DİA.AZ: - Tanınmış rəqqasə Renka ötən gün “Halikarnas Balıkçısı”da konsert proqramı ilə çıxış edib.
DİA.AZ xəbər verir ki, tədbir gecənin aparıcı Həmid Özgürün qonaqları salamlaması ilə başlayıb. Daha sonra səhnəyə "Eliwko ritm" qrupu və onun rəhbəri Elşən Məmmədov çıxıb. Qrup davul və nağara ilə maraqlı kompazisiya nümayiş etdirib.
Konsertin giriş hissəsi sona çatdıqdan sonra gecənin səbəbkarı Renka əsrarəngiz rəqsi səhnəyə çıxıb.
Rəqqasənin xoş günündə yaxın dostları da onu yalnız qoymayıb.