DİA.AZ: - Xalq artistinin fotosessiyasında tətbiq etdiyi ideyaları Türkiyənin tanınmış müğənnisi Nil Karataş təkrarlayıb
DİA.AZ xəbər verir ki, Azərbaycanın xalq artisti, pop diva Aygün Kazımova illər öncə Türkiyədə səfəri zamanı orada özünün yeni fotosessiyasını hazırlamışdı. A.Kazımova fotosessiyadakı jestləri, geyimləri və müxtəlif rakurslarda çəkdirdiyi şəkilləri ilə cəlbedici görünürdü.
Amma xalq artistinin həmin fotosessiyasında tətbiq etdiyi ideyaları Türkiyənin tanınmış müğənnisi Nil Karataş təkrarlayıb. Belə ki, N.Karataşın "Gümbür Gümbür" maxi singla həsr edilən fotosessiyasında geyindiyi paltarın bənzərliyi gözlərdən qaçmayıb. Türkiyəli həmkarı A.Kazımova kimi fotosessiyanın hazırlanmasında eyni jestləri, geyimlərinin forması və rakursları ilə diqqət çəkib.