DİA.AZ xəbər verir ki, instagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan stilist-vizajist Gülruh Nəcəfova 26 kiloqram arıqlayaraq 123 kilodan 97 kiloya düşüb.
Amma stilist - vizajist hələ 20 kilo da arıqlamaq fikrindədir. O, mədə kiçiltmə əməliyyatı ilə arıqladığını etiraf edib. İstədiyi çəkiyə düşmək üçün Gülruh Nəcəfova həkim və dietoloqu ona əmliyyatdan sonra xüsusi bir qida rasionu proqramı yazıblar. Stilist - vizajist şirniyyatdan bir dəfəlik imtina etdiyini də bildirib.
G.Nəcəfova istədiyi çəkiyə qədər pəhrizini davam etdirəcəyini deyib.
Qeyd edək ki, stilist - vizajist ötən ilin qışında Bakıda yerləşən özəl “Medera Hospital” klinikasında peşəkar həkim Fərid Quliyev tərəfindən mədə kiçiltmə əməliyyatı həyata keçirilib.