BU NƏDİ BELƏ: 5 tender 5 qanun pozuntusu... - TƏFƏRRÜAT
Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən Dövlət Yanğından Mühafizə Hissələri “Palma-Z” MMC (VÖEN – 3601462631) adlı şirkətlə 5 satınalma müqaviləsi imzalayıblar. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilələrdən 4-ü bir mənbədən satınalma metodu əsasında imzalanıb və dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib. Yalnız bir müqavilə Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin keçirdiyi kotirovka sorğusunun yekunundan sonra imzalanıb. Qeyd edək ki, “Palma-Z” MMC ilə bağlanılan müqavilələr aşağıdakılar olub: Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 3 856 manat Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 5 975 manat Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 2 891 manat Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 3 881,3 manat Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsi – 4 892 manat Məlumat üçün bildirək ki, “Palma-Z” MMC 5 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır. Qeyd edək ki, “Palma-Z” MMC dövlət qeydiyyatına alınan gün Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin elan etdiyi kotirovka sorğusunun qalibi olub. Bu tarixlərdən sonra da “Palma-Z” MMC ancaq Qazax və Ağstafa rayonlarında keçirilən tender müsabiqələrində qalib olub. Açıq internet resurslarda şirkət batrədə məlumat yoxdur. Şirkətin hansı sahədə fəaliyyət göstərdiyi də bilinmir. Dövlət qurumlarının keçirdiyi müsabiqələrdə isə fərqli sahələr üzrə xidmətlər göstərir, ya da mallar satır. Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır. Tender elan olunduğu gün yaranan şirkətin bir gün də olsun təcrübəsi olmadığı halda müsababiqədə necə qalib olduğu aydın deyil. Bunlardan başqa “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; - Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; - Satınalma predmetinə təcili tələbat yarandıqda; - Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; - Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda. Qanunun tələblərindən də göründüyü kimi, hökümətlərarası iclasların keçirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən Dövlət Yanğından Mühafizə Hissələrinin satınalma prosesini bu şəkildə keçirməsi və müqavilələrin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil. Ən sonda onu da bildirək ki, dövlət qurumları ilə 5 satınalma müqaviləsi imzalayan “Palma-Z” MMC-nin dövlət büdcəsinə 931,58 manat vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 5 min nəfər işdən azad ediləcək? - Hamı gözləyir
Bu gün, 19:00 |
|
|
|
• Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? - AKTUAL
Bu gün, 18:56 |
|
|
|
• Niyə Tramp HƏ... Harris YOX?.. - İNCƏLƏMƏ
Bu gün, 18:16 |
|
|
|
• İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər – Gözlənilməz gəlişmə
Bu gün, 18:12 |
|
|
|
• Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi
Bu gün, 18:06 |
|
|
|
• Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir? - AÇIQLAMA
Bu gün, 18:00 |
|
|
|
• "Hesabdaroğlu" şirkəti qanunvericiliyin hansı tələbini pozub?
Bu gün, 17:59 |
|
|
|
• Zurabişvili özünü İŞƏ SALIB: Prokurorluğa getməsə... - AĞIR İTTİHAMDIR
Bu gün, 17:53 |
|
|
|
• Eşqi Bağırov onu şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:44 |
|
|
|
• Hizbullahın yeni lideri İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib
Bu gün, 17:35 |
|
|
|
• Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? - İLGİNC...
