5 min nəfər işdən azad ediləcək? .....                     Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? .....                     Niyə Tramp HƏ... Harris YOX?.. .....                     İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər .....                     Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi .....                     Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir? .....                     "Hesabdaroğlu" şirkəti qanunvericiliyin hansı tələbini pozub? .....                     Zurabişvili özünü İŞƏ SALIB: Prokurorluğa getməsə... .....                     Eşqi Bağırov onu şöbə müdiri təyin etdi .....                     Hizbullahın yeni lideri İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib .....                     Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? .....                     İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ .....                     "Söyüşlə danışmağa başladığı üçün dalaşdıq" .....                     “Uşaqları necə tərbiyə edirlərsə, .....                     Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı .....                     Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır .....                     Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib .....                     "Məni döydü, mən də onu bıçaqla vurdum..." .....                     Heydər Əliyev Beynəlxalq Hava Limanı adından saxta REKLAM: .....                     "Aghdam City Hotel" fəaliyyətə başladı .....                     Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı .....                     Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA .....                     Sabah Ağadadaş Ağayev hakim qarşısına çıxarılacaq .....                     "Hadisəni planlaşdırmışdım” .....                     Bu universitetə daha bir prorektor təyin edildi .....                     “Nizami” parkındakı idman qurğularını kim yararsız hala salıb? .....                     “Veysəloğlu”nun tərəfdaş olduğu “Gənc Logistikaçılar Məktəbi” layihəsi başa çatıb .....                     Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilib .....                     BU NƏDİ BELƏ: 5 tender 5 qanun pozuntusu... .....                     Səbail rayonunda növbəti yaşıl məhəllə sakinlərin istifadəsinə verilib .....                     "Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun" .....                     Daha bir tiktoker həbs edildi .....                     İsrail-İran arasında gərginlik artır .....                     "Məhəlləmiz əməlli-başlı zibilxanaya çevrilib..." .....                     Öcalan həbsdən çıxarkən bu ölkənin adını çəkəcək .....                     `Azəriqaz`dan işçinin iddiaları ilə bağlı AÇIQLAMA .....                     SOCAR Türkiyədəki telekommunikasiya şirkətini satdı .....                     "Bir ailədən iki nəfər buradan evinə çörək aparırdı" .....                     Azad olunmuş bu kənddə qaz, su, işıq çəkilişi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarını .....                 

Sabah Ağadadaş Ağayev hakim qarşısına çıxarılacaq – CİNAYƏT DOSYESİ
Tarix: Bu gün, 16:22 | Çap et
Sabah Ağadadaş Ağayev hakim qarşısına çıxarılacaq
Sabah oktyabrın 31-də Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Musavat.com xəbər verir ki, məlum insidentlə bağlı bir deyil, iki cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən cinayət işi də məhz budur. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Hazırda Nurəddin Cəlilovun cinayət işi üzrə istintaq davam edir. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər 1 dəfə üzləşdiriliblər.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti hələ də reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra” hospitalının yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib. Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra” hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra” hospitalının həyətinə doğru irəliləməyə başlayıb: “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi - “MedEra” hospitalının əməkdaşı Nəzakət Paşayeva bu cinayətdə zərərçəkmiş qismində tanınıb. Cinayət işini hakim Vüsal Tağıyev araşdıracaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
5 min nəfər işdən azad ediləcək? - Hamı gözləyir
Bu gün, 19:00
Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? - AKTUAL
Bu gün, 18:56
Niyə Tramp HƏ... Harris YOX?.. - İNCƏLƏMƏ
Bu gün, 18:16
İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər – Gözlənilməz gəlişmə
Bu gün, 18:12
Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi
Bu gün, 18:06
Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir? - AÇIQLAMA
Bu gün, 18:00
"Hesabdaroğlu" şirkəti qanunvericiliyin hansı tələbini pozub?
Bu gün, 17:59
Zurabişvili özünü İŞƏ SALIB: Prokurorluğa getməsə... - AĞIR İTTİHAMDIR
Bu gün, 17:53
Eşqi Bağırov onu şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:44
Hizbullahın yeni lideri İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib
Bu gün, 17:35
Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? - İLGİNC...
