“Səs Azərbaycan” musiqi yarışmasının finalçısı, əməkdar artist Tünzalə Ağayevanın tələbəsi Samirə Əfəndi uzun müddətdir haqqında danışdığı "Я танцую" (Mən rəqs edirəm) adlı mahnısına klip çəkdirib.
DİA.AZ-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Art Sounda məxsusdur.
Mahnının ekran həlli DjafarovCreative həvalə olunub. Müğənni eyni zamanda rəqs də nümayiş etdirib. Samirə iddia edir ki, şou-biznesdə heç kim hələ belə klip çəkdirməyib.
Qeyd edək ki, Samirə Əfəndi "2014 Böyük Səhnə" müsabiqəsinin yarım-finalçısı və "2016 Səs Azərbaycan" müsabiqəsinin üçüncüsüdür.