövlət sahib çıxa bilirmi??? Doğrudan da düşündürücü sualdır. Maraqlı məqam budur ki, oğlum azadlığa çıxandan 8 ay sonra yenidən şərlənərək 11 dekabr 2014 -cü ildə bəzi dini qruplaşmalar arasında Sumqayıtda baş vermiş bir hadisə ilə əlaqədar yenidən haqsız yerə istintaqa cəlb edildi. Axı nə idi oğlumun günahı?? Namaz qılmağımı, məscidə getməyimi, əməlisaleh insanlarla təmasda olmağımı?! Axı dövlət üçün mənim oğlum bu qədərmi təhlükəli idi ?! Nəzərinizə çatdırım ki, o siyasətçil deyildi ki, vəzifə, kürsü davası etsin. Allahını sevən vətəndaşdan Vətən xaini ola bilərmi? Niyə onu “Terrorist” adlandıraraq heç bir şahid sübut olmadan barəsində qəti imkan tədbiri seçərək bu dəfə cinayət məcəlləsinin 221.3 - 228.1maddələri ilə təqsiri sübuta yetirilmədən üzünə 8 il iş oxudular. Hardadır haqq və ədalət? Nə səbəbə heç bir cinayətdə əli olmadığı halda onu yenidən müttəhim kürsüsünə əyləşdirdilər? Oğlum bu gün də təcridxanada müəyyən basqı altındadır, sanki ən təhlükəli cinayətkardır. Axı ən təhlükəli cinayətkarı belə basqı altında saxlamırlar. Bilmirəm onlar niyə V.A.Abdulhəmid oğlundan qorxurlar? Bəli, belə görüntüyə ancaq belə ad vermək olar. Sanki oğlum təcridxanadan qaçacaqmış kimi hər gün hər saat hansısa sənədə imza atdırırlar. Bütün bunlar məsələnin bir tərəfi. Niyə “qoluzorlu qanun keşikçiləri” məhkəmə sanksiyası tədbiq edilmədən Eldar Mahmudovun üzü maskalı vəhşiləri oğlumun ailə və uşaqlarının gözü qarşısında zor gücünə evində axtarış aparıblar? Axtarış müddəti evdən heç nə tapmadıqları təqdirdə bağışlanmaz çirkinliyə əl ataraq müəyyən vasitələrdən istifadə edərək şərləyiblər. Axı mənim oğlumun evində silah hardan olmalı idi? Deyim ki, babasından qalmışdı, bu bir yalan olardı. Bəli, oğlumu şərləyərək, guya evindən silah tapıblarmış kimi onu yenidən istintaqa cəlb edirlər. Tutulanların sayımı çox olsun? Niyə Azərbaycan vətəndaşları türmələrə doldurulmalıdır? Çox təəssüflə qeyd edirəm ki, məhkəmədə dindirilmə zamanı baş vermiş hadisədə iştirakçı olduğu haqda heç bir şahid və üzləşmə olmayıb. Hətta istintaq müddəti təhkim edilmiş hüquq müdafiəçisi də iddianı döğrulda bilməyib. Oğlumun əli hər yerdən üzüldüyü halda tapdalanmış hüqunu müdafiə etmək üçün haqq səsini qaldıraraq ombudsman Elmira Süleymanovaya məktub yazır ki, onun hüquqlarını bərpa edərək haqqlarını müdafiə etsinlər. V.A.Abdulhəmid oğlu haqqının tapdalanması ilə barışmayaraq hətta təcridxanada aclıq aksiyası keçirir, psixoloji baxımdan zərbə alığı üçün öz canına zərər verməyə belə cəhd edir. Əslində, İslam dinimizdə insanın özünə zərər verməsi ən böyük günahlardan sayılır. Baxın, oxuyun görün övladımı hansı duruma salıblar ki, İslamı gözəl bildiyi halda Allahın yasaqladığı bir əmələ əl atıb. Əslində belə haqsızlıqlara, təhqirlərə, işgəncələrə dözməyən insan intihar da edə bilərdi. Deməli haqqın- ədalətin olmadığı bir yerdə mən oğlumu, övladları isə atalarını itirməli imiş. Sual edirəm: “Azmı olub belə hadisələr?” Lakin bütün qeyd etdiklərimin müqabilində onun haqq səsinə cavab verən olmadı. Mən valideynliyimi bir kənara qoyaraq bu məsələyə jurnalist nöqteyi- nəzərilə baxanda başa düşürəm ki, oğlumun ən böyük günahı Sumqayıt şəhərində yaşaması olub. Mənə elə gəlir ki, Sumqayıt şəhəri nədənsə bir ocaq kimi həmişə dövlət struktularının diqqətini çəkib. Amma səbəbini bilmirəm. Sözügedən hadisə də, Sumqayıt şəhərində baş verdiyindən V.A.Abdulhəmid oğlu Sumqayıt sakini olduğu üçün şübhəli şəxs kimi “qanun keşikçilərinin” diqqətini yenidən cəlb edir. Bir məsələni vurğulayım ki, oğlum A.V.Abdulhəmid oğlunun başına gətirilənləri ictimaiyyətə çatdırmaqda məqsədim bir müsəlman ailəsinə edilən haqqsızlığın ictimailəşməsini təmin etməkdir. Hər halda televiziya və mətbuatdan hamımıza məlumdur ki, cəzaçəkmə müəssisələrində yüzlərlə günahsız əməlisaleh oğullar ömürlərini çürüdürlər. Budurmu dövlətin öz vətəndaşına rəva bildikləri? Çox sualların cavabları açıq qalır. Mən hadisənin içərisində olan qələm adamı kimi onu deyə bilərəm ki, Azərbaycanda bir müsəlman ailəsi çökmək üzrədir. Mənim öğlumun övladları həm mənəvi, həm də sosial cəhətdən vəziyyətləri acınacaqlı olması ilə bərabər fikir, qorxu həyəcan keçirməkdən gələcəyin anaları olan qızları, vətəninin əsgəri olacaq oğlu talessemiya xəstəliyinin daşıyıcıları olublar. Gəlin nəzərdən qaçırmayaq ki, bu ailənin heç yerdən sosial təminatı yoxdur. Bəs ailəsinə qovuşacaq deyə ayları- illəri gözləyən ANA öz övladlarını hansı maddiyyatla boya-başa çatdırmalıdır? Hətta təcridxanaya ayda bir dəfə ailəsi ilə görüşə gedə bilməlidir? Unutmayaq ki, bütün qeyd etdiklərimin başında maddiyyat dayanır. Bütün bunları sizlərə çatdıqmaqda məqsədim Azərbaycan qanunlarının aliliyini nəzərə alaraq bir ana kimi oğlum A.V.Abdulhəmid oğlunun hüquqlarının bərpası üçün yenidən vəsadət qaldırılmasını dövlətimizdən xahiş etməkdir. Mən inana bilmirəm ki, dövlətimiz öz gənc vətəndaşına bu qədər amansız olsun. Axı Prezdentimiz hər zaman vurğulayır ki, “Gənclər bizim gələcəyimizdir!” İnanıram ki, Dövlətimiz də haqqın bərqərar olunmasında maraqlı olaraq hümanistliyini öz vətəndaşından əsirgəməyəcək! Hörmətlə: TƏRANƏ NAZİMQIZI
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
|