"Mənə toyları Allah göndərir. Səni kimsə istəməlidir ki, məclisə dəvət etsinlər. Çoxları toyları kəsmək işi ilə məşğul olur. Allaha şükür ki, heç kimin heç nəyinə ehtiyacım yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Elgizlə izlə" verilişində deyib.
Səhnəyə dəvət olunarkən təqdimat hər kəsə lazımdır. Səni professor, akademik olaraq təqdim edə bilərlər. Amma öz işini təqdim edə bilmədinsə, hey səni tərfiləsinlər. İşinin gərək sənətkarı olasan. Əgər oldunsa, ömürboyu çörək tapacaqsan. Təqdimat hər kəsə mütləqdir və lazımdır. Sənətçilər var ki, aparıcıya tapşırır ki, təqdimatı yola ver, təntənəli etmə. Elə bilirlər ki, onun təqdimatı ilə həyatımda nəyisə dəyişəcək. Elə deyil, mən elə mənəm. Məni elə ad və soyadımla təqdim et. Mənə "kitayski" şirinlik lazım deyil".