DİA.AZ: - Müğənni Türkan Heydərova "Dəli kimi sevdim" adlı mahnısını təqdim edib.
DİA.AZ-ın məlumatına görə, o bildirib ki, bu il sənətində bir çox yeniliklər edəcək:
"Dəli kimi sevirəm" mahnıma çox inanıram. Əminəm ki, bunu hər kəs sevəcək. Sözləri və musiqisi çox təsirlidir. Buna görə də mahnının müəllifi Elnar Xəlilova təşəkkür edirəm. İşlərimin davamı da gələcək. Artıq bir neçə bəstəkarla iş birliyinə başlamağı düşünürəm".
Qeyd edək ki, T.Heydərova “Yeni ulduz-6” telelayihəsinin iştirakçısı, bundan başqa “Lider” TV-də yayımlanan “Maqazin” verilişinin aparıcısı olub.