Bu gün, 17:33 |
|
|
|
• İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ - VİDEO
Bu gün, 17:26 |
|
|
|
• "Söyüşlə danışmağa başladığı üçün dalaşdıq" - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• “Uşaqları necə tərbiyə edirlərsə, animasiyaya da o cür münasibət var, xaosdur”
Bu gün, 17:15 |
|
|
|
• Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - KİV
Bu gün, 17:00 |
|
|
|
• Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır - Gəncədəki 39 saylı orta məktəbin direktoru 4 məhkəmə qərarını saymır
Bu gün, 16:58 |
|
|
|
• Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - SİYAHI
Bu gün, 16:50 |
|
|
|
• "Məni döydü, mən də onu bıçaqla vurdum..." - Balaxanıdakı qətlin şok təfərrüatı
Bu gün, 16:47 |
|
|
|
• Heydər Əliyev Beynəlxalq Hava Limanı adından saxta REKLAM: - “İtirilmiş baqajı 1 manat 88 qəpiyə alın” dələduzluğu
Bu gün, 16:39 |
|
|
|
• "Aghdam City Hotel" fəaliyyətə başladı - MÜJDƏ
Bu gün, 16:35 |
|
|
|
• Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı - TƏFƏRRÜAT
Bu gün, 16:30 |
|
|
|
• Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA - SƏBƏB
Bu gün, 16:27 |
|
|
|
• Sabah Ağadadaş Ağayev hakim qarşısına çıxarılacaq – CİNAYƏT DOSYESİ
Bu gün, 16:22 |
|
|
|
• "Hadisəni planlaşdırmışdım” - Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürən şəxsin məhkəməsi
Bu gün, 16:19 |
|
|
|
• Bu universitetə daha bir prorektor təyin edildi - ƏMR
Bu gün, 16:14 |
|
|
|
• “Nizami” parkındakı idman qurğularını kim yararsız hala salıb? - VİDEO
Bu gün, 16:07 |
|
|
|
• “Veysəloğlu”nun tərəfdaş olduğu “Gənc Logistikaçılar Məktəbi” layihəsi başa çatıb - FOTO
Bu gün, 15:59 |
|
|
|
• Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• BU NƏDİ BELƏ: 5 tender 5 qanun pozuntusu... - TƏFƏRRÜAT
Bu gün, 15:55 |
|
|
|
• Səbail rayonunda növbəti yaşıl məhəllə sakinlərin istifadəsinə verilib - FOTO
Bu gün, 15:50 |
|
|
|
• "Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun" - Keçmiş PA şefi COŞUB...
Bu gün, 15:47 |
|
|
|
• Daha bir tiktoker həbs edildi - FOTO
Bu gün, 15:46 |
|
|
|
• İsrail-İran arasında gərginlik artır - Genişmiqyaslı müharibə ola bilərmi?
Bu gün, 15:42 |
|
|
|
• "Məhəlləmiz əməlli-başlı zibilxanaya çevrilib..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 15:40 |
|
|
|
• Öcalan həbsdən çıxarkən bu ölkənin adını çəkəcək – PKK sirri çözülür?
Bu gün, 15:36 |
|
|
|
• `Azəriqaz`dan işçinin iddiaları ilə bağlı AÇIQLAMA - "Baş vermiş bədbəxt hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq..."
Bu gün, 15:31 |
|
|
|
• SOCAR Türkiyədəki telekommunikasiya şirkətini satdı - DETALLAR
Bu gün, 15:26 |
|
|
|
• "Bir ailədən iki nəfər buradan evinə çörək aparırdı" - "Vosmoy" bazarında sahibkarlar danışdı
Bu gün, 15:25 |
|
|
|
• Azad olunmuş bu kənddə qaz, su, işıq çəkilişi 14 milyon manata başa gələcək
Bu gün, 15:23 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarını - TƏRK EDİR
Bu gün, 15:21 |
|
|
|
• Kəndlərimizdə eyni müəllim bir neçə fəndən dərs deyir - Şagird var, müəllim yox…
Bu gün, 15:15 |
|
|
|
• Nərimanov zibil içində... başçı isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Ermənistan Rusiya ilə yeni gərginlik yolunda... - ŞƏRH
Bu gün, 15:02 |
|
|
|
• “Kinostudiyanın direktorunun arvadı filmlərdə çəkilməyimə qadağa qoymuşdu, qaynanam isə...”
Bu gün, 14:47 |
|
|
|
• "Grand Palace"nın sahibi səkini yola çevirdi - ÖZBAŞINALIQ!
Bu gün, 14:43 |
|
|
|
• İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - ƏMR
Bu gün, 14:34 |
|
|
|
• Fransanın planına Azərbaycan əngəli - NƏ BAŞ VERİR?
Bu gün, 14:27 |
|
|
|
• Fransa kəşfiyyatçıları Azərbaycanla sərhədə necə gəlib? – Komitə sədri açıqladı
Bu gün, 14:24 |
|
|
|
• Fransa qırmızı cizgini keçdi -Elmar Məmmədyarovdan ŞOK AÇIQLAMA
Bu gün, 14:21 |
|
|
|
• Əliyev və Paşinyan Kazandakı görüşdə… – Arutyunyan
Bu gün, 14:19 |
|
|
|
|