Rəssam Səadət susqunluğunu pozdu
Tarix: 15-12-2017, 08:45 |
Çap et
DİA.AZ: - İstedadlı rəssam və dizayner Səadət qısa müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Rəssam DİA.AZ-a açıqlamasında söz-söhbətdən bezdiyini deyib:
“Dəyərini verməyib, başqa söhbətlər danışmaq məni yordu. Üstümə gələn çox söz-söhbətlər oldu. “Yenə Səadət? Niyə məhs Səadət? Hara baxırsan Səadət! Ay Səadət gəldi! Səadət ulduz oldun” sözləri eşidirdim. Elə bil bütün efiri və xəbər portalı zəbt etmişdim. Hər yerdə mənim adım çəkilirdi... Bu söz-söhbtələrdən yoruldum getdim. Mən sakitcə öz işimlə məşğul oldum”.