Bu gün, 17:33
İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ - VİDEO
Bu gün, 17:26
"Söyüşlə danışmağa başladığı üçün dalaşdıq" - TƏFƏRRÜAT
Bu gün, 17:20
“Uşaqları necə tərbiyə edirlərsə, animasiyaya da o cür münasibət var, xaosdur”
Bu gün, 17:15
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - KİV
Bu gün, 17:00
Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır - Gəncədəki 39 saylı orta məktəbin direktoru 4 məhkəmə qərarını saymır
Bu gün, 16:58
Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - SİYAHI
Bu gün, 16:50
"Məni döydü, mən də onu bıçaqla vurdum..." - Balaxanıdakı qətlin şok təfərrüatı
Bu gün, 16:47
Heydər Əliyev Beynəlxalq Hava Limanı adından saxta REKLAM: - “İtirilmiş baqajı 1 manat 88 qəpiyə alın” dələduzluğu
Bu gün, 16:39
"Aghdam City Hotel" fəaliyyətə başladı - MÜJDƏ
Bu gün, 16:35
Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı - TƏFƏRRÜAT
Bu gün, 16:30
Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA - SƏBƏB
Bu gün, 16:27
Sabah Ağadadaş Ağayev hakim qarşısına çıxarılacaq – CİNAYƏT DOSYESİ
Bu gün, 16:22
"Hadisəni planlaşdırmışdım” - Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürən şəxsin məhkəməsi
Bu gün, 16:19
Bu universitetə daha bir prorektor təyin edildi - ƏMR
Bu gün, 16:14
“Nizami” parkındakı idman qurğularını kim yararsız hala salıb? - VİDEO
Bu gün, 16:07
“Veysəloğlu”nun tərəfdaş olduğu “Gənc Logistikaçılar Məktəbi” layihəsi başa çatıb - FOTO
Bu gün, 15:59
Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 15:57
BU NƏDİ BELƏ: 5 tender 5 qanun pozuntusu... - TƏFƏRRÜAT
Bu gün, 15:55
Səbail rayonunda növbəti yaşıl məhəllə sakinlərin istifadəsinə verilib - FOTO
Bu gün, 15:50
"Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun" - Keçmiş PA şefi COŞUB...
Bu gün, 15:47
Daha bir tiktoker həbs edildi - FOTO
Bu gün, 15:46
İsrail-İran arasında gərginlik artır - Genişmiqyaslı müharibə ola bilərmi?
Bu gün, 15:42
"Məhəlləmiz əməlli-başlı zibilxanaya çevrilib..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 15:40
Öcalan həbsdən çıxarkən bu ölkənin adını çəkəcək – PKK sirri çözülür?
Bu gün, 15:36
`Azəriqaz`dan işçinin iddiaları ilə bağlı AÇIQLAMA - "Baş vermiş bədbəxt hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq..."
Bu gün, 15:31
SOCAR Türkiyədəki telekommunikasiya şirkətini satdı - DETALLAR
Bu gün, 15:26
"Bir ailədən iki nəfər buradan evinə çörək aparırdı" - "Vosmoy" bazarında sahibkarlar danışdı
Bu gün, 15:25
Azad olunmuş bu kənddə qaz, su, işıq çəkilişi 14 milyon manata başa gələcək
Bu gün, 15:23
Daha bir xarici şirkət Azərbaycan bazarını - TƏRK EDİR
Bu gün, 15:21
Kəndlərimizdə eyni müəllim bir neçə fəndən dərs deyir - Şagird var, müəllim yox…
Bu gün, 15:15
Nərimanov zibil içində... başçı isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:05
Ermənistan Rusiya ilə yeni gərginlik yolunda... - ŞƏRH
Bu gün, 15:02
“Kinostudiyanın direktorunun arvadı filmlərdə çəkilməyimə qadağa qoymuşdu, qaynanam isə...”
Bu gün, 14:47
"Grand Palace"nın sahibi səkini yola çevirdi - ÖZBAŞINALIQ!
Bu gün, 14:43
İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - ƏMR
Bu gün, 14:34
Fransanın planına Azərbaycan əngəli - NƏ BAŞ VERİR?
Bu gün, 14:27
Fransa kəşfiyyatçıları Azərbaycanla sərhədə necə gəlib? – Komitə sədri açıqladı
Bu gün, 14:24
Fransa qırmızı cizgini keçdi -Elmar Məmmədyarovdan ŞOK AÇIQLAMA
Bu gün, 14:21
Əliyev və Paşinyan Kazandakı görüşdə… – Arutyunyan
Bu gün, 14:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru