Tünzalə Ağayeva həmkarlarını tənqid etdi: - "Özünə hörmət edən..."
Tarix: 14-01-2017, 10:46 |
Çap et
“İnsan özü nədirsə, işləri də elədir. Boş şeylə məşğul olursa, özü də boşdur. Özünə hörmət edən insan nalayiq sözlər danışmaz, hər kəsə pozitiv baxar”.
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "Xəzər maqazin"ə açıqlamasında deyib.
Müğənni şou-biznes nümayəndələrini tənqid edib və hər kəsi qalmaqaldan uzaq olmağa çağırıb:
“Ailəli tanınmışlara müraciət edirəm, evdə övladlarınıza yazığınız gəlsin. Biz yaxşı məhsul verməsək gənclər batır, zövqü korlanır. Ciddi ifaçılarımız çox olsa, estradamız, şou-biznesimiz daha keyfiyətli olar. Hər kəs öz peşəsi ilə məşöul olmalıdır. Keyfiyətli musiqi arxasınca qaçmaq lazımdır. 20 il bundan qabaq vaxtın tez-tez getməsi məni narahat etmirdi, amma indi hər saniyəmin dəyərini bilmək istəyirəm. Daha aktiv olmaq, faydalı nələrsə etməyə çalışıram".