Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Fransanın Arte.TV telekanalı Azərbaycan haqqında nəinki obyektivlikdən kənar, eyni zamanda heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta, riyakar “sənədli film” çəkib.
“Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-başa şər-böhtan olan “film”in bir hissəsi 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub. Azərbaycanı şərləməyi hədəfləyən “sənədli film” istehsalçılarının “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar isə Kəlbəcərin işğalı zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir. Özünü dünya azad mediasının hegemonu kimi göstərən, daim peşəkarlıqları ilə öyünən fransızlar azərbaycanlıların qovulması kadrlarını həyasız, əxlaqsızcasına “məzlum erməni qaçqınlar” kimi göstərir.
Kanalın tapdığı “ekspert” də 90-cı illərdə “məzlum ermənilər”ə Azərbaycanın verdiyi “zülmlər”dən danışıb. Belə ki, Riçard Kirakosyan adlı “ekspert” 90-cı illərdə “məzlum ermənilərə” edilən “zülmləri” qondarma 1915-ci il soyqırımı ilə müqayisə edib. Kirakosyan hətta bir az da irəliyə gedərək deyib ki, Türkiyə və Azərbaycan eyni vəhşilikləri edə bilən qardaş millətlərdir. İşin daha bir dəhşətli cəhəti bundan sonra baş verənlərdir. Bu “sənədli” saxtakarlıq və riyakarlıq təxminən 3 həftə öncə internet resurslarında yayılıb. Azərbaycanlıların filmə qəti etirazından və həqiqəti şərh bölümündə yazmasından sonra isə kanal növbəti, bu dəfə daha əxlaqsız varianta əl atıb: “film”ə Azərbaycandan giriş bloklanıb, azərbaycanlıların yazdığı və həqiqəti üzə çıxaran şərhlər, videolar silinib və Azərbaycandan başqa bütün ölkələr üçün film açıq saxlanılıb.
Bu isə o deməkdir ki, filmi ərsəyə gətirənlər hansı kadrlardan istifadə etdiklərini, qovulanların və didərginlərin azərbaycanlılar olduğunu əvvəlcədən də biliblər, ifşa olunduqlarını gördükdə isə Azərbaycandan girişi blok edərək, ölkəmizə qarşı saxtakarlığı davam etdiriblər. Bu, əslində Fransada Azərbaycana qarşı hansı əxlaqsız bir siyasət aparıldığının əyani sübutudur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu “film”in şərh bölümündə ifşanı davam etdirə, etirazlarını bildirə bilər.
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, həmin telekanalın rəhbərliyinə müraciət edilməlidir: “Azərbaycan sübutlar göstərməlidir ki, təqdim olunan faktlar düzgün təqdim olunmayıb. Eyni zamanda, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə müraciətdə Azərbaycanı ”işğalçı" kimi qələmə verməyə çalışır. Ona görə də biz dəlil-sübutlarımızı ortaya qoymalıyıq, daha çox işləməliyik. Bundan əlavə, beynəlxalq təşkilatlara, Fransa məhkəmələrinə müraciət edilə bilər. Çünki həmin “film”də böhtan xarakterli məlumatlar yayımlanıb. Yəni əlimizi yanımıza salmalı, ancaq özümüz deyib, özümüz eşitməli deyilik. Bu etirazlar daxili auditoriyaya çatır, biz beynəlxalq müstəvidə fəal iş görməliyik ki, çəkilən “film”in başdan-ayağa saxtakarlıq olduğu dünyaya çatdırılsın".
“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə hesab edir ki, Fransaya aid həmin “telekanalizasiya” özünü rüsvay edib: “Bunun adı qeyri-ciddilikdir. İndi dünyanın hansı vaxtıdır ki, uzaq olmayan tarixi saxtalaşdıra biləsən? Kəlbəcərdən azərbaycanlıların necə qaçmağa məcbur qaldığını, gülləbaran altında canını qurtarmağa çalışdığını, terrorçu Melkonyanın çağırışlarını hamı yaxşı xatırlayır. İndi Makronun sifarişi əsasında çəkilən murdar bir ”film"lə nə qədər qərəzli, saxtakar və xain olduqlarını növbəti dəfə sübut etdilər. Hesab edirəm ki, Fransaya bu özbaşınalıqla bağlı etiraz məktubu göndərilməli, “film”in silinməsi tələb olunmalıdır". Hüquq müdafiəçisinin fikrincə, Makron Fransası ağını çıxarıb və ermənidən betər düşmənçilik edir: “Birinci Qarabağ müharibəsi zamanı ermənilərin bölgədən qovulması necə ola bilər? BMT-nin dörd qətnaməsi var ki, işğalçı qüvvələr ərazilərimizdən çıxmalıdırlar. Bu qətnamələr sübut edir ki, etnik təmizləməyə azərbaycanlılar məruz qalıblar. İkinci Qarabağ müharibəsi də ermənilər qovulmayıblar, onlara vətəndaşlıq təklif olunub. Sadəcə, Fransa total şəkildə hücuma keçib. Bu hücum həm diplomatik, həm informasiya cəbhəsində özünü göstərməkdədir. Biz yüksək səslə etirazımızı bildirməliyik və çəkilən ”sənədli film"lə bağlı məhkəməyə müraciət də edə bilərik".
Deputat Azər Badamovun sherg.az-a sözlərinə görə, “sənədli film” Makron hakimiyyətinin sifarişi ilə hazırlanıb: “Fransadan bu cür riyakarlıq və saxtakarlıqdan başqa hərəkət gözlənilmir. Fransa və Ermənistanın eyni cinayətkar tarixi var. Fransa da soyqırımlar və qırğınlar törədib, Ermənistan da. Fransa ona görə də öz xristian cinayətkar qardaşını ”məzlum", “qaçqın” kimi təqdim edir. Bununla dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışır. Məhz ona görə də filmdə “müsəlman Azərbaycan və xristian Ermənistan” terminlərini qabardaraq xristianları həmrəyliyə səsləyirlər. Ermənistana dəstəyin vacibliyini təbliğ edirlər. Təbii ki, bu, Fransanın riyakarlığının, azərbaycanofob, türkofob və islamofob baxışlarının təzahürüdür".
Siyasi ekspert Azər Həsrət “Bakı-Xəbər”ə deyib ki, beynəlxalq qurumlara göndərmək lazımdır və öz adına bu addımı atıb: “Qərb mediası, xüsusilə Fransanın Arte.TV telekanalı media etikasını, jurnalistlərin tərəfsizliyi prinsipini, ümumiyyətlə obyektivliyi ayaq altına ataraq açıq şəkildə saxtakarlığa yol verir. Bu videoda diqqətimi çəkən məqamlardan biri də helikopterin rənginin belə dəyişməsidir. Videoya baxanda görünür ki, helikopteri Ermənistanın bayrağı rəngində ediblər. Halbuki, o video Kəlbəcərin işğalı zamanı çəkilib və həmin il kadrda görünən rəngdə helikopter olmayıb. Yəni o vaxtı milli bayraqlarla bəzədilmiş helikopter olmayıb. Bu həyasız saxtakarlar helikopterin üzərini erməni bayrağının rəngləri ilə örtüblər. Hesab edirəm ki, Azərbaycanın müvafiq dövlət qurumları, siyasi xadimlər, millət vəkilləri və digər ictimai şəxslər beynalxalq platformalarda bunu sübutlarla dilə gətirməlidir”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